İŞİD- in dini ütopyasının özəllikləri - TƏHLİL

11.07.2015 11:59     A-reaksiya     2543

Palmirada hərbçilərin və vətəndaşların edamlarını teatr effektləri ilə bizlərə bəxş edən, Kobaninin intihar aktivistlərdən istifadə edən İŞİD milis güclərin qadın birlikləri ilə qarşıdurmalardan xüsusilə uzaq dayanır. Bunların İŞİD rəhbərliyinin dini xüsusiyyətlərinə işarə etdiyini vurğulayan mütəxəssislər, təşkilata yönəlik planlarda bunların nəzərə alınması lazım olduğunu ifadə edir.

Qadın əlindən ölümü şəhid olma yolunda maneə olaraq görən İŞİD - in qadın milislər qarşısında narahat olduğunu söyləyən Yaxın Şərq və kürd problem üzrə eksperti Vadim Makarenko bunları deyib:

"İŞİD az əvvəl yox edildiyi düşünülən bölgələrdə yeni, qətiyyətli və əsasən tələsik hücumlar təşkil edir. Bu, adi döyüş məntiqinə sığmır. Çünki İŞİD yaxınlaşan qiyamət fikrindən hərəkət edir və onlardan tələb olunan tək şey şərəfli bir şəkildə ölməkdir. Kobaniyə hücumun edənlərin təxminən 90% - i üzərlərində intiharçı kəmərlərlə gəldilər, geriyə qalanlar isə ümumiyyətlə komandanlar idi və görünüşə baxılırsa intihar kəməri olmadan da şərəfli şəkildə öləcəklərindən əmindirlər. Gerçəkdə də demək olar ki, hamısı öldü. Ancaq cihadçıların bu yolda narahatlıqları da var: Şərəfsiz ölüm, şəhid statusuna təsir edə bilər. Şəhid olma yolunda maneə olaraq qadın əlindən ölüm göstərilir. Bu hal cihadçıları o qədər narahat edir ki, qarşılarına qadın milislər çıxanda qarşıdurmaya girməməyə çalışırlar".

Qdınlarla qarşılaşmaqdan qorxurlar

Kobani milis qüvvələrinin rəhbərinin köməkçisi Öcalan İsu Rusiyanın “Sputnik” radiostansiyasına verdiyi açıqlanada İŞİD terroristlərinin qarşıdurma zamanı qadın milislərlə üz – üzə gəlməkdən qorxduqlarını təsdiqləyib. İsu vəziyyəti belə dəyərləndirib:

"İŞİD yaraqlılarının qadın səsini eşidəndə və ya qadınları görəndə qorxduqları düzdür, bu vəziyyətdə əhvalları pozulur və geri çəkilirlər. Kürd qadınlarının kişilərlə birlikdə mübarizə apara biləcəklərinə inanmırdılar, çünki İslam tarixində buna rast gəlinmir".

Kobanidə çalışan və İŞİD - ə qarşı mübarızə aparan milislərlə söhbət edən müstəqil reportyor Rauşan Xəlil də belə bir qorxunun olduğunu ifadə edib:" Bir dəfə yaraqlıların ötürücüləri ələ keçirilmişdi, onlar, “orada qızlar var, getməyin” - deyirdilər. Gənc qadınların olduğu yerlərdə geri çəkilirdilər. Belə bir təsir var düzdür. Ancaq necə açıqlana bilər, niyə geri çəkilirlər, niyə belə edirlər, bilmirəm. Amma qorxularının olması dəqiqdir".

Qiyamətin səbəbləri

 

Dini fanatiklər üçün ölüm şərtlərinin nə qədər əhəmiyyətli olduğu sualına cavab tapmaq üçün rusiyalı məşhur İslam məsələləri üzrə, Moskva Carnegie Mərkəzi Elmi Şurasının üzvü Dr. Aleksey Malaşenkoya müraciət etdik.

Malaşenko hesab edir ki, belə bir təlimat həqiqətən də ola bilər: “İslamdakı bütün “qiyamət” səbəblərin hamısı çox populyardır. Üstəlik oraya gedən insanlar, İslamı yeni qəbul etmiş şəxslərdir və İslam ənənəsinə sadiqliklərini sübut etmək istəyirlər. Bu vəziyyətin göz ardı edilməsi və eyni zamanda şişirdilməsi yanlışlıqlara gətirib çıxarır. Əlbəttə bunlar konkret nümunələrdir, amma ümumi meyl belədir ki, bu qiyamət səbəbləri hələ də olduqca aktualdır".

Görünüşə baxılsa biz Yaxın Şərqdə yalnız kütləvi terrora müraciət edən bir terrorist dövlətlə qarşı-qarşıya deyilik, xəlifəlik ideologiyasını və tətbiqdə, VII. əsrə aid ideal təmizlik düşüncələri canlandırma səyləriylə qarşı-qarşıyayıq. Bu, yaşananlara daha vasvası bir yanaşma tələb edir, çünki ediləcək səhvlər bu dini utopiyanı daha gücləndirə bilər”.

Şərhlər

Çox oxunanlar