Marafonun qalibi Merkel olub - ALMANİYADAN BAXIŞ

14.07.2015 14:27     A-reaksiya     2641

 

“Deutsche Welle”dən Barbara Wesel Yunanıstan marafonunu soyuqqanlılığını itirməyən Merkelin qazandığı fikirini müdafiə edir. Barbara Wesel hesab edir ki, Yunanıstanın avrozonadan ayrılmasının müzakirəyə çıxarıldığı Brüsseldəki çətin marafonun sonunda Almaniya Baş naziri Merkel “Grexit” təhlükəsini ən azından hələlik aradan qaldırıb: “Üçüncü bir kömək paketinin də uğursuzluqla nəticələnməsində artıq Angela Merkel məsuliyyət daşımayacaq. Çünki, Merkel belə bir vəziyyətdə hər şeyə qarşı çıxan Yunan baş naziri ilə sonuna qədər müzakirələr apardığını sübut etdi. Əslində bu döyüşdən yorğun ayrılan elə Tsiprasın özü oldu. Qarşısındakı Alman baş naziri isə gecə iclaslarında göstərdiyi fövqəlbəşər dözümlülüyünü növbəti dəfə ortaya qoydu. Tsipras, müzakirələrdə həmkarını açıq bir şəkildə yerlə - yeksan  edən Merkelin bu nüfuzuna qarşı çıxa bilmədi”.

Barbara Wesel düşünür ki, əgər yunan hökuməti fevral ayında dünya inqilabına inanmasaydı və bunun yerinə borclu olduğu ölkələrlə razılaşmağa çalışsaydı, hazırda bu öhdəliklər çox daha yüngül ola bilərdi: “Ancaq aylarca davam edən enişli – yoxuşlu göreşlərdən, konkret olaraq acizliyindən və Tsiprasa dəstək verən qüvvələrin ölçüsüz qarşıdurma retorikasından sonra avrozonaın artıq səbri tükənib. Avropanın səbrini daşıran sonuncu damcı isə yunanların referendumda Avroonanın təklifinə “xeyr”' hayqırışıyla cavab verməsi oldu. Belə ki Tsiprasın ən yaxşı dostu Avropa İttifaqı Komissiyasının sədri Jean Claude Juncker belə bu vəziyyət qarşısında qəzəbini gizlədə bilmədi. Ancaq, baş nazir indi burada vətəndaşlarına qısa müddət əvvəl rədd etdiyi Brüssel İslahat Paketini böyük bir uğurmuş kimi təqdim edir. Görəsən,  demokratiyanın yunanca qarşılığı budur?

Nəticə etibarilə xoşbəxt son hələ tam zəmanət demək deyil. İslahatlar hələ başlamışdan uğursuzluqla nəticələnə və Syriza tərəfindən sabotaja uğraya bilər. Aleksis Tsipras bir şeyi çox yaxşı öyrəndi: Angela Merkellə masaya oturmaq istəyənin uzun nəfəsli bir mübarizə gücünə sahib olması əsas şərtlərdəndir. Çünki, Merkel güc siyasətində və strateji hücumlarda çox ustaca və hiyləgərcə davranmağı bilir, qarşısındakı gənc yunan həmkarı isə olduqca naşı bir görüntü yaradır. İradənin olduğu yerdə həll variantları da mövcuddur; Almaniya baş naziri növbəti dəfə öz gücünə Avronu xilas etdi. Ancaq yunan faciəsi hələ başa çatmayıb, yaxın vaxtlarda şübhəsiz növbəti pərdəyə tamaşa etməyə başlayacağıq".

 

HAZIRLADI:A.Osman  

Şərhlər

Çox oxunanlar