Gülənin böyük media quruluşları - ARAŞDIRMA

14.07.2015 14:50     A-reaksiya     3044

 

 

Türkiyədə çevriliş cəhdinin uğursuzluqla nəticələnməsindən sonra Gülənçilərlə bağlı ortaya çıxan bəzi məlumat və sənədlər göstərdi ki, Qrupun maraq dairəsi “dərsxana” pərdəsi arxasında xeyli geniş diapazona malikdir.

Gülən qrupu artıq bir müddətdir ki, ictimaiyyət arasında açıqca müzakirə edilir. 17-25 dekabr 2014 – cü il tarixində əgər çevriliş uğurla həyata keçirilsəydi, bəlkə də bu müzakirə artıq heç bir zaman mümkün olmayacaqdı. Təbiri – caizsə bir zamanlar “toxunanın yandığı” bu sistem özünü ən imtiyazlı formada iqtidar oyununun içində ən müstəsna yerə oturdacaq və Türkiyənin siyasi – iqtisadi gücləri yenidən Gülənçilər tərəfindən “təhlükəsizlik oliqarxiyası” vasitəsiylə inşa ediləcəkdi.

Nə yaxşı ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan milli iradəni vaxtında hərəkətə keçirdi və milli iradənin fövqəl səyi sayəsində bu çevriliş cəhdinin qarşısı alındı. Çevriliş cəhdinin uğursuzlqula nəticələnməsindən sonra Gülənçilərlə bağlı ortaya çıxan bəzi məlumat və sənədlər göstərdi ki, Qrupun maraq dairəsi “dərsxana” pərdəsi arxasında xeyli geniş diapazona malikdir.

İş dünyasından mediaya, lobbi fəaliyyətlərindən siyasətə, banklardan həmkarlar ittifaqları quruluşlarına, idmandan təhsilə, QHT sektorundan ictimai təhlükəsizliyə kimi bir çox sahədə Gülənçilər at oynadır və ya atlarının rahat oynaması üçün rahat məkanlar inşa edirdilər. Əksəriyyətində  ya uğur qazanmışdılar, ya da uğurun bir addımlığında idilər.

Bu geniş maraq və fəaliyyət sahəsi Gülənə bağlı olanların gözlərində bəlkə də heyranlıq doğura bilər. Necə də böyük olmaları ilə bağlı qürurla danışa da bilərdilrə. Amma Gülənçilərə ünvanlanan bu sual həmişə ictimaiyyətdə maraq oyadıb: “Necı ola bilər ki, illərdir özünü təhsilə və xidmətə(özlərinin dediyi kimi hizmete) həsr etdiyini açıqlayan bir camaat və ya təşkilat bu qədər geniş bir sahədə fəaliyyət göstərməyə cəhd edir?” Əslində bu sualın cavabı da elə öz içində gizlənib. Hər kəs də bu sualı öz xislətinə görə cavablandıracaq. Bu geniş maraq sahəsi içində media ayağına diqqət çəkmək olduqca maraqıl olardı.

Gülənçilərin AKP hökuməti ilə mübarizə aparanda ağır vuran top kimi istifadə etdikəri ən önəmli silah heç şübhəsiz ki, media oldu. Və hələ də olmaqda davam edir. Dövlətdəki ağırlıqları çökəndən sonra AKP ilə mübarizə aparmaq məqsədi ilə media və lobbi fəaliyyətlərini ön plana çıxaran Gülənçilər 7 Fevral 2012 – ci ildəki MİT-in çevriliş cəhdindən etibarən qapalı bir şəkildə, 17-25 dekabr 2013 – cü ildən təxminən 3 ay əvvəl başlayan dərsxana(hazırlıq kursları) müzakirələrindən bu günə kimi açıq bir şəkildə AKP hökumətinə və elə AKP - nin varlığına müxalif kimi görünürlər.

Müxalifətin inkişaf etdirildiyi əsas iki müstəvi var:

1Daxildə və xaricdəki lobbi fəaliyətləri

2-Media vasitəsilə qurulan təbliğat

“Daily Sabah”ın yazarı Ozan Ceyhun Gülənçilərin Avropada reallaşdırdıqları Türkiyə əleyhinə fəaliyyətləri faktlarla açıqlamışdı. Eyni cür fəaliyyət proqramı Türkiyə daxilində və digər Türkj republikaları içində də var. Gülənçilər  AKP ilə yan-yana olmayan cəmiyyətin fərqli seqmentləri ilə birbaşa təmas qurub ictimai və siyasi sahədə AKP əleyhinə qurulan cəbhənin genişləndirilməsi üçün mübarizə aparırlar.

Heç şübhəsiz ki, camaatın əlində birinci müstəvilə paralel işləyən ikinciyə xidmət edən ciddi media quruluşları mövcuddur. Gülənçilərin Türkiyədəki qəzet və televiziya sayına baxdığımız zaman özünü təhsilə həsr edən və ya üfüqi şəkildə cəmiyyətə xidmət məqsədiylə yola çıxmış bir təşkilat üçün sayının həddindən artıq olduğu dərhal müşahidə olunur.

Türkiyədə birbaşa Gülənçilərə aid media orqanları olduğu kimi, dolayısı ilə Gülənçilərin himayəsində və ya təsirində olan media orqanları da var. Himayəsində və ya təsirində deməyimin səbəbi var. Bəlkə də çoxları bilmir ki, xidmətə bağlı tələbələr yay aylarında ucqar Anadolu əyalətlərində Quran kursları təşkil edir. Bu kurslarda yetişən “şagirdlər” sonradan qəzetlər açırlar ki, bu qəzetlər vizual və məzmun olaraq Camaata aid deyilmiş kimi görünüb, sıradan bir qəzet kimi oxucu qarşısına çıxmaqda beləcə Camaat mənsubları üçün də qeyri -ciddi nəşrlərə sahib bir camaat tənqidini örtməyə hesablanır. Məsələn yazılı mətbuatda “Zaman”, “Millət”, “Bu gün”, “Meydan” kimi qəzetlər ilə “Aksiyon”, “Sızıntı”, “Yeni Ümit” və “Nöqtə” kimi jurnallar Gülənçilər tərəfindən nəşr olunur və ya nəzarət edilir. Hamısı eyni nöqtəyə atəş açır. Ölkədə gündəm yaratmaq haqqında ortaq ümumi nəşr siyasəti həyata keçiriliir. Bu qəzetlərdən “Zaman” qəzetindəki mütəmadi bəzi dini məzmunlu yazıları bir kənara qoysaq, əsas özəkdəki camaatın qəbul etməyə hesablanan bir məzmundan söz etmək mümkün deyil.  Əksinə homoseksuallıqdan ateistliyə kimi İslama zidd bir çox yanaşmanı müdafiə edən bu  nəşrlər həmin qəzetlərlə birlikdə camaat üzvləri arasında yayılır. Bu qəzetlərdə AKP və ya daha geniş məzmunda dindarların vizual görünüşlərinə qarşı olmalarından başqa heç bir yazı çap olunmur. Onların da missiyası budur: çaşqınlıq yaratmaq. Camaatın cəmiyyət dizaynıyla əlaqədar məsələn 6 il əvvəlki düşüncəsini gözümüzün önünə gətirsək, bu yazarlarla necə bir araya gəldikləri düzü çox əhəmiyyətli bir sualdır.

Təxminən eyni vəziyyət vizual media üçün də keçərlidir. Gülənçilərə aid “Samanyolu TV”, “SHABER”, “Kanaltürk”, “Bu gün TV”, “Mehtap TV”, “Irmak” və “MC TV”, xəbər agentliyi olaraq Cihan Xəbər Agentliyi, Jurnalistlər və Yazarlar Vəqfi, Burç FM və bənzər məzmundakı çox radio və internet saytı, bütün hamısı media dünyasının fərqli laylarında zəncirin bir halqasını təşkil edir. Heç şübhəsiz ki, bu xalqa içində xaricdə nəşr edən qəzet və televiziyaların adını da qeyd etmək lazımdır. Türk Respublikalarından Uzaq Asiyaya, Balkanlardan Afrikaya, Avropadan Amerikaya uzanan coğrafiyada Gülənçilərin nəzarətində olan media orqanları AKP və Ərdoğan əleyhdarı nəşrlərin mərkəzində dayanırlar. Türkmənlərə yardım daşıyan yük maşınlarının dayandırılması hadisəsi prioritet olmaqla bir çox mövzuda Gülən mediası işi gedərək AKP əleyhdarlığından Türkiyə əleyhdarlığına çevirməyə başlayıblar.

Nəhayət, burada adları qeyd olunan media quruluşları belə Gülən Qrupunun (Türkiyədəki digər camaatlarla müqayisədə) yalnız bir camaat təşkilatlanması olmadığını və ya o məqamı çoxdan keçərək başqa bir idarəetmə formasına çevrildiyini; digər fəaliyyət sahələrinin xaricində Gülən Qrupunun həm Türkiyə daxilində, həm də qlobal miqyasda nəhəng bir media imperatorluğu olduğunu göstərir. Yəni, birbaşa özünün idarə etdiyi onlarla televiziyası, qəzeti, jurnalı, radiosu, internet saytı və xəbər agentliyi olan; bir o qədər də reklam verərək (pulun gücünü istifadə edərək, satın alaraq) və ya təzyiq yaradaraq nəzarət etdiyi media quruluşuna sahib bir təşkilatdan bəhs edirik. Bunu unutmamalıyıq.

Şərhlər

Çox oxunanlar