Suriyaya müdaxilə etməmişdən əvvəl oxuyun - ANALİZ

15.07.2015 12:54     A-reaksiya     2784

1917-1920 – ci illərdə Fransanın başnaziri vəzifəsində çalışmış Georges Clemenceaunun çox bilinən bir cümləsi var: "Müharibə əsgərlərə üstünə atılmayacaq qədər ciddi bir məsələdir".

Heç şübhəsiz ki, bu söz hərbi gücün və cəbhədə uğur qazanmaq üçün sahib olmalı olan strateji və taktiki mövqeyin əhəmiyyətini kiçik hesab etmək üçün deyilmiş deyil. Əksinə, istər realist, istərsə də

 idealist məktəbə mənsub olsun, bütün beynəlxalq ekspertlər hərbi gücün bir dövlətin beynəlxalq sahədəki mövqeyi və fəaliyyəti baxımından daşıdığı əhəmiyyətini xüsusi vurğulayırlar. Clemenceaunun cümləsinə tez-tez istinad edənlər, döyüşlərin siyasi xarakterinin vurğulayaraq, bir dövlətin silahlı əməliyyata girməsində siyasi nüfuzun alacağı qərarların nə qədər əhəmiyyət daşıdığını və bütün məsuliyyətin da siyasi nüfuzun üstünə düşdüyünü vurğulamağa çalışırlar.

Son dörd ildir Suriya haqqında danışırıq. Türkiyə-Suriya sərhədində bir tampon bölgə yaradılması məsələsi ən azından üç ildir Türkiyənin gündəmində var. Ankara Suriya müxaliflərinə ABŞ ilə birlikdə təlimlər keçir, Kobanidə olduğu kimi onlara logistik dəstək təmin edir. Bu gün də, Türkiyənin Suriyaya hərbi müdaxilə etməsinin an məsələsi olduğu deyilir. Əsgərə “lazım olan hər cür tədbirin alınması” üçün yazılı təlimat verildiyi, silahlı qüvvələrin hərəkat planlarını kamilləşdirdiyi, sərhədə hərbi birləşmələrin cəmləşdirildiyi ilə bağlı xəbərlərə tez – tez rast gəlirik.

İstər Suriyada olsun, istərsə də başqa bir yerdə, əgər Türkiyə öz sərhədlərindən kənarda hər hansı bir əməliyyat həyata keçirəcəksə, əvvəlcə bu yeddi məsələyə xüsusi ilə diqqət yerirməlidir və bu suallara cavab tapmalıdır:

 1- hərəkatın siyasi hədəfi nədir?

2- Həmin siyasi hədəfə nə vaxta çatmaq nəzərdə tutulub?

3- Hərəkat hardan başlayıb harda başa çatır?

4- Hərəkat qərarı konstitusiyaya uyğundurmu?

5- hərəkat beynəlxalq hüquq normalarına uyğun gəlirmi?

6- Hərəkatın iqtisadi xərci təhlil edilibmi? Təxmini xərclər nə qədərdir? Bu xərclərin hansı mənbələrdən realiz olunması nəzərdə tutulur?

7- İşlərin planlaşdırıldığı kimi getməməsi halında hər hansı bir “B Planı” mövcuddurmu?

Rəsmilərin açıqlamalarına baxmayaraq, bu sualların heç birinə konkret bir cavab verilmədiyini səmimi etiraf etməliyik.

Türkiyə Suriyaya ölkəsinə yeni qaçqın karvanı gəlməsin deyə hücum edir; yoxsa Bayırbucaq türkləri etnik təmizliyə məruz qalmasınlar deyə? Bəlkə PYD dövlət qurmasın deyə baş verir bütün bunlar? Bəlkə də Əsədi devirmək üçün; yox, yox, yüz faiz İŞİD –in qarşısını kəsmək üçün bu hücumu planlaşdırır. Bu hədəflərin bir neçəsinə birdən çatmaq üçün də bu hücumu planlaşdıra bilər, amma məncə bunu heç ekspertlər də bilmir.

Konstitusiyaya uyğunluq məsələsi isə ayrıca bir problemdir. Çünki döyüş halını və xaricə silahlı qüvvə göndərilməsinin əsasını təşkil edən 92 - ci maddə “Beynəlxalq hüququn uyğun gördüyü formada” sözləri ilə başlayır. Belə olduqda isə, beynəlxalq hüquqa uyğun olmayan hər hansı bir hərbi hərəkatın, Türkiyənin daxili qanunları baxımından da mübahisəli olacağı həqiqəti ilə üz – üzəyik.

Clemenceaunun sözüylə başladıq, Henry Kissingerin Vyetnam müharibəsi zamanı deidiyi cümlələrlə yazımızı bitirək:

"Biz hərbi müharibə icra edirik, düşmənlərimiz isə siyasi. Biz onları fiziki baxımdan məhv etməyi düşünürdük, onlar isə bizi siyasi baxımından. Proses davam edərkən partizan müharibəsinin ən əhəmiyyətli düsturlarından birini nəzərdən qaçırdıq: Partizan əgər məğlub olmazsa qalib olar, nizami ordu isə əgər qalib gəlməzsə məğlub olar".

Şərhlər

Çox oxunanlar