Avropa Birliyi Türkiyədən nə istəyir? - TƏHLİL

11.07.2015 13:21     A-reaksiya     2274

Türkiyəli analitik Ozan Ceyhun Reaksiya.Az üşün yazır

Avropa Birliyinin hal-hazırda yetərincə problemi var. Yunanıstanın iqtisadi problemini həll edə bilmədiyi ortadadır. Avropa Birliyi bu problemi həll etmədikcə problemlər yaşamağa davam edəcək. Eyni zamanda “Avro”nu əsas pul vahidi kimi qəbul etməyən, AB Mərkəzi Bankı və Avro Bölgəsi üçün dərd olmağa davam edən Yunanıstanın “Avro”dan pul kimi imtina etməsi və ya etməyəcəyi Avropa üçün əsas problemlərdən biri olaraq qalır.

Hər iki vəziyyət də əsas problemərdən olaraq qalmaqda davam edir.

AB-də iqtisadi böhranla üz-üzə qalan tək ölkə Yunanıstan deyil! Cənubi Kipr, İspaniya, İrlandiya, İtaliya, Portuqliya və ya İngiltərəni də əlavə etsək siyahı uzanmaqda davam edəcək.

Bununla yanaşı iqtisadi gücü tərifə layiq görülən Almaniyanın təhükəsizlik sistemləri isə ABŞ-ın kəşfiyyat xidməti NSA tərəfindən “dəlik-deşik” edilib. Almaniyanın təhlükəsizlik təşkilatı olan BND bilindiyi kimi Almaniyadan çox ABŞ-a “xidmət edib”. Sonuncu dəfə Amaniyanın “Der Spigel” dərgisinin ortaya atdığı iddiaya görə,NSA BND-dən istifadə edərək həm Almaniyaya, həm də AB-yə qarşı hər cür casusluq fəaliyyətini həyata keçirib. Üstəlik ABŞ bu fəaliyyətlər zamanı ingilis kəşfiyyat təşkilatı GCHQ ilə ortaq əməliyyatlar həyata keçirmiş,onun vasitəsilə alman təhlükəsizlik təşkilatlarını aldadıb.

ABŞ bu kəşfiyyat məlumatlarını əldə edərkən məqsədi təkcə terror təşkilatlarını və hərbi sirləri öyrənmək olmayıb. ABŞ sənaye sahəsində həyati əhəmiyyət daşıyan alman və AB firmalarının da məlumatları əldə edib.

“Boeing” firmasının əsas rəqibi “Airbus”, “EADS”, “Siemens”, “Boehringer-Ingelheim”, “Deutsche Bank”, “Debitel”, alman kəşfiyyat təşkilatı BND-nin tələbatlarını ödəyən “Rohde&Schwarz”, “Mercedes-Benz”, “MTU” kimi şirkətlərin sirləri ABŞ tərəfindən əldə edilib. Illərdir bu barədə edilən xəbərlarlıqlara baxmayaraq Almaniya Federal höküməti və Angela Merkel heç bir tədbir görməyib.

AB-in paytaxtı Brüsseldə əlaqədə olduğum mənbələr Almaniyanın bu barədə “Aysberqin görünən tərəfi” olduğunu və ABŞ-ən kəşfiyyat xidmətlərinin bütün önəmli Avropa ölkələrində Almaniyada olduğu kimi fəaliyyət göstərdiklərini anlatdılar. Təəccüb etmədim.

Almaniya, İngiltərə, Fransa, Belçika və Hollandiya kimi AB ölkələrinin dərdləri bunlarla da bitmir.

Terrorla mübarizə sahəsində uğurlu olduqlarını söyləyə bilmərik. DEAŞ kimi terror təşkilatı bütün ehtiyaclarını bu kimi ölkələrdə təmin edir. Buna qarşılıq olaraq həmin ölkələr heç bir ciddi tədbir görə bilməyib.
Miqrantlar məsələsi isə Avropa Birliyini daha çətinə salan məsələlərdən biridir. AB illərdir Suriyanın əli qanlı diktatoru Əsədə qarşı düzgün mövqe seçməməsinə görə AB ölkələri hər ötən gün suriyalı qaçqınları yerləşdirmək məcburiyyətində qalır. Digər tərəfdən Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya axışan miqrantlar da Avropa Birliyini qorxudan məsələlərdən biridir.

Afrikanın belə vəziyyətdə olmasının səbəbi isə İngiltərə, Fransa, Almaniya və Belçika kimi ölkələrin keçmişdə həyata keçirdiyi qəddar müstəmləkəçilik siyasətidir. Afrikanın inkişafı üçün maliyyə dəstəyi ayırmayan və hələ də bir çox ölkələrdə diktatorları dəstəkləyən AB nə qədər ki bu siyasətini davam etdirəcək, miqrant probleminin qarşısını ala bilməyəcək.

Bütün bunlar bəs etmirmiş kimi indi də “Şengen müqavilə”si imzalamayan və “avro”nu tam olaraq qəbul etməyən İngiltərədə keçirilən parlament seçkiləri də AB üçün bir ayrı başağrısıdır.

İgiltərədəki bu parlament ölkənin AB üzvlüyünə də son qoya bilər.
Yaxşı, bütün bunlar varkən AB-ın Türkiyə ilə problemi nədir və Türkiyə ilə münasibətlərinin pisləşməsi nəyə sərf edir?

AB ölkələrin kəşfiyyat xidmətləri son vaxtlar Türkiyədə tez-tez görünməyə başlayıblar. Daha öncə “Gezi Çevriliş cəhdi” kimi tandığımız və bildiyimiz “könüllü təbiətsevərlər”, “islam mütəxəssisləri”, “kürd problemini çox sevənlər” və sözdə “turistlər” 1 mayda da bir çox yerlərdə gözə girirdilər.

“Kəşfiyyat təşkilatların köməkçiləri və qəzetçiləri” İstanbulda və Diyarbakırda otelləri heç boşaltmadılar. AB ölkələrini Türkiyədə narahat edən nədir?

Avropa Birliyi və bəzi AB üzvlərindən soruşmaq laızmdır! “Gezi”də, 17 və 25 dekabr hadisələrində, 30 mart 2014-cü ildəki bələdiyyə seçkilərində və 10 avqust parlament seçkilərində  anti-demokratik qüvvələri dəstəklədiniz. Amma nə oldu?

Məlum olan odur ki, AB və AB-yə üzv ölkələr bunlardan hələ də dərs çıxarmayıblar. Sonra da 7 iyunda keçirilən seçkilərdə özlərinə yenidən əl qatdılar. Bu məqsədlərlə öz ölkələrində “terrorst” deyə tanıdıb qadağan etdikləri təşkilatları müdafiə edənlərlə, demokratiyanı yıxıb cunta rejimi qurmaq istəyənlərlə, dövlət içində dövlət yaratmaq röyası görən paralel quruluşlarla iş birliyi qurmaqdan belə çəkinmirlər.

Üstəlik bütün fəaliyyətləri nəticəsizdir!

Ancaq ölkəsinin demokratiyasını həzm edə bilməyən və ölkəsinə davamlı zərər verməkdə olan AB daxilindəki bəzi qüvvələr və onlara bu fürsəti verənlər AB-yə qarşı antipatiyanı artırmaqdadır.

Əgər AB-nin Türkiyə barəsində məqsədi budursa, doğrudan da çox uğurludular!

 

 

 



 

 

 

Şərhlər

Çox oxunanlar