Suriyalı müxalif: Böhranın həll olunmamasında ABŞ-ın da rolu var - TƏHLİL

13.07.2015 17:11     A-reaksiya     3166

Müxaliflərin qurduğu Suriya müvəqqəti hökumətinin səhiyyə naziri Məhəmməd Vəcihə Cümə ölkəsindəki proseslərin Türkiyənin milli təhlükəsizliyini təhdid etməsi halında “Ankaranın nəsə etməli olduğunu deyərək müdaxiləyə eyham vurub.

“Sputnik” Xəbər Agentliynə açıqlama verən Cümə, "Suriyada xarici döyüşçülərin olması xalqların azadlıq tələbinə kölgə salır. Bu bizim inqilabımızın çox pis təsir edən bir faktordir" - deyib. Hələbdə Təbiblər Dərnəyinin rəhbəri ikən, 2012-ci ildə Türkiyəyə gələn Cümə, Suriyanın bütövlüyünü müdafiə edən bir tərəf olduqlarını vurğulayıb.

Güclər tarazlaşmadan siyasi həll mümkün deyil

Cümə bildirib ki, Suriyanın dinclik və sabitliyə qovuşacağına və hamının öz evinə qayıdacağına hamımız inanırıq: “Bizlər hər zaman Suriyanın bütövlüyünü müdafiə etmişik. Suriyada ən nəhayət olması lazım olan siyasi bir həll vasitəsidir. Bu siyasi həllin də hazırlıqlarını görməliyik. Bir güc tarazlığı olmazsa siyasi həll olmaz. BMT və BMT Təhlükəsizlik Şurasının qərarı ilə hamıya rahatlıq verən bir siyasi həll variantı istəyirik. Suriyada çoxlu sayda dağınıq müxalif təşkilatlanmaların olması siyasi həlli çətinləşdirir. 2011 – ci ilin martından etibarən Suriya xalqı tamamilə Dövlət Başçısı Bəşər Əsaddan xilas olmaq üçün mübarizə aparır. Hətta Əsəd tərəfdarları arasında belə Əsədin getməsini istəyənlər var idi. Əsəd, Tunis hadisələrindən (Ərəb Baharı) sonra bunun Suriyaya də sıçrayacağını bilirdi. Buna görə ailəsini yığıb “vazmı keçək, yoxsa hücum edək?” – sualını verdi. Ailə 'hücum' qərarı aldı. İnqilabın ilk həftəsində Əsad göstəriciləri 'terrorist' deyə xarakterizə edib onlara silah tuşladı".

Xalqın ümidlərini doğrultmadılar

Suriya probleminin həlli çərçivəsində Əsəd hökuməti ilə eyni masaya oturmağa qətiyyətlə qarşı olduqlarını ifadə edən Cümə bunları deyib: "Suriya probleminin həlli ilə bağlı aparılan danışıqlar və görüşlər nəticə vermədi. Çünki xalqın ümidlərini doğrultmadılar. Əsadı müdafiə edən toplantılar reallaşdırıldı. Bir başqa məsələ isə Suriyada döyüşən xaricilərdir. Xarici döyüşçülərin mövcudluğu Suriya xalqlarının azadlıq tələbinə kölgə salır. Bu, bizim inqilabımızın çox pis təsir edən bir faktordur. Suriya inqilabı, azadlıq tələbiylə başlayıb. Ancaq Əsəd inqilabı silahla yatırmağa çalışdı. Suriyada zülm olduqca, silahlı birliklər də böyüyəcək. Əsəd Hizbullahı da Suriyaya gətirdi. İraqdan və bir çox yerdən döyüşçüləri Suriyaya gətirdi. Suriya xalqı nə ifrat tərəfdarı radikal silahlı qüvvələri istəyir, nə də Əsad rəhbərliyini. Xalq demokratik bir Suriya istəyir".

Suriya probleminin uzanmasında ABŞ – ın da rolu var

Cümə qeyd edib ki, beynəlxalq güclər nə zaman istəsə və xüsusilə də ABŞ bu işin həllinə razı olsa, Suriya problemi həll olunar. Bu problemin uzanmasında ABŞ-ın da rolu var. Müxaliflərə dəstəkdən vaz keçən ölkələr oldu. ABŞ Suriya inqilabının başladığı tarixdən indiyə kimi xalq hərəkatını inqilab kimi tanımadı. Təhlükəsiz bölgəyə qarşı sanksiyalar həyata keçirdi. ABŞ indiyə kimi müxalifləri silah almaqdan da məhrum etdi. Buna görə də şəhərlər yıxıldı, Hələb kimi böyük bir şəhərdə köçlər baş verdi. 2 milyondan çox insan köçkün kimi yaşayır. Niyə? Çünki xalq bombardmanlardan qorunmadı. Amma raketlərimiz olsaydı, bombardmanlar da olmazdı. Əsad 5 ildir ki, istədiyi silahlarla döyüşür. Əsad tərəfdarları ona hər cür silah yardımı edirlər. Amma müxaliflərin əlində istədikləri silahlar yoxdur".

Şərhlər

Çox oxunanlar