Genişlənən ŞƏT ilə Qərbdə mövcud olmayan sivilizasiyaların yeni dünyasının əsası qoyulur - TƏHLİL
13.07.2015 09:43 A-reaksiya 2563

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişlənərək, Qərb beynəlxalq təşkilatlara alternativ yaratmaq həmləsinin əks-sədaları davam edir. Rusiya Beynəlxalq Geopolitik Analiz Mərkəzinin rəhbəri, general Leonid İvaşov, ŞƏT - nin genişlənməsi ilə əlaqədar “Moskovski Komsomolets” qəzetinə açıqlama verib.
İvaşovun açıqlaması aşağıdakı kimidir:
"ŞƏT hərbi ekspertlər tərəfindən qurulub. ABŞ, Avrasiya üzərində hakimiyyət qura bilməsə təkqütblü dünya yarada bilməyəcəyinin fərqində idi. ŞƏT Avrasiyanın ABŞ-ın idarəsindən çıxarmaq üçün bizim atdığımız addımımızdır.
Əvvəl Şanxay Beşlisini altılığa çevirməyin düsturunu formalaşdırdıq, daha sonra Pakistan və Hindistanı təşkilata dəvət etdik.
Bu gün ŞƏT - ə qatılmaq üçün növbələrin olması müsbət bir haldır. Qərbə aid olmayan sivilizasiyaların yeni dünyasının əsası qoyulur.
Burada Qərbdən fərqli olaraq, dövlətlərarası münasibətlər olacaq, ortaq maliyyə vahidi və təhlükəsizlik sistemi yaradılacaq".
Şərhlər