ŞƏT qlobal aktor olma potensialına sahib bir təşkilatdır - EKSPERT RƏYİ

13.07.2015 16:47     A-reaksiya     2889

Bunu Reaksiya.az – a açıqlamasında Rusiya və Avrasiya bölgəsinə istiqamətli yazdığı analizləri ilə tanıdığımız, hal-hazırda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bağlı Diplomatiya Akademiyasında doktorluq işini davam etdirən politoloq Ferit Temur bildirib. ŞƏT meydana gəlməsinə dair aktual məlumatların, analiz və bəzi nəzərdə tutuların yer aldığı bu kitab həm bəhsi keçən təşkilata, həm də Avrasiya bölgəsinə bağlı üfüq bucaqçı bir yansıtım çəkir. 8 ildən çox bir müddətdir post-Sovet coğrafiyası üzərinə ixtisaslaşma adına bir çox ölkədə, ən strateji bölgələrə çatana qədər tapılmış, üstəlik Rusiyanın Krımı "geri alacağını" 5 il əvvəlindən öngörmüş bir "bölgə mütəxəssisinin" qələmindən çıxması, bizim üçün bu kitabı və müsahibə daha da mənalı etmişdir.

"Təhlükəsizlik sahəsində əməkdaşlıqda ən çox faydalanan Çinə Yaradı"

Ekspert bildirib ki, ŞƏT - in yaranışını vacib hala gətirən və Çini bu məsələdə təşəbbüsü ələ almasına şərsait yaradan ən başlıca faktor Sovetlər Birliyinin dağılmasından sonrasında Mərkəzi Asiya bölgəsində ortaya çıxan "təhlükəsizlik boşluğudur": “Bölgədə meydana çıxan sərhəd mübahisələri və etnik-dini mənşəli radikal axınların, öz içində ehtiva etdiyi Şərq Türkistana da sıçrayış riski qarşısında Çin müstəqilliyini yeni qazanan bölgə ölkələriylə, Rusiyanın da dəstəyini alaraq, bir sıra görüşlər reallaşdırdı və adına daha sonra "Şanxay ruhu" deyilən proseslə regional təhlükəsizliyin təmin edilməsi barəsində qarşılıqlı razılaşma əldə etdi. Sərhəd problemlərini həll edən və 2001-ci ildə Özbəkistanın da iştirakı ilə "üç şərlə" (terrorizm, ekstremizm və sepetarçılıqla) mübarizə konsepsiyasını mənimsəyən ŞƏT nəzdində "Regional Terrorizmlə Mübarizə Agentliyi" (Rats) qurularaq nəticə verən ortaq fəaliyyətlər icra edildi. Xüsusilə təhlükəsizlik sahəsindəki bu əməkdaşlıqdan, Şərqi Türkistandakı separatçı hərəkatı böyük nisbətdə nəzarət altına almağı bacaran Çinin faydalandığını söyləmək mümkündür. Qısacası, quruluşundan bu günə ŞƏT nəzdində hərbi sahədə əməkdaşlıq edilməkdə, terrorizmlə mübarizədə çox tərəfli ortaq manevrlər təşkil edilməkdə, təhlükəsizlik xidmətləri arasında həssas məlumatlar paylaşılmaqda, terror təşkilatlarına dair ortaq siyahılar yaradılmaqda və narkotiklə müştərək mübarizə aöarılmaqdadır. Son olaraq, Rusiya tərəfinin Rats daxilində yeni bir komitə yaradılması ilə təklifi də qüvvədədir. Belə ki, bu komitədə "hackerlik", "maliyyə spekulyatorluğu" və "rəngli inqilab təbliğatı" kimi "yeni nəsil cinayətlər"lə də mübarizə aprılacaq”.

Təkqütblülükdən çox qütblülüyə keçid prosesindəyik

Ekspert Ferid Temur bildirib ki, əksər ekspertlərin ortaq yanaşmasına görə XXI əsrdə qlobal güc tarazlıqları, tək qütblülükdən çox qütblülüyə keçid istiqamətində dəyişməkdə və sistem içərisində yeni aktorların yüksəlməsi ilə birlikdə güc paylaşma prosesinin sancıları daha çox yaşanmaqdadır: “Bəlkə burada termin kimi "dəyişmə" yerinə "çevrilmə" ifadəsini istifadə etmək daha doğru ola bilər. Çünki həmin proses "kapitalist sistem" içərisində meydana gəlməkdə, bir başqa ifadəylə, mövcud iqtisadi-siyasi sistemə alternativ bir keçid yaxud dəyişmə yaşanmamaqdadır. Bu "çevrilmə" prosesinə bağlı olaraq qlobal siyasi- iqtisadi sistemin orbitinin gedərək Qərbdən Asiya Sakit okean bölgəsinə doğru sürüşdüyünü müşahidə edirik. Buradan hərəkətlə ŞƏT - in, geosiyasi, coğrafi-mədəni, coğrafi-iqtisadi və geotəhlükəsizlik tarazlıqları baxımından daşıdığı regional və qlobal əhəmiyyəti vurğulamalıyıq. Əgər Təşkilat tərkibinə yeni üzvlər qatacaqsa,ki yaxın dövrdə qüvvətli bir ehtimal da budur, ŞƏT - in beynəlxalq arenada ağırlığı daha çox hiss olunan yeni bir qlobal aktor olma potensialını əldə edəcəyini önə sürə bilərik”.

Şərhlər

Çox oxunanlar