Özertem: Qərb İran iqtisadiyyatından çox şey gözləyir - EKSPERT RƏYİ

10.07.2015 12:06     A-reaksiya     2863

İran və 5 + 1 ölkələri arasında davam edən müzakirələrlə bağlı danışan USAK ekspertlərindən Həsən Səlim Özertem bildirib ki, Avropa İttifaqı ölkələrindəki bir çox tranmilli şirkət enerji sektoru başda olmaqla İranda yeni dövrdə neçə tender udacağı haqqında düşünür.

İran ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniyanın meydana gətirdiyi 5 + 1 ölkələri arasında son razılaşma mətninin yazılması məqsədiylə həyata keçirilən müzakirələr davam edir. 7 iyul tarixinin son gün kimi təyin olunmasına baxmayaraq, tərəflər arasında hələ bir razılaşma əldə olunmayıb. Reaksiya.az – ın suallarını cavablandıran  Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) Enerji Təhlükəsizliyi Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Səlim Özertem davam edən müzakirələrlə fikirlərini səsləndirib.

Körfəz ölkələri, müqavilədən qorxurlar

Qərbin İran iqtisadiyyatından gözləmələrinin olduqca yüksək olduğunu ifadə edən Özertem bunları söylədi:

"Avropa Birliyinə baxdığınız zaman , Avropa İttifaqı ölkələrindəki bir çox tranmilli şirkətin enerji sektoru başda olmaqla İranda yeni dövrdə neçə tender udacağı haqqında düşündüklərini görəcəksiniz. Bununla yanaşı son dövrlərdə Qərb-İran tandeminin yanında bir də İran-Körfəz tandemi də ortaya çıxıb. Çünki Körfəz ölkələri, Qərb ilə İran arasında əldə ediləcək bir razılaşmanın özlərinin edam qərarı olmasından qorxur. İranın nüfuz siyasətini genişlədərək Yaxın Şərqdə onlarla daha çox üz – üzə gəlməsindən və bir actor kimi fəallaşmasından narahatlıq keçirirlər”.

Danışıqları heç də asan keçmir

İki tərəfində bu müzakirələri sülh baxımından əhəmiyyətli gördüyünü bildirən Özertem danışıqların heç də asan bir şəkildə davam etmədiyini bildirib:

"İki tərəfin də danışıqlar prosesində verməyə çalışdığı çox əhəmiyyətli bir mesaj var. “Biz daxildəki bütün təzyiqlərə baxmayaraq bir masa ətrafında oturmuşuq” - deyirlər. Həm 5 + 1 ölkələri, həm də İran, manevr sahələrinin olduqca limitli olduğunun mesajını verməyə çalışırlar".

Şərhlər

Çox oxunanlar