Uyğur problemi və Çinin Balkanlaşmaq qorxusu - MARAQLI YANAŞMA

13.07.2015 13:40     A-reaksiya     3806

Uyğur məsələsi artıq həm Çinin “Qərbə sərt cavab" siyasətinin kilid nöqtəsi, həm də daha etibarlı enerji və ticarət yollarının darboğazındaki bir bölgənin sabitliyi və təhlükəsizliyini də içinə alan ciddi bir xarici siyasət və təhlükəsizlik mövzusudur. Soyuq müharibədən sonra Balkanlarda etnik qarşıdurmaların yaratdığı atmosfer də Çinin sərtliyinə təsir göstərdi.

Uyğur məsələsi uzun illərdir dünya ictimaiyyətinin bir də diqqətini çəkmirdi. Ancaq son illərdə bölgədəki problemin xüsusiyyəti, ölçüsü və Pekin rəhbərliyinin məsələyə yanaşmasındaki dəyişikliklərə görə ciddi bir yüksəlişə keçən bir etnik qarşıdurma halına gəldi.

Məsələnin tarixi əsaslarının söykəndiyi Şərqi Türkistan respublikaları və daha sonra bölgənin Çin tərəfindən nəzarət altına alınması ilə qurulan və Xinjiang Uyğur Muxtar Bölgəsi kimi adlandırılan coğrafiyada bu gün yaşanan qarşıdurma fərqli daxili və xarici dinamikası olan bir böhrana çevrilir. Bu böhran, gəlinən nöqtədə təkcə Çindəki azlıq bir xalqın təzyiq altında tutularaq, insan hüquqlarının pozulması ölçüsünü aşaraq Çinin ümumdaxili siyasəti, kimlik siyasəti və milli təhlükəsizlik özəlliklərindəki kilid bir ünsür halına gəlməkdədir.

Məsələnin əhatə dairəsi və dövlət ilə uyğurlar arasında yaşanan mübahisələrin həll edilməsi məsələsində heç səy göstərilməməsi, məsələyə xüsusilə soyuq müharibədən sonra tamamilə təhlükəsizlik yönündən yanaşılması, bölgənin və bölgədəki insanların bir təhdid ünsürü kimi qəbul edilməsi, uyğurları dövlətə və millətə qarşı biganələşdirdi. Bundan əlavə dövlət tərəfindən tətbiq olunan təhlükəsizlik və təzyiq olunan bir tərəfdən bölgədən qaçış ilə başlayan bir uyğur qaçqın problemini ortaya çıxarmağa, digər tərəfdən də bölgədəki zorakılıq hadisələrini artırmağa başladı.

Bu gün artıq uyğur məsələsi Çinin yüksələn iqtisadi gücü və regional ehtirasları ilə geosiyasi və strateji bir ölçü də qazanmağa başlayıb. Uyğur məsələsi artıq həm Çinin “Qərbə sərt cavab” siyasətinin kilid nöqtəsi sayılır, həm də daha etibarlı enerji və ticarət yollarının darboğazındaki bir bölgənin sabitliyi və təhlükəsizliyini də özündə ehtiva edən ciddi bir xarici siyasət və təhlükəsizlik mövzusudur.

Uyğur məsələsi necə beynəlxalq problem halına gəldi?

Əslində Uyğur məsələsinə lap əvvəldən Çin tərəfindən ciddi bir təhdid məsələsi kimi baxılıb. Soyuq müharibənin sonu və Orta Asiya respublikalarının müstəqilliyini qazanmasından etibarən dəyişən regional düsturlar və Çinin iqtisadi baxımdan yüksəlişə keçməsi Çin rəhbərliyi tərəfindən daha strateji bir ölçüdə incələnib.

Soyuq müharibədən sonra xüsusilə Balkanlarda yaşanan etnik qarşıdurmaların ortaya çıxardığı atmosfer, Çinin məsələyə yanaşmasındaki sərtliyi ciddi şəkildə artırdı. Bir tərəfdən qurulan Orta Asiya respublikalarının yaradacağı təsirdən duyulan narahatlıq, digər tərəfdən də geniş mənada Balkanlaşmaq kimi qəbul olunan bölünmə qorxusunun yaratdığı qayğılar Çinin uyğurlara qarşı izlədiyi siyasətdəki zorakılığı artırdı. Bölgədə hər cür etnik və siyasi tələb bir təhdid ünsürü kimi görüləndə, Çinin həyata keçirməyə başladığı “strike hard” siyasəti ilə “üç şər güc” kimi təqdim olunanc “separatçılıq, terrorizm və fundamentalizmə qarşı müharibə” adı altına bölgədəki hər cür fərqli düşüncə, kimlik və səsə bütünlüklə müharibə elan edildi. Bu nöqtədə bölgədəki etnik və dini hüquqlar məsələsində ciddi bir geriləmə yaşandı.

Çin rəhbərliyinin uzun müddət öz daxili məsələsi kimi təqdim etdiyi uyğur məsələsi ilk dəfə bu dövrdə daha beynəlxalq bir  şəkiildə özünü göstərməyə başladı. Əvvəlcə bölgədə artan insan hüquqları pozuntuları və xüsusilə də 1997 – ci ildəki Gülcə hadisələri əsnasında yaşanan polis zorakılığı və işgəncələr başda “Amnesty İnternational” olmaqla bir çox insan hüquqları təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətin gündəminə gətirildi. Dünyada çoxları ilk dəfə Çindəki bu problem eşitməyə başladı.

Bir kimlik göstəricisi kimi uyğurlar

Uyğur məsələsi bu müddət ərzində bir tərəfdən regional və beynəlxalq bir problem olma yoluna qədəm qoymuş, digər tərəfdən də kommunist rejimlərin yıxılmasından sonra özünü ciddi bir  kimlik böhranı içində hiss edən və ictimai hökuməti üçün yeni bir ideoloji dayaq axtaran Pekin rəhbərliyinin cəmiyyətə milliyyətçilik şüurunun  yayılması ilə ayrı bir ölçü qazandı. Soyuq müharibədən sonra Çin rəhbərliyi tərəfindən milli birlik üçün digər dövlətlər kimi təqdim olunan ABŞ və Yaponiya ilə ticarət əlaqələrinin getdikcə inkişaf etməsi, Qərb və Yaponiya əleyhdarı milliyyətçi damarın iqtisadi və siyasi xərcinin artması ilə birlikdə Pekin rəhbərliyi milli birlik və dövlətin repressiv aparatının hökuməti üçün fərqli bir üsul axtarışına başladı.

Xüsusilə “üç şər güc" siyasəti ilə kəsişəcək bir şəkildə ölkədəki azlıqlar, xüsusilə də uyğur separatçıları hədəf göstərilməyə başlandı. Ancaq ortaya qoyulan “separatçı” tərifinin genişliyi, bu adlandırmanın içinə uyğurların ortaya qoya biləcəyi bütün tələblərin daxil olduğu bir vəziyyət meydana gətirdi. Amerika əleyhdarı bir milliyyətçiliklə müqayisədə bumeranq təsiri bağışlayan məhdud, nəzarət edilmə ehtimalı yüksək və xərci az bir yol tapılmışdı. Azlıqları tərbiyələndirmə və müasirləşdirmə rolunu boynuna götürən bir dövlət və bu azlıqların primitivliyin qarşısında yaradılan müasir Han Çinli profili illərdir Çin kimlik siyasətinin əsasını qoydu. Bu yeni azlıq əleyhdarı milliyyətçilik, uyğurları həm ictimai mənada marginal, həm də dövlət qarşısında adi şübhəli bir tip halına gətirməyə başladı.

Geopolitik bir period kimi uyğur məsələsi

Etnik uyğunlaşma və ahəng təbliğatı üçün pullar səpələnməyə başlayanda, Uyğur Muxtar Bölgəsi (UOB) Çin baxımından fərqli, daha iqtisadi və geosiyasi bir ölçü ilə yenidən gündəmə gəlməyə başladı. Çin rəhbərliyi 1990-cı illərdə başlatdığı iqtisadi açılım siyasəti sayəsində xüsusilə Cənub-Şərqi Asiyada iqtisadi və daha sonra siyasi bir güc proyeksiyası inşa edəcək hala gəlmişdi. Yaradılan xüsusi iqtisadi sahələr sonrakı illərdə Çin üçün iqtisadi, siyasi və demoqrafik bir tranplin kimi görünürdü.

Daha sonrakı dövrdə Çin rəhbərliyi UOB ilə bağlı da bənzər bir cəhdlər etməyə başladı. Mərkəzi rəhbərliyin inkişaf etdirdiyi “Qərbi İnkişaf etdirmə layihəsi”, Uyğur Bölgəsinin iqtisadi baxımdan inkişaf adı altında iki əhəmiyyətli strateji hədəf hazırlamışdı. Birinci məqsəd, enerji və ticarət yollarının təhlükəsizliyini təmin etmək idi. 1993 – cü ildən etibarən xarici enerji ehtiyatlarından asılı olan Çin iqtisadiyyatı üçün xüsusilə Afrika, Yaxın Şərq və Orta Asiyadan gələn enerji ehtiyatlarının etibarlı bir şəkildə Çinə gəlib çatması həyati bir əhəmiyyətə sahib idi. Dəniz yollarının xüsusilə Malakka Boğazından sonra kifayət qədər güvənli olmamasına  görə daha çox avtomobil yollarının önəmi artmağa başladı. Xüsusilə Gwadar Limanı layihəsi ilə bütün enerji ehtiyatları üçün Uyğur Bölgəsi kilid mərkəz halına gəlmişdi. Daha sonra inkişaf etdirilən İpək Yolu layihəsinin içində də Uyğur bölgəsinin xüsusi bir önəmi var idi.

İkinci geosiyasi məqsəd isə bu bölgənin iqtisadi və demoqrafik baxımdan Çinin Orta Asiyadakı təsir sahəsini artırmasını provayder bir sıçrayış taxtası halına gəlməsi idi. Əlbəttə bu nöqtədə bu sıçrayış taxtasının möhkəmliyi üçün də bölgədəki müxalif görüşlərin və düşüncəsinin ortadan qaldırılaraq möhkəm bir nəzarətin təmin edilməsi olduqca vacib bir şərt idi. Buna görə də Uyğur cəmiyyəti üzərindəki təzyiq və kimli homogenləşdirmə siyasəti işləri bu dövrdə fərqli formada təzahür etdi.

Bütün bunların nəticəsi olaraq uyğur məsələsi bir tərəfdən Çinin geosiyasi hədəf və təhdid qəbul etmələri nöqtəsində çox kilid bir ölçü qazandı. Digər tərəfdən də Çinin avtoritar rejiminin ən çox hiss edildiyi və buna qarşı da ən ciddi müqavimətin yaşandığı bir bölgəyə çevrilərək daxili təhdidin mərkəzində yer almağa başladı. Genişlənəcək bir etnik qarşıdurma təhlükəsi, enerji yolları təhlükəsizliyi, Çinin İslam dünyası ilə əlaqələri, dövlətin beynəlxalq imici, Orta Asiya ilə bağlı strategiyası və milli təhlükəsizlik doktrinasını böyük nisbətdə təsir etməyə davam edəcək.

 

Kılıç Buğra Kanat, Seta-DC Araşdırma direktoru, “A Tale of Four Augusts: Obama s Syria Policy" kitabının yazarı.

Şərhlər

Çox oxunanlar