Qiyamı ABŞ kəşfiyyatı yönləndirib? - Gizli şəxsin sirli oyunu - FAKTLAR

23.07.2016 17:23     A-reaksiya     2034

Türkiyədə dövlət çevrilişinə cəhd edilən 15 iyul günü Türkiyəyə gələn bir amerikalının 18 iyulda sirli şəkildə yoxa çıxması çevriliş planının arxasında ABŞ-ın olub-olmadığı məsələsi fonunda diqqət çəkir.

Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

 

Qəzet ABŞ-ın çevriliş planında barmağının olmasına dair üç ehtimalı önə sürüb.

 

1. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün axşamı İstanbul “Büyükada Splendid Palace” otelində idi. H.Barkey Fətullah Gülənin ABŞ-da yaşamaq hüququnu təmin edən CİA-nın keçmiş şeflərindən olan Qraham Fullerə yaxın adamlardan biridir. İkisi birlikdə “Türkiyədə kürd problemi” kitabını yazıb.

 

H.Barkeyin fikirləri də bu kontekstdə diqqət çəkir:

 

PKK Türkiyə və regionun digər üç ölkəsindən – İran, İraq, Suriya – torpaq ala bilər. Bölgə ölkələri kürdlərin tələblərini diqqətə almalıdır.  

 

Amerikada heç kim FETÖ-nun terror təşkilatı olduğuna inanmır.

 

Ərdoğanın sonu gəldi.

 

H.Barkey Türkiyədə doğulub və burada böyüyüb. İzmirdən olan bir yəhudi ailəsinin övladıdır. Ailəsi Türkiyədədir. Bəlkə də Türkiyə vətəndaşlığı hələ də var.

 

F.Gülənin ABŞ-dakı dinlərarası dialoq fəaliyyətini həyata keçirən Rumi Forum təşkilatında təmsil olunan H.Barkeyin FETÖ-çu professor Ali Yurtsevərlə birlikdə hərəkət etdiyi deyilir.

 

H.Barkey 15 iyul saat 10:24-də Atatürk Hava Limanında enib. “Splendid Palace” otelində qaldığı dəqiq deyil. Çünki otel əməkdaşları belə şəxsin onlarda qonaq olduğunu inkar ediblər.

 

H.Barkey iyulun 18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından Türkiyəni tərk edib.

 

2. Digər ehtimala görə, H.Barkeyin Türkiyəyə gəlişi bilərəkdən de-şifrə edilib. Məqsəd diqqəti çevriliş günü Türkiyəyə gələn Qraham Fullerdən yayındırmaq olub.

 

“Əsil gələn CİA-nın keçmiş şeflərindən olan Fətullah Gülənin hamisi Qraham Fuller idi. Henri Barkeyin sadəcə hədəfi çaşdırmaq məqsədi daşıyırdı”, - deyə mənbə israrla qəzetə bildirib.

 

Məlumata görə, Fullerin özü çevriliş planını idarə etmək üçün Türkiyədə olub.

 

3. Ən diqqət çəkən detal isə Q.Fullerin çevriliş edən hərbiçilərin Yunanıstana qaçdığı helikopterdə olduğuna dairdir.  

 

Məlumata görə, Fuller Yunanına gedən helikopterin içində olub və helikopter enəndə amerikalı rəsmilər onu aparıblar.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar