PYD-nin hədəfi Aralıq dənizidir? - ARAŞDIRMA

15.07.2015 09:03     A-reaksiya     3605

Türkiyə-Suriya sərhədindəki qarşıdurmalardan sonra PYD, İŞİD -i Təl Əbyaddan çıxartdı. Beləcə, PYD - nin öz xəritəsində verilən adları ilə Cizrə və Kobani kantonları arasındakı əlaqə təmin edilmiş oldu. Ən şərqdəki Dərikdən ən qərbdəki Əzizə kimi uzanan sahələr birləşdirildi. PYD - nin nəzarət etdiyi bölgənin sərhədi Hələbə kimi uzanıb. Növbəti hədəfin Afrin kantonu ilə Kobani kantonu arasındakı bölgəni ələ keçirmək olduğunu anlamaq üçün strateq olmağa ehtiyac yoxdur.

Türkiyənin güneyində "Suriya Kürdüstani" qurulur. 1991-ci ildə Səddam Hüseynin Körfəz müharibəsini itirməsindən sonra İraqın şimalında ABŞ-ın dəstəyi ilə "İraq Kürdüstanı"nın yaranması prosesinə də şahid olmuşduq. 2005 – ci ildəki İraq konstitusiyası ilə bu bölgənin adı "İraq Kürdüstan Muxtar Bölgəsi" kimi yaddaşlara həkk olunmuşdu. Bağdad rəhbərliyi ilə əlaqələrinin yüksək səviyyəsinə bağlı olaraq İraqın şimalındakı rəhbərlik "müstəqillik" hədəfini zaman - zaman dilə gətirməkdən çəkinmir.

İndi də, şərqdən bu sahəyə qonşu yeni bir kürd siyasi formasiyası ortaya çıxır. Idarə edilən  bir torpaq parçası var. Üzərində "suverenlik" statusunda istifadə çalışdıqları bir əhali var. Özlərinə görə bir "bayraqları" var. Ordu vahidləri, inzibati təşkilatları hətta, qondarma məhkəmə orqanları belə var. Ən əhəmiyyətlisi, 1991-ci ildə İraq kürdlərinin sahib olduğuna bənzər şəkildə arxalarında ABŞ-ın dəstəyi var.

Əyn-əl Ərəb/Kobani qarşıdurmalarını xatırlayın. ABŞ-ın hava dəstəyi olmadan PYD İŞİD – i yerində oturda bilərmi? Yaxşı, Təl Əbyadda yenə ABŞ dəstəyi olmadan İŞİD – in uğursuzluğa düçar olması mümkün ola bilərmi? Cavablarınız “xeyr” isə, o zaman ABŞ-ın bu dəstəyi təkcə İŞİD - i yox etmək üçün mübarizə apardığını sorğulamağa başlaya bilərsiniz. Məncə xeyr. Əksinə, Vaşinqtonun İŞİD - in tam olaraq ortadan qalxmasını istəmədiyini düşünürəm.

Daxilində olan və nüvəsindəki terrorist qrupla əlaqəsi olmayan sünni tayfaları tamamilə yadlaşdırmaq yaxşı bir fikir olmadığının şüuru ilə hərəkət edən ABŞ öz çəkdiyi çərçivə içində qalmaq şərti ilə, bu təşkilatı istifadə etməkdə davam edəcək. Niyə yox etsin ki? İŞİD - in faydaları saymaqla bitməz! Əsəd rejimini yola gətirmək üçün irəlidə təzyiq ünsürü olaraq istifadə edilə bilər. İranın Livan-İraq arasındaki nüfuzunu təsirsiz hala gətirilir. Türkiyənin ABŞ-ın müstəqil bölgə siyasətini ələ almaqla bağlı yeritdiyi siyasət olduqca önəmlidir. Qərbdə nə qədər radikal varsa, “cihadçı” kimi etiketləyib İŞİD – in təsiri altına saldılar; beləliklə, Avropa da müsəlman ruhundan 'təmizlənmiş' olar. İŞİD - ə görə narahatlıq hissi keçirən ərəb rejimlərinə milyardlarla dollarlıq silah satışı üçün qanuni bir zəmin hazırlanır. İsrail ilə mötədil ərəb hökumətləri yazılı olmayan bir ittifaq içində hərəkət edirlər...

İŞİD bu məqsədlər üçün istifadə edilir, PYD - nin də ABŞ – ın maraqları baxımından müxtəlif müszbət çalarları mövcuddur. Önümüzdəki mərhələdə Şimali İraqla ən azından konfederativ formada - birləşdirilmələri şərti ilə, müstəqil olduğunda dənizə çıxışı olan ABŞ – ın müttəfiqi olan bir Kürdüstanın mövcudluğu ancaq Suriyanın şimalının PYD tərəfindən idarə olunması ilə təminat altına alına bilər. Beləcə, 2003 – cü ildə reaallşdırılan İraq hücumundan sonra ortaya atılan və Ərəb Baharından sonra yetkinləşməyə başlayan Suriya və İraqın bölünməsi ssenarisindən son mərhələyə keçilir. David Man Gurionun Ekoloji Pakt cəhdindən etibarən İsrailin gündəmindən heç çıxmayan, Suriya və İraqı şimaldan təzyiq altında tuta biləcək bir kürd dövlətinin sərhədləri artıq xeyli dəqiqləşib. ABŞ-a təşəkkür borcu kimi qurulacaq Orta Şərqin bu gələcək dövlətinin bölgədəki güc tarazlıqlarını köklü şəkildə dəyişdirəcəyi aydındır.

Lakin şimalında Türkiyə, cənubunda ərəb dövlətləri olan və dənizə çıxışı olmayan bir kürd dövlətinin güclü ABŞ dəstəyinə baxmayaraq uzun ömürlü olması mümkün deyil. Digər tərəfdən, PYD - nin Aralıq dənizinə çıxış üçün qərbə doğru bir hücum etməsi halında İŞİD – dən başqa digər ərəbləri də qarşısına alması ehtimal olunur.

PYD - nin Kobani-Əfrin əlaqəsini kürd olmayan ünsürlərdən təmizləmək, Hələbə qonşu olmaq və Aralıq dənizinə çıxacaq bir dəhliz meydana gətirmə cəhdləri olsa, Türkiyənin bu günkündən daha az dözümlü olması ehtimalı yüksəlməkdədir. PYD - nin belə bir hücum etməsi halında, yol üstündə iştirak edən Suriya türkləri ilə (Türkmənlər) qarşı-qarşıya gələcəyi, bir qarşıdurma yaşanması halında, məsələnin Türkiyə baxımından bir anda fərqli bir məna daşımağa başlayacağı yaddan çıxarılmamalıdır ...

 

Şərhlər

Çox oxunanlar