Qafqaz İŞİD-ə qucaq açmayıb - YANAŞMA
14.07.2015 11:24 A-reaksiya 3139

Qafqaz Birliyinin başında artıq az əvvəl İŞİD-i qınayan Məhəmməd Əbu Osman Girminski dayanır. Görəsən bu ad bir hissəsinin İŞİD-ə bağlılıq andı içmiş fəallar arasında mübahisəyə səbəb olacaqmı? Mən bunu daha çox vəziyyəti anlamaq üçün gərəkli təmaslar olaraq adlandırmağı tərcih edirəm. Çünki Qafqaz Birliyinin özünü İŞİD-dən soyutması çətindir, onu Qafqazda dirənişin ünvanı olaraq qəbul etməsi də mümkün deyil. Qafqaz Birliyinin hazırda xarizmalı bir lideri yoxdur. Bu lider xarizması Doku Umarovda yoxdur, indi başçılar da bu xüsusiyyətə sahib deyillər. Hazırda keçid mərhələsindəyik. Bəzi hadisələr İŞİD-in irəliləyən zamanlardakı vəziyyəti ilə bağlı olacaq. Sərt bir zərbə etdilər və qarşılığında da sərt zərbə gördülər. Qarşıdakı iki ay ərzində hərhansı bir sürtüşmə yaşanarsa o zaman Qafqazda yer yerindən oynar. İŞİD-in bir çox əraziyə diş atdığını nəzərə alarsaq bunun baş verəcəyini mümkün saya bilərik. Buradan dərin nəticələr çıxarmaq olduqca çətindir. Üsyançılarla bağlı video məlumatlar var. kütləvi terrorlarla başqaları maraqlansın, dəqiq nələrsə etmək lazımdır, amma hələlik zamanı deyil. Həmçinin, baş verənlərdən danışsaq, bir müddət əvvəl İŞİD ələ keçirdiyi Palmiranın şəkillərini yaydı. Özlərinin təsvir edildiyi kimi qorxunc insanlar olmadıqlarını göstərmək istədilər. Qafqazın İŞİD ideologiyasından bəhrələnib bəhrələnmədiyini gəlincə isə mən bəhrələnmədiyini düşünürəm. Ərəblər daha əvvəl də Qazqazda oldular. Qafqazlılar və ərəblər arasında bəzi səhv anlaşılmalar var. Bu da ərəblərin 90-cı illərdə hər kəsə dərs vermək istəməsindən qaynaqlanır. Onların bu fikri qafqazlıları tədirgin edir. Müharibə vaxtında bir çeçenlə ailə qurmasına baxmayaraq olduqca sərt, kobud bir fiqur olaraq görünən Hattab kimi liderlərin sözləri və əməlləri hər kəs tərəfindən yaxşı bilinir. Yəni Qafqazda İŞİD-in fikirlərini sorğusuz qəbul edəcək kimsə yoxdur. Bunu anlamaq lazımdır ki, insanların təlaş etdiyi şey İŞİD-in özünü deyil, bütün dünyanda var olan alternativ islami əyilim axtarışıdır. İŞİD daha çox üzdə durur və hər kəsdən daha çox özünü göstərir. Bu həqiqətən də problemdir, mədəniyyətin çatdırılma problem, müharibə problem. Qorxuluduru, çünki yayıla bilər, çox insanların məhvinə yol aça bilər. Afrikada, Asiyada, hətta Avropada belə. İŞİD bunun an bariz nümunəsidir. Mənbə: Kavpolit
Şərhlər