Şərqi Avropa üçün Moskva bir təhdiddir - TƏHLİL

13.07.2015 14:01     A-reaksiya     3235

ABŞ və NATO, qarşılıqlı təhlükəsizlik razılaşmalarına uyğun şəkildə Orta və Şərqi Avropada özünümüdafiəyə və laqeydliyə söykənən bir siyasət izləyərsə, o zaman Rusiyanın təcavüzkarlığı da nəzarət altında olmayacaq.

Amerika Birləşmiş Ştatlarının bir müddət əvvəl Şərqi Avropada ağırmənzilli raket sistemlərini yerləşdirəcəyi verdiyi açıqlama, Rusiyanın bölgəyə dair planlarından haqlı olaraq narahatlıq keçirən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvlərinin məmnuniyyətlə qarşıladığı bir xəbər oldu.

Kreml isə təxmin ediləcəyi kimi vəziyyətdən şikayətçidir. Rusiya Müdafiə Nazirliyinin bir rəsmisi bildirib ki, Rusiyanın sərhəd olduğu NATO ölkələrinə tank yerləşdirmək cəhdi ABŞ-ın Soyuq müharibədən bəri ən təcavüzkar hücumu sayıla bilər.

Bu axmaq iddiadır, çünki NATO bir müdafiə ittifaqıdır. Rusiya, NATO üzvlərindən birinə hücum etməyi planlaşdırmadıqca Moskvanın bu ittifaqdan qorxması üçün heç bir səbəb yoxdur.

ABŞ-ın Şərqi Avropaya hərbi təchizat göndərmə qərarı, Müdafiə naziri Ashton Carter tərəfindən Estoniya səfəri zamanı açıqlanmışdı. Estoniya, İkinci Dünya müharibəsindən sonra 1991-ci ildə müstəqilliyini yenidən qazanana kimi Sovet işğalı altında yaşamış bir NATO üzvüdür.

 

Müdafiə ittifaqı

 

Ümumilikdə yalnız 250 tank və müəyyən sayda zirehli vasitə və qundaqlı motorlu topçu sistemi yeddi NATO ölkəsinə (Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva və Estoniya) paylanacaq.

Yəni bu nöqtədə Şərqi Avropaya göndəriləcək qüvvənin bir briqada (5 min ətrafında) əsgər yox, ancaq təchizat olduğunun vurğulamaqda fayda var. Bu vəziyyətin dünyanın ən böyük hərbi güclərindən biri olan Rusiya baxımından necə bir təhdid sayılacağı əslində çox da müəyyən deyil.

Bu yeddi Şərqi Avropa ölkəsinin bu gün Rusiyaya dair nə üçün narahatlıq keçirdiyini anlamaq üçün isə yaxın tarixə baxmaq kifayətdir. Soyuq Müharibə dövründə bütün bu ölkələr ya Baltik dövlətləri nümunəsində olduğu kimi birbaşa işğal yolu ilə, ya da Varşava Paktı hökmüylə az qala yarım əsr Sovet hakimiyyəti altında yaşadı.

ABŞ-ın bölgəyə hərbi ekipaj göndərmə qərarı, bir çox Şərqi Avropalı NATO üzvünün ilk seçimi deyildi. Rusiya ilə sərhədi olan bu ölkələrin əsl istədiyi, ABŞ-ın Almaniya və İtaliyadakı kimi burada da daimi bazalar qurması idi. Çünki daimi bazalardan hərbi avadanlığın, habelə bunların dərhal istifadə edilə bilməsi üçün lazım olan hərbi personal da var.

Daimi bazalar lehində ortada güclü bir arqument var. Məsələn coğrafi baxımdan kiçik olduqlarından Baltik ölkələrinin təhlükəsizliyini Rusiyadan gələ biləcək klassik bir hərbi təhdidə qarşı qorumağın tək yolu, bölgədə həm əsgər sayısı, həm də hərbi gücü baxımından sağlam bir varlıq göstərməkdən keçir. Baltik dövlətləri, NATO-ya böyük bir hərbi gücü səfərbər edə bilməsi üçün kifayət qədər vaxt qazandıracaq, müdafiə dərinliyinə söykənən bir strategiyaya bel bağlamaq üçün çox kiçikdirlər.

 

Böyük yanılma

 

1997-ci ildə NATO ilə Rusiya arasında imzalanan mütləq Sənədin NATO əsgərlərinin Orta və Şərqi Avropa ölkələrində daimi olaraq mövqelər qurmasını qadağan etdiyinə dair ümumi bir yanılma var ortada. Rusiya da həmin söz-söhbəti hələ də davam etdirir. Halbuki işin əsli elə deyil.

Mütləq sənəd, daimi bazalar haqqında bunları deyir:NATO, mövcud və nəzərdə tutulan təhlükəsizlik mühitində ortaq müdafiə və digər missiyalarını yerinə yetirmək üçün qeydə dəyər miqdarda əlavə hərbi qüvvəni daimi olaraq mövqelənmdirmək yerinə, möhkəmlətmək üçün lazım olan birlikdə çalışmağı, inteqrasiyanı və qabiliyyəti təmin edəcəyini vurğulayır.

Sazişin imzalandığı ildən etibarən Rusiya söz verdiyi halda Moldovadakı əsgərlərini geri çəkmədiyi kimi, Ukrayna, Ermənistan və Belarusdakı əsgər sayını da artırıb ki, bu ölkələrin hamısı NATO üzvü ölkələr ilə həmsərhəddir.

Moskva eyni müddət ərzində NATO müttəfiqlərinə istiqamətli kiber hücumlar təşkil edib, Gürcüstanı işğal edib (ölkənin 20% -i hələ Rus işğalı altında), enerji ehtiyatlarını qonşuları əleyhinə silah olaraq istifadə edib və son olaraq da Krımı ilhaq edib Ukraynanı parçalayıb.

Nəticə etibarilə haqqında bəhs olunan o "mövcud və nəzərdə tutula təhlükəsizlik mühiti" 1997-ci ildən etibarən çox dəyişib. Buna görə də NATO üzvü olan Şərqi Avropa ölkələrində haqlı olaraq daimi baza qura bilər.

Qərbi Avropa və Şimali Amerika baxımından bunu təsəvvür etmək bəlkə qeyri-mümkündür, amma Orta və Şərqi Avropada bir çox ölkə bu gün hələ hərbi planlarına və xarici siyasət düsturlarına Rusiyanı daxil edir, çünki Moskvanı özləri üçün təhdid vasitəsi kimi görürlər.

 

Rusiyanın nəzarətsiz təcavüzü

 

Hərbi və diplomatik baxımdan baxdığımız zaman Orta və Şərqi Avropada möhkəm bir hərbi gücün saxlanılmaması üçün heç bir məntiqi əsas yoxdur.

Qəti olan bir şey var ki, Rusiyadan gələn təhdidlərə mane olub Şərqi Avropanı müdafiə etmək, bölgəni xilas etməkdən daha çox asan olacaq. Bu səbəbdən NATO, Rusiyanın təhdidlərini ciddi qəbul edirsə, bölgədə hərbi güc və avadanlıq ilə tam təchizatlı daimi bazalar qurulmasını vacib saymalıdır.

Dünyadakı dostların gözü isə hal – hazırdaVaşinqtona çevrilib.

 

Luke Coffey mərkəzi Washingtonda yerləşən bir düşüncə quruluşunda Postatlantik və Avrasiya təhlükəsizliyi üzrə ekspertdir.

 

Tərcümə: Oktay Hacımusalı

Şərhlər

Çox oxunanlar