İnqilabdan sonra İran-ABŞ əlaqələri - TARİXİ XRONOLOGİYA

14.07.2015 17:45     A-reaksiya     3126

Buşun "şər oxunda”kı İran ilə Obama liderliyindəki ABŞ rəhbərliyi arasında əsən isti küləklər 14 iyul 2015-ci ildə öz meyvəsini verdi. 36 il əvvəl İslam İnqilabı ilə əlaqələrin qopması ilə dondurulmuş münasibətlərdə yeni bir səhifə açıldı. İran nüvə fəaliyyətləri ilə əlaqədar qərblə razılaşma əldə etdi

Universitet tələbələrinin ABŞ səfirliyinə hücum etdiyi ​​4 noyabr 1979 – cu il tarixi iki ölkə əlaqələrinin kökündən dəyişdiyi tarix kimi yaddaşlara həkk olundu.

Həsən Ruhaninin prezident seçilməsiylə yeni bir dövrə qəəm qoyan ABŞ-İran münasibətləri gərgin bir 34 il keçib bu günlərə gəlib çıxdı. İranda 1979 – cu ildə baş verən İslam İnqilabı ilə ABŞ tərəfindən dəstəklənən Rza Şah Pəhləvinin devrilməsindən sonra Tehran-Vaşinqton əlaqələri demək olar ki, həmişə gərgin oldu.

 

1979

 

4 Noyabr: İnqilabı dəstəkləyən tələbələr ABŞ səfirliyinə hücum etdilər. 52 ABŞ vətəndaşı 444 gün ərzində səfirlikdə girov saxlanıldı. Girov böhranı diplomatik əlaqələri də gərginləşdirdi.

 

1980

 

4 Aprel: ABŞ-ın girovları xilas etmək məqsədi ilə keçirdiyi hərbi əməliyyat uğursuzluqla nəticələndi. Əməliyyatdan sonra səkkiz ABŞlı və bir İranlı vətəndaş dünyasını dəyişdi.

 

1981

 

20 Yanvar: ABŞ girovların sərbəst buraxılması qarşılığında İranın dondurulan hesablarının yenidən aktiv hala gətiriləcəyi sözünü verdi. Girov sərbəst buraxıldı. Hadisə ABŞ və İran əlaqələrinin İslam İnqilabından sonrakı vəziyyətini də müəyyən etdi. ABŞ-ın İrana sanksiyaları başladı və əlaqələrdəki soyuma bu böhrandan sonra daha da sürətləndi.

 

1986

 

Oktyabr: ABŞ-da Ronald Reyqan rəhbərliyinin İrana silah embarqosuna baxmayaraq silah satdığı ortaya çıxdı. Reyqan rəhbərliyinin məqsədi silahdan əldə etdiyi gəlirlə Nikaraquada solçu hökuməti devirmək üçün döyüşən partizanları dəstəkləmək və İranda girov saxlanılan yeddi ABŞ vətəndaşının sərbəst buraxılmasını təmin etmək idi.

 

1988

 

İyul: İran-İraq müharibəsi zamanı, Hörmüz boğazında olan bir Amerikan döyüş gəmisi, İran sərnişin təyyarəsini vurdu. Təyyarənin səhvən vurulduğu iddia edildi. 290 sərnişin həlak oldu.

 

1989

 

Noyabr: ABŞ dondurduğu İrana aid 576 milyard dolların üstündən sanksiyaları götürdü.

 

1995

 

ABŞ terrorizmə dəstək verdiyi və nüvə silah əldə etməyə başladığı iddiası ilə İrana neft və ticarət sanksiyaları tətbiq etməyə başladı. İran isə ittihamları rədd etdi.

 

1997

May: Liberal siyasətçi Mahmud Hatəmi seçkilərdə qalib gəldi və prezident seçildi.

 

2002

 

Yanvar: ABŞ prezidenti Corc Buş, İraq, İran və Şimali Koreyanı "şeytan oxundakı ölkələr" adlandırdı. Buş üç ölkəni uzun mənzilli raket istehsalında günahlandırdı. Bu açıqlama İranda həm liberalları, həm də mühafizəkarları qəzəbləndirdi.

Sentyabr: ABŞ-ın reaksiyasına baxmayaraq Rusiyalı mütəxəssislər İranın ilk nüvə reaktorunun inşasına Buşehr şəhərində başladılar.

 

2002-2006

 

Bu dövrdə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) rəsmiləri ilə danışıqlar aparan Tehran, uranı zənginləşdirməyi dayandırmağa söz verdi. Ancaq 2004-cü ildə nüvə fəaliyyətlərə yenidən başladı. 2005-ci ildə həddindən artıq mühafizəkar Mahmud Əhmədinejad hakimiyyətə gəldi. 2006-cı ildə isə İranda Natanz atom elektrik stansiyası yenidən fəaliyyətə başladı.

 

2007

 

Oktyabr: BMT tərəfindən 2006-ci ildən etibarən tətbiq olunmağa başlayan sanksiyalara əlavə olaraq ABŞ İrana sərt sanksiyalar tətbiq etməyə başladı. Bu sanksiyalar ABŞ-ın İrana 30 il əvvəl tətbiü etdiyi sanksiyalardan sonra ən sərt tədbirlər kimi tarixin yaddaşına həkk olundu.

Dekabr: Yeni bir ABŞ hesabatı, İranın meydana gətirdiyi nüvə təhdidinin düşünüldüyündən daha az olduğunu göstərdi.

 

2008

 

Mart: Əhmədinejad, 1979 – cu il İslam İnqilabından sonra İraqa gedən ilk İran prezidenti oldu. İraq prezidenti Cəlal Talabani və Baş nazir Nuri Əl Maliki ilə bir araya gələn Əhmədinejad, xarici qüvvələrin ölkədən çıxmasını istədi. Əhmədinejad, ölkəsinin İraqın yenidən əvvəlki qüdrətinə geri qaytarmaq üçün kömək göstərmək istədiyini söylədi və bir sıra əməkdaşlıq müqavilələri imzalandı.

İyul, Avqust: Uzun mənzilli raket sınaqları keçirən İran ayrıca kosmosa raket göndərdiyini də açıqladı. BMT Təhlükəsizlik Şurası daha sərt sanksiyalar tətbiq etmək qərarı aldı.

Noyabr: Əhmədinejad, ABŞ-da Corc Buşdan sonra prezident seçilən Barak Obamanı təbrik etdi. Obama isə İrana nüvə proqramıyla əlaqədar ön şərtsiz müzakirələr təklif etdi.

 

2009

 

Fevral: Əhmədinejad Obamanın təklifinə "ABŞ ilə dialoq qarşılıqlı hörmət şərtinə söykənsə qəbul edirəm" cavabını verdi.

Mart: İranın ruhani lideri Əli Xameneyi, yeni ABŞ lideri üçün "Obama da Buş kimi Yaxın Şərqdə eyni səhv yolu izləyir" - dedi.

Aprel: İran ABŞ jurnalisti Roksana Saberinin casusluqda günahlandırdı və səkkiz il həbs cəzasına məhkum edildi.

May: ABŞ Xarici İşlər Nazirliyi tərəfindən dərc olunan bir hesabat İranı “terrorizmi dəstəkləyən ən aktiv dövlət” elan etdi. İran iddianı rədd etdi. Aprel ayında İranda həbs cəzasına məhkum ABŞ jurnalisti sərbəst buraxıldı.

 

2010

 

Fevral: İran İslam İnqilabının ardından ilk dəfə Süveyş Kanalından iki döyüş gəmisi keçirdi. İsrail bu hərəkəti təxribat kimi dəyərləndirdi.

Dekabr: İran və P5 + 1 ölkələri arasında Cenevrədə keçirilən müzakirələrdə İstanbulda yanvar ayında yenidən bir araya gəlinməsi ilə bağlı razılığa gəldilər.

 

2011

 

Oktyabr: ABŞ İranı Vaşinqtonun Səudiyyə Ərəbistanı səfirini öldürmək üçün sui-qəsd təşkil etməkdə günahlandırdı. Tehran iddiaları rədd etdi.

 

2012

 

Yanvar: ABŞ, neft ixrac gəlirlərinin gizləndiyi ən əhəmiyyətli təşkilat olan İran Mərkəzi Bankına sanksiyalar tətbiq etməyə başladı. İranlılar isə ABŞ-ın üzünə Hürmüz boğazını bağlamaqla təhdid etdi.

Fevral: ABŞ; Türkiyə, Hindistan, Cənubi Koreya, Malayziya, Cənubi Afrika, Şri Lanka və Tayvanı İrandan neft alışını dayandırmaları şərti ilə bu ölkələri iqtisadi sanksiyalardan kənarda saxladı.

 

2013

 

İyun: İranda Əhmədinejadın səlahiyyət müddətinin bitməsindən sonra keçirilən seçkilərdə refomist siyasətçi Həsən Ruhani qazandı.

Sentyabr: İranın yeni prezidenti Ruhani, BMT Baş Katibliyində etdiyi çıxışda ölkəsinin əsla nüvə silah istehsal etməyəcəyini söylədi. Ruhani bir neçə ay içində tamamlanacaq yeni müzakirə prosesinə başlamaq istədiklərini söylədi.

Noyabr: Cenevrədə İran ilə 5 + 1 ölkələri arasında müvəqqəti bir razılaşmaya imza atıldı. Nüvə fəaliyyətlərin məhdudlaşdırılması qarşılığında sanksiyaların yumşaldılmasını nəzərdə tutan müqaviləyə görə 20 iyul 2014-cü il tarixinə kimi geniş bir razılaşma əldə olunmalı idi.

 

2014

 

İyul: İran ilə 5 + 1 ölkələri arasında fevral və iyul aylarında həyata keçirilən yeddi müzakirələrin nəticəsində tərəflər arasında "dərin fərqliliklər" olduğu səbəbiylə müzakirə müddəti 4 ay da uzadıldı.

Noyabr: 4 ay ərzində həyata keçirilən müzakirələrdə görülən inkişafa baxmayaraq əhatəli bir həll varinatı əldə olunmadı və müzakirələr 7 ay daha uzadıldı.

 

2015

 

Yanvar: ABŞ Konqresində Demokrat və Respublikaçı üzvlər, İrana tətbiq olunan sanksiyaların artırılması üçün qanun layihəsi təqdim etmək üçün imza topladılar. Obama, qanun qəbul edilsə belə veto səlahiyyətindən istifadə edəcəyini açıqladı. İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın yeni sanksiya qərarı alması halında, qarşılıq olaraq uranı daha çox zənginləşdirəcəklərini söylədi.

Aprel: İran ilə 5 + 1 ölkələri, 2 apreldə İsveçrənin Lozanna şəhərində "çərçivə razılığı" əldə etdiklərini və əhatəli razılaşma mətnini 30 iyuna kimi yazacaqlarını açıqladı.

İyun: Danışıqların nəzərdə tutulan son günü olan 30 iyun tarixində İran xarici işlər naziri Zərif, Vyanada ABŞ xarici işlər naziri Kerry ilə görüşdü. Müzakirələr bir həftə uzadıldı. Nazir səviyyəsində sıx diplomatik gedişlər yaşandı.

İyul: İran və 5 + 1 ölkələri, 12 ildən sonra, 14 iyulda nüvə müzakirələrində tarixi razılaşma əldə etdilər.

Şərhlər

Çox oxunanlar