Gənclərimiz hansı səbəbdən İŞİD-ə qoşulur? - MÖVQE

14.07.2015 10:41     A-reaksiya     2857

Ən yaxşı universitetlərdə təhsil alan müsəlman gənclərin İŞİD-in təsirinə düşmələri səbəbindən biri modern informasiya texnologiyalarının imkanlarıyla aparılan güclü təbliğatdır. Digər səbəbi isə gənclərin gün keçdikcə daha çox maraqlanmasıdır. Gənclər islamın qaydalarına əməl etməyi, yəni şəriətə görə yaşamaq istəyirlər. Bunun qarşılığında bir yandan da toplum içində artan islam düşmənlərinə şahid olurlar.

Gənclər buna hazır deyildilər. Özlərini yad, dinlənilməyən, anlaşılmayan olaraq hiss edirdilər. Bir sözlə, onlar üçün yaşam ağırlaşır. Ələlxüsus da buna görə İŞİD-in kütləvi təbliğatları onları cəlb edir. Düşüncələrinə təsir edir, zehinlərində axtardıqları uyğun yerin ora olduğu fikrini yaradır.
Qəbul etmək lazımdır ki, ölkəmizdə dini liderlərin, mollaların işləri yetərli deyil. Mollalar öyrətmə səviyyəsi gərəkdiyindən çox daha azdır. Bir çoxu sadəcə ilahiyyatçıdır. Mollalarımız islamın əsaslarını bilirlər. Ancaq bir çoxu gənclərlə necə ünsiyyət quracaqlarını, onlarla necə iş aparacaqlarını bilmirlər. Mollalarımızın xalqdan gələn gerçək tələblərə cavab vermirlər. Gənclər təşbihlərlə danışan mola və axundların bəzəkli dilini anlamır. Maləsəf ki, bu gün mollaların çoxunun səviyyəsi belədir.

Aidiyyati universitetlərin verdiyi təhsil səviyyəsini müqayisə etsək, əlbəttə ki, belə bir universiteti bitirən insanın intellektual səviyyəsi məsciddə islami bilik alandan bir az daha yüksəkdə qalır. Çünki məscidlərdə mollalara işlədikləri zaman daha çox nəyə ehtiyac olduğunu öyrədəcəklər. Bundan kənar sahələri önəmsəməyəcəklər. Bu səbəbdən də mollalalrın aldığı təhsil yarımçıq qalmaqdadır. Mollaların gənclərlə çalışmaq üçün toplumun nəbzini tutmaları, istəklərini hissetmələri, bunun üçün də o toplumu tanımaları gərəkir.

Gəncləri cəmiyyətin inkişafında, irəliləməsində aktiv hala gətirməliyik. Bunun üçün də onları yanımızda tutmağı bacarmalıyıq. Mollalar bunu etmək üçün sadəcə yaşlıların dilini deyil, gənclərin dilində danışıb onlara lider olabilməlidir. Mollaların müasir texnologiyanı izləyən, psixologiyadan, siyasətdən anlayan insanlar olması lazımdır. Molla bu məsələlərdə yarımçıq olduğundan cəmiyyətin tələblərini tam mənasıyla görə bilmir.

Əgər gənclər İslama xidmət etmək istəyirlərsə onlara qapıları bağlamamaq lazımdır. Toplumda gəncliyimizin aktiv işləmələrinə ehtiyac duyulan bir çox sahə var. Bunların arasında sosial çatışmazlıqlarla mübarizə, seminarlar, dərslər təşkil etmək kimi fəaliyyətlər mövcuddur. Bütün bunlar gəncliyin özünə ehtiyac duyulduğunu hissetməsi üçün önəmli məsələlərdir. Gəncləri belə fəaliyyətlərə daxil edərək əslində onları topluma daxil etməməmiz gərəkir.

Gənclərin İŞİD-ə qoşulmaları əslində sadəcə din ilə əlaqəli bir mövzu deyil. Çünki bu gənclərin çoxu dinlə yeni tanış olmağa başlayanlardır. Dini məsələlərdə dərin bir anlaşılmazlıq yoxdur. Onları İŞİD-ə itələyən səbəb daha çox cəmiyyətdə isalama və özlərinə olan münasibətdir.

Günümüzdə protesto, dirəniş kimi toplum hərəkətlər həm müsəlman, həm də qeyrimüsəlman arasında görülən bir hərəkat formasıdır. Bundan kənar atesit kütlələr də bu hərəkat formlarına müraciət edir. Bu forma hərəkatlar həm Avropada, həm də Afrikada insanların mənəvi məsələlərdə suallarına cavab tapmaqdan vaz keçdiklərində ortaya çıxır. Eyni hadisənin bizim də başımıza gəlməsinə yol verə bilmərik. Ölkəmizdə din adamları bu axtarışda məqsədli gəncliyin axtardıqlarına, tələblərinə cavab verməlidirlər.

Mənbə: OnKavkaz.com

Şərhlər

Çox oxunanlar