Boru xətti layihələri Türkiyəni qlobal aktora çevirəcək

10.07.2015 15:10     A-reaksiya     2923

Reaksiya.az – a açıqlama verən Prof. Dr. Erdal Tanas Qaragöl “Türk axını” və digər təbii qaz boru xətti layihələrinin, Türkiyəni regional bir aktordan qlobal bir aktora çevirə biləcəyini düşünür.

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfi (SETA), 'Rusiya-Aİ-Türkiyə üçbucağında Türk axını” adlı bir hesabat dərc edib. Prof. Dr. Erdal Tanas Qaragöl və Mehmet Kızılkayanın qələmə aldığı hesabatda, Türkiyənin, enerji mərkəzi olmaqla bağlı “Türk axını” layihəsi ilə əhəmiyyətli mərhələ qeyd etdiyi bildirilib. SETA - nın hesabatında, Qərb ilə Rusiya arasındakı gərgin mühitdən uzun müddətdə xüsusilə enerji sahəsində qazananın Türkiyə olacağı ifadə edilib.

Aİ-Rusiya gərginliyindən sonra həm “Türk axını”nda, həm də Trans Anadolu Təbii Qaz Boru Xətti və Trans Adriatik Boru Kəməri layihələrində Türkiyənin enerji paylanmasında vasitəçi rol oynamağı boynuna götürərək qlobal enerji xəritəsində əhəmiyyətli bir nöqtəyə çatacağı müdafiə edilən hesabatda, enerji mərkəzi olma istiqamətində atılan addımların, Türkiyənin regional bir aktordan qlobal bir aktyora çevrilməsi mövzusunda əhəmiyyətli rol oynayacağı vurğulanıb.

SETA İqtisadiyyat şöbəsinin direktoru Prof. Dr. Erdal Tanas Qaragöl hesabatın detalları və əsas başlıqları haqqında Reaksiya.az-a açıqlama verib.

Türkiyənin Aİ əlaqələrindəki əli güclənəcək

Qaragölün fikrincə, Türkiyə enerji sahəsində tranzit ölkə olmanın verdiyi üstünlüklə həm Rusiya, həm də Aİ nəzdində daha çox əhəmiyyət qazanacaq:

"Rusiya-Aİ-Türkiyə üçbucağını düşündüyümüz zaman, Rusiyanın Aİ ilə yaşadığı problemdən sonra partner kimi Türkiyəni seçməsi iki ölkənin əlaqələri baxımından olduqca əhəmiyyətlidir. Türkiyə, Rusiya və Aİ arasında vasitəçi kimi strateji bir yerdə dayanır. Türkiyənin Aİ – yə üzvlüyü müzakirələri davam edir . Türkiyənin həssas mövqeyini fərq edən Aİ ölkəyə xüsusi bir əhəmiyyət verəcək".

Türk axını Türkiyənin enerji mərkəzinə çevirəcək

“Rusiyanın Cənubi axını ləğv etməsi və qazın Türkiyə üzərindən Avropaya daşınması Türkiyənin enerji mərkəzi olmasına çox əhəmiyyətli bir qərar təmin edəcək" - deyən Qaragöl belə davam edib:

"Türkiyənin birinci prioriteti enerji mərkəzi olma yolunda öz enerji təhlükəsizliyini təmin etməkdir. Digər hədəflər isə enerji fakturasının və cari kəsirin azaldılmasıdır. Buna görə də bu layihə Türkiyənin iqtisadi böyümə hədəflərinə çatması baxımından da olduqca əhəmiyyətlidir".

Şərhlər

Çox oxunanlar