Erməni analitik Azərbaycanın gücündən danışıb

02.06.2016 20:11     A-reaksiya     1859

Erməni politoloq İrəvanın Moskvaya güvənməməsini məsləhət görüb.

“Biz qeyri-müəyyən səbəblərə görə, Bakının qarşısını kəsəcək xarici qüvvələrə ümid edərək Azərbaycanın Zəngəzurun ələ keçirilməsi haqqında bəyanatlarına qeyri-ciddi yanaşırdıq”. ANS PRESS-in məlumatına görə, bu sözləri "Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.

O deyib ki, "biz düşünməməliyik ki, bütün bu bəyanatlar Azərbaycanın daxili auditoriyasına hesablanıb". Papyan əməliyyatlar həyata keçiriləcəyi haldaRusiyanın buna münasibətindən də danışıb.

“Əgər biz Rusiya Federasiyasının Azərbaycanın qarşısını kəsməli olduğuna ümid ediriksə, o zaman anlamalıyıq ki, Rusiya  bunu istəmir və edə bilmir. Azərbaycan da dünən yaranmayıb. Onun güclü silah sənayesi var. Həmçinin Azərbaycan Türkiyə ilə birgə silah müəssisələri yaradıb”. 

Ara Papyan - "Modus Vivendi” analitik mərkəzinin rəhbəri
Ara Papyan - "Modus Vivendi” analitik mərkəzinin rəhbəri

Azərbaycan ordusunun aprel hadisələri zamanı Ermənistan təxribatına cavabından sonra rəsmi İrəvan silahlı bölmələrinin zəif olduğunu və müasir hərbi texnikalarının olmadığını etiraf etdi.

Ermənistanın siyasi elitası və yerli əhali aprel hadisələrinə qədər “Ermənistanın güclü ordusu var” şüarı ilə aldadılırdı.

Amma Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavabından sonra rəsmi İrəvan hər şeyi etiraf etdi. Ermənistan prezidenti Serj Sarkisyan Almaniya səfəri zamanı bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür.

"Azərbaycan modern silahlara sahib olduğunu son 3 gündə sübut etdi", - Sarkisyan deyib.

O həmçinin Avrasiya İttifaqının Astana iclasında deyib ki, aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb.

Hazırda isə Ermənistanın siyasi fiqurları əhalini  Rusiyaya güvənməməyə və Azərbaycanın bəyanatlarını ciddi qəbul etməyə çağırır.

 

Şərhlər

Çox oxunanlar