İsrail İranı Türkiyə ilə təhdid edir? - ANALİZ

14.07.2015 10:01     A-reaksiya     2960

İran ilə atom enerjisi müzakirələrində irəliləyişlər əldə edildiyi yönündə açıqlamaların ardınca İsraildən yüksələn səslər beyinləri qarışdırdı. Təqaüddə olan başkonsul Oktaq Aksoy, İsrail Müdafiə Naziri Yalonun açıqlamalarını Sputnik üçün analiz etdi. İsrail Müdafiə Naziri Moşe Yalona görə Viyanada P5+1 ilə İran arasında imzalanacaq olan bir müqavilə bütün hallarda “pis bir atom enerjisi müqaviləsi” olacaqdır. Və buna görə də İsrail qədər Səudiyyə Ərəbistan, Misir, Türkiyə və digər Orta Şərq ölkələri də təlaş edir. Görəsən vəziyyət həqiqətənmi belədir? Türkiyə və Orta Şərq ölkələri P5+1 ölkələrinin İranla nüvə enerjisi müqaviləsi bağlamasını istəmirlərmi? Məsələ ilə bağlı Sputnik Xəbər Ajansına müsahibə verən Xarici Siyasət İnstitutunun İdarə Heyəti üzvü və Uluslararası Proqramlar başkanı təqaüdçü başkonsul Oktay Aksoy belə dəyərləndirmələr etdi: “Bölgədə atam silahlarına sahib olan bir ölkənin varlığı Türkiyə və bölgədəki digər ölkələri də narahat edir. İranla anlaşma əldə edilməsi bu təhdidi ən azından bir müddət ertələyəcəkdir. Türkiyə və Braziliya İranla atom enerjisi müqaviləsi bağlamaq istiqamətində Birləşmiş Millətlər Təşkilatının üzvü olduğu vaxtda ortaq bir giriş etmişdilər və müqaviləyə çox yaxın bir ortaq nöqtəyə gəlmişdilər. Türkiyənin əvvəldən İranla bir müqavilə bağlamasına ancaq məmnuluq duyacağını bildirmək gərəkir”. Yaxşı, bəs İsrail niyə belə bir açıqlama etdi? “İsrail İranla anlaşma əldə edilməsindən məmnun deyil. Bunu başda Amerika Birləşmiş Millətlər Təşkilatı olmaqla müxtəlif ölkələrə bildirdiyini bilirik. ABŞ-ın da müttəfiqi olan ölkələri özünə birləşdirməklə ağırlığı əldə etməyə çalışır. İsrail İranla atom silahına sahib olan bir ölkə olması səbəbiylə müqavilə bağlamaqlaə bölgədə atom enerjisi silahlarının çınaqdan keçirilməsi istiqamətində digərlərinin də arta biləciyini düşünə bilər. Digər yandan da bölgədə yetəri qədər istikrarı təhdid edən irəliləyiş var. Sünni şiə məsələsinin ən asan təhrik ediləbiləcək məsələ olduğunu düşünə bilərlər. Türkiyənin isə belə bir hadisənin baş verməməsini arzulamaqdan başqa düşüncəsi ola bilməz.

Şərhlər

Çox oxunanlar