Müstəqillik Cənubi Sudana təhlükəsizlik gətirmədi - ARAŞDIRMA

15.07.2015 13:54     A-reaksiya     3097

Cənubi Sudan 2011-ci ilin yanvar ayında keçirilən referendumla Sudandan ayrılmaq qərarı verdi, 9 iyulda rəsmən müstəqil ölkə oldu. Lakin ölkədaxilində baş verən mübahisələr və Sudanla yaşadığı soyuq münasibətə görə ölkədə hələ də təhlükəsizlik əldə edilməyib. Afrikanın ən böyük ölkəsi olan Sudan 1 yanvar 1956-cı il tarixində Misir və İngilis hakimiyyətinə son verərək öz müstəqilliyini elan etdi. Müstəqillikdən sonra etnik və dini qurupların siyasi qütbləşməyə çevrilməsi mərhələsi olduqca sürətlə inkişaf etdi. Ölkədə təhlükəsiz bir yönətimin qurulmaması, asayişin bərpa edilməməsi müsəlman-ərəb şimalla, aminist-xristiyan cənub arasında ixtilafların yaranmasına səbəb oldu. Şimal ilə cənub arasındakı daxili müharibə 1972-ci Əddis-Əbəbə müqaviləsiylə bir müddət durdurulsa da, 1969-cu ildəki hərbi çevriliş ilə yenidən alovlandı. Qarışıqlıq 2005-ci ilə qədər davam etdi. 1985-ci ildə Nimeiri hökumətinin müdafiə naziri tərəfindən devrilməsindən sonra 1986-cı ildə yenidən seçki keçirildi. Seçkilərin nəticəsində Umma Patrisi lideri Sadiq Əl Mehdi başçılığı ilə koalisyon hökumət yaradıldı və müəyyən müddətə sivil hakimiyyət iqtidara keçdi. Bu hakimiyyət 1989-cu ildə hərbi çevrilişlə sona çatdı. 1996-cı ilion martında keçirilən prezident və milli məclis seçkiləri nəticəsində General El Beşir prezident, Milli İslami partiya lideri Hasan Turabi isə milli məclisin sədri seçildi. Yeni Sudan konstitusiyası 30 iyun 1998-cu ildə qüvvəyə mindi. 1999-cu idə qüvvədən düşən Sudan Milli Məclisi 5 fevral 2001-ci ildə yenidən açıldı. Əl Bəşir 12 fevral 2001-ci ildə məclisdə and içərək yeni vəzifəsinə başladı. 2004-cü ilin avqust ayında isə “Beynəlxalq Birlik Hökuməti” qurularaq 2011-ci ilin yanvarında Cənubi Sudan cənubun şimaldan müstəqilliyini elan etməsini təklif edən referenduma qədər davam edəcək olan altı illik “keçid dövrü”nə daxil oldu. Bu müddətdə Əl Bəşir Sudan prezidentliyinə davam edərkən prezidentin köməkçiləri və Cənubi Sudan dövlətinin rəhbərliyi ilə Salva Kür Mayardit seçildi. Cənubi sudanlıların yüzdə 98.83-ü ayrılmağın əleyhinə səs verdi və ölkə bu müddət başa çatdıqdan sonra öz müstəqilliyini 2011-ci il 9 iyulda elan etdi. Ayrılıq yeni problemlər yaratdı Afrikanın ən geniş ölkəsi olan Sudan 1 yanvar 1956-cı ildə Misir və ingilis hakimiyyətinə son verərək müstəqilliyini elan etdi. Həm Afrika birliyinin, həm də ərəb birliyiyn üzvü olan Sudan iki qitənin kəsişdiyi bölgədə ərəblərlə afrikalılar arasında bir körpü oldu. Sudan şimaldan Misir, qərbdən Efiopiya və Eritrə, Uqanda və Konqo demokratik resoublikası ilə, şərqdən Orta Afrika respublikası və Çadla, şimal şərqdən Livyayla sərhədləri olan bir ölkədir. Sudan yaşadığı daxili münaqişələrdən sonra məcburən ikiyə bölündü. Paytaxtı Hartum olan Şimal Sudanla, paytaxtı Kuba olan Cənub Sudan yarandı. Efiopiya, Konqo, Demokratik Konqo Respublikası, Uqanda, Orta Afrika Respublikası iləı sərhəddi olan Cənubi Sudanda 211-ci ildə müstəqillik referendomu keçirildi. Şimal Sudanın əhalisinin əksəriyyətini müsəlmanlar, Cənubi Sudan əhalisinin əksəriyyətini isə xristianlar təşkil etdi. Sudandan Cənubi Sudanın ayrılması Sudanın iqtisadiyyatına ciddi zərər vurdu. İki ölkənin ayrılmasından əvvəl cənub ərazilərdən gələn neft gəliri Sudan iqtisadiyyatının ən azı yüzdə 40 faziini təşkil edirdi. Müstəqillikdən sonra bu vəziyyət dəyişdi. Ancaq Cənubi Sudanın neft borularının böyük hissəsinin Sudan ərazisindən keçməsi Cənubi Sudanı bir tərəfdən də Sudana möhtac edirdi. İki ölkə arasındakı neft mübahisələri neft alıcılarına da təsir edirdi. Ən çox təsir görən ölkələr sırasında Çin Xalq Respublikası dururdu. Çin iki ölkə arasında ən çox neft ixracatçısıı idi. Gəlirlərinin ən azı yüzdə 70-inin neft ixracatına dayanan Sudanın neft satdığı digər ölkələri sırasında Yaponiya, Şimali Koreya, İndonüziya və Hindistan dururdu. Cənubi Sudanın iqtisadiyyatında neft bu gün də mühüm əhəmiyyət daşıyır. Müstəqillikdən öncə Sudanın neft ehtiyatının yüzdə 85-i Cənubi Sudandan gəlir. Bu gün də Cənubi Sudan iqtisadiyyatının yüzdə 98 faizini təşkil edir. Dünyanın ən kasıb ölkələrindən olan Cənubi Sudanda milli gəlir 1500 dollardan sadəcə bir az çoxdur. Keçən il neft hasilatından təxmini 8 milyard dollare qazanan Cənubi Sudan neftinin böyük hissəsini Çindən əlavə Malayziya və Hindistana ixrac edir. Daxildəki xaos sona çatmır Cənubi Sudan müstəqilliyini əldə etsə də ölkədə əmin-amanlıq yaratmaq mümkün olmadı.Cənubun ayrılması hər iki ölkə üçün birbaşa və ağır nəticələri də özüylə gətirib-gəldi.Ümumi xətləri etibarı ilə Sudan “Ərəb” Şimal və “Afrikalı” Cənub xətləri boyunca bölündü.Ancaq ölkənin hər iki hissəsindəki alt etnik, din və dil rəngarəgnliyi müxtəlif problemlərə yol açdı. Parçalanmadan sonrakı sahman yaratma cədhləri ölkədə indiyə qədər milyonlar la insanın ölümü və yurdlarından didərgin salınmasıyla ortaya çıxan ziddiyyətləri daha da dərinləşdirdi.2011-ci ildən başlayaraq Cənubi Sudandakı vətəndaş müharibəsində 10 minlərlə insan öldü,2 milyon insan didərgin düşdü, qonşu ölkələrə sığındı.Təxminən 2.5 milyon insan aclıq təhlükəsiylə üz-üzə qalıb. Dənizə çıxa bilməyən və quruda sıxışıb qalan Cənubi Sudan,Hartumu boru xətlərindən astronomik pul tələb almaqla günahlandıraraq neft istehsalını 2012-ci ildə dayandırdı.İstehsalın dayandırılması həm Sudan həm də Cənubi Sudan iqtisadiyyatı üçün destruktiv mahiyyət təşkil etdi.Ehtimal edilən neft gəlirlərinin bölüşdürülməsi uğrunda mübarizə isə ölkədə qəbilələr arasındakı keçmişdən qalma ixtilafları bir anda ortaya çıxardı. 50-dən artıq etnik qrupun olduğu ölkədə iqtidardakı Cənubi Sudan Müstəqillik Hərəkatı Partiyasında Dinka və Nuer qəbilələri adamlarının çoxluqda olması cəmiyyətdə birlik atmosferi yaratmağı daha da çətinləşdirdi. Ölkədə heyvandarlıqla məşğul olan köçəri qəbilələrlə əkinçiliklə məşğul olan yerli qəbilələr arasındakı ixtilaflar da bəzi yerlərdə böyük qətliamların baş verməsinə səbəb oldu.Maldarlıqla məşğul olan qəbilələrin sürülərini o biri qəbilələrin torpaqlarına keçirmək istəmələri çox vaxt toqquşma ilə nəticələndi.Ölkədə güclü, hər kəsin hörmətlə yanaşacağı və qəbul edəcəyi hüquq sistemi olmadığına görə,ixtilaflar etnik toqquşmalara yol açılmasına səbəb olur. Cənubi Sudan 2013-cü ilin dekabrında ölkəni idarə edən partiyada meydana gələn güc mübarizəsi nəticəsində bir anda xaosa sürükləndi.Dinka qəbiləsindən olan prezident Salvar Kiir ilə Nuer qəbiləsindən olan vitse-prezident Riek Makar arasında narazılıq yarandı Kiir, Makar və komandasını ona qarşı çevriliş etməkdə günahlandırdı. Makar vəzifəsindən uzaqlaşdırılaraq nazirlər şurası buraxıldı.Tərəflər arasındakı gərginlik qısa müddətdə etnik toqquşmaya çevrildi.Cənubi Sudan orudusundakı Nuerlərin Makarın tərəfinə keçməsindən sonra toqquşmalar ölkənin hər yerinə yayıldı.Silahlı mübarizə daha çox neft mənbələrinin bol olduğu Şimal əyalətlərində oldu. 2013-cü ilin dekabrında meydana çıxan siyasi böhrandan sonra bir çox müasir silahın heyvandarlıqla məşğul olan qəbilələrin əlinə keçməsi ölkədəki geniş miqyaslı vətəndaş müharibəsinin işarəsiydi.Baş verən silahlı toqquşmalarda Cənubi Sudan ordusunun insan haqlarına riayət etməməsi gündəmə gəldi.BMT Təhlükısizlik Şurası isə 1.5 ildir ki, davam edən vətəndaş müharibəsində minlərlə insanın öldürülməsində məsuliyyəti olan 6 generala sanksiya tətbiq etməyi qərarlaşdırdı.3-ü hökumət, 3-ü isə Makar tərəfdarı olan 6 generalın ölkədən çıxması qadağan edildiyi kimi, onların xaricdəki sərvətləri də donduruldu. İnsan haqlarının tapdalanması BMT-nin gündəmində BMT-nin Cənubi Sudanda insan haqlarının tapdalanmasıyla bağlı hazırladığı raportda ordu və orduya bağlı hissələrin çox sayda qadın və qızı zorlayaraq diri-diri yandıdığı yazılmaqdadır.115 zərərdidə və hal şahidinin ifadəsinə əsasən yazılan raportda ordu və orduya bağlı qrupların mülki vətəndaşları öldürdükləri, evləri və iş yerlərini qarət etdikləri, kəndləri talan etdikləri, 100 mindən artıq insanı öz yurdunu tərk etməyə məcbur etdiklərinə dair faktlar öz əksini tapıb. Yuniti əyalətinin Rubkona,Quit, Kox,Liir və Mayom bölgələrində yol verilən insan haqları pozuntularını sənədləşdirən raportda “Şahidlərin ifadələrinə görə, Cənubi Sudan ordusu və ona bağlı olan başqa ünsürlər, çox sayda qadını və qızı qaçıraraq zorlayıb, bəzilərini evlərində diri-diri yandırdı”- sözləri öz əksini tapıb. Raportda qətl, zorlama, yandırma və qarət hadisələrinin “vəhşiliiyn ən yüksək nöqtəsi olduğu” qeyd edilərək, BMT Baş katinin xüsusi nümayəndəsi Ellen Marqret Lojun “Baş vermiş hadisələrin sənədlərlə ortaya çıxarılmasının, bu dəhşətli suçların istintaqının aparılmasına və toxunulmazlıq zirehinin sındırılmasına kömək edəcəyinə inanırıq”- sözlərinə də yer verilib. Cənubi Sudan hökumətinə də müraciət edən Loj, BMT-nin insan haqları üzrə müşahidəçilərinin bu “barbarlığın” baş verdiyi bölgəyə girməsinə icazə verməsini tələb etdi.Dünyanın ən gənc ölkəsi olan Cənubi Sudanda 2013-cü ilin axırında başlayan silahlı mübarizə nəticəsində 1.95 milyon insan ölkədəki yer-yurdundan didərgin düşdü, 293 min nəfər isə xarici ölkələrə sığındı.120 min nəfər isə BMT-nin düşərgələrində qalır. Cənubi Sudanda iqtisadiyyat neftə bağlıdır Cənubi Sudanın müstəqillik uğrunda mübarizəsi prosesində cavabı axtarılan sualların başında bölgədəki neft mənbələrinin necə bölüşdürüləcəyi gəlirdi.Xüsusilə,zəngin neft bölgəsi olan Abye üzərində həm Cənub, həm də Şimal öz haqqının olduğunu iddia edirdi.Cənubi Sudanın müstəqilliyindən sonra 2013-cü ildə Abyedə referendum keçirildi.Mübahisəli şərtlərdə keçirilən referendumda Abey əhalisi Güney Sudanın lehinə səs verdi.Beləliklə, neft mənbələrinin çoxu Cənubi Sudanda qaldı.Hal-hazırda Cənubi Sudan iqtisadiyyatının 98%-i neft satışından əldə edilən gəlirin üzərində durur. Ancaq infrastruktura problemlərinə görə, Cənubi Sudan nefti köhnə boru xətləri vasitəsiylə ixrac edə bilir.Bu problemi aradan qaldırmaq üçün Salva Kiir hökuməti iqtidara gələn kimi qonşudakı Keniya və Efiopiya ilə neft kəmərləri inşa etmək üçün razılığa gəldi.Cənubi Sudan neftini təxminən 2000 km. uzaqda olan Keniyanın Lamu limanına nəql edəcək olan boru kəmərinin inşasına 22 milyard dollar xərclənməsi gözlənilir.Beləliklə, neft birbaşa Hind okeanına nəql ediləcək. Başqa bir alternativ isə neftin Efiopiya və Cibuti ərazisindən Aden körfəzinə nəql edilməsidir.Bu yolun davamında isə Qırmızı dəniz və Aralıq dənizi var.Ancaq Cənubi Sudandakı daxili narazılıqlar və Somalidəki xaosun bütün Afrika buynuzuna yayılma riski haqqında söhbət gedən layihlərlə bağlı işləri ləngidir. Ancaq buna baxmayaraq, haqqında söhbət gedən 2 kəmərin inşası gələcəkdə yenidən əhəmiyyət qazana bilər.Çünki bu kəmərlər qısa müddət əvvəl Uqandanın Albert gölünün ətrafında kəşf edilən yeni quyulardan çıxarılacaq neftin dünya bazarlarına nəqlində də ən əlverişli yol kimi görünür. Cənubi Sudan İsrail məngənəsində İsrail Cənubi Sudanda ilk səfirlik açan ölkələrdən biridir.İsrail ilə Cənubi Sudan arasındakı münasibətlərin 50 illik tarixi var.Sudandakı vətəndaş müharibəsində İsrail Cənubi Sudana dəstək verən ölkələrin başında gəlirdi.İki ölkə arasındakı ilk rəsmi münasibətlər 2012-ci ildə yaradıldı. İki ölkəni yüksək vəzifəli şəxsləri qarşılıqlı şəkildə bir-birləriylə görüşdülər.Cənubi Sudan prezidenti Salva Kiir, İsrailə səfərində Tel-Əviv hökumətinin dəstəyini həmişə arxalarında hiss etməkdən duyduğu razılığı tez-tez dilə gətirdi.Səfər vaxtı iki ölkə arasında hərbi, iqtisadi və mədəniyyət sahələrində sazişlər imzalandı.Cənubi Sudanla hərbi saziş imzalayan İsrail o ölkəyə ən çox silah və hərbi sursat satan ölkə halına gəldi. İsrailin o vaxtkı müdafiə naziri silah satışını təsdiqləyərək Avropa ölkələrinin Cənubi Sudana qarşı tətbiq etdiyi embarqonun o ölkəni Sudan hökumətinə qarşı zəif və müdafiəsiz vəziyyətə gətirdiyini,müştərək düşmən olan Sudana qarşı hərbi əməkdaşlığın bütün sahələrdə davam etdirildiyini dedi. Cənubi Sudanın ABŞ və Çindən sonrakı ən böyük iqtisadi müttəfiqi İsraildir.İsrail, xüsusilə, təmiz suyun mühafizə edilməsi,əkin suyunun və içməli suyun süzgəcdən keçirilməsində Sudana dəstək verir.2012-ci ildə İsrail öz torpaqlarının üçdə biri qədər böyük bir bölgəni Cənubi Sudandan 50 illiyə icarəyə götürdü. Burada yetişdirilən kənd təsərrüfatı və bağ məhsullarının 20%-i Cənubi Sudanda satılarkən, 80%-i İsrailli şirkətlər tərəfindən dünya bazarına çıxarılır.İsrail ilə Cənubi Sudan arasındakı başqa bir şəriklik sahəsi isə neft istehsalıdır.2013-cü ildə imzalanmış sazişə görə, İsrailin 2 şirkəti Cənubi Sudanda neft kəşfiyyatı və istehsalı imtiyazı əldə etdi. İsrail ilə Cənubi Sudan arasında münasibətlər sadəcə iqtisadi yardımlarla məhdud deyil.İsrail hökuməti Cənubi Sudan ordusunun inkişaf etdirilməsinə də yardım edir.100-dən artıq İsrailli zabitin Cənubi Sudan ordusuna kəşfiyyat və digər hərbi məsələlərdə dəstək verdiyi məlumdur. Mübahisəli bölgə: Abye Sudanda 22 il davam edən vətəndaş müharibəsindən geriyə qan və faciə qaldı.1.5 milyon insan həlak oldu.2005-ci ildə imzalanan saziş ölkənin parçalanmasına doğru gedən prosesi sürətləndirdi.9 yanvar 2011-ci ildə keçirilmiş referendumda Cənubi Sudanın Şimaldan ayrılmasına dair qərar qəbul edildi, iyulda Cənubi Sudan öz müstəqilliyini elan etdi. Cənubi Sudan BMT-üzvlüyünə qəbul edilən 193-cü ölkə oldu.Sudan isə ərazisi baxımından dünyanın üçüncü böyük ölkəsi olmaqdan çıxdı.Afrikadakı ən qanlı savaşların yaşandığı Sudan artıq iki ölkədir.Ancaq Cənubi Sudanın müstəqilliyi bölgədəki problemlərin aradan qalxdığına işarə etmir.Neft istehsalının 20%-nin gerçəkləşdirildiyi Abye bögəsinin hansı tərəfdə qalacağına dair mübahisələr hələ də davam edir.Cənubi Sudan, elan etdiyi konstitusiyada Abye bölgəsinin ona aid olduğunu iddia etdi.Sudan dövlət başçısı Əl-Bəşirin buna reaksiyası çox sərt oldu.Bəşir, “Yeni qurulan dövlətin sərhədləri içində qalan Abye bölgəsini Şimali Sudandan ayırmaq məqsədiylə göstəriləcək hər hansı ciddi-cəhd olarsa, yeni dövləti tanımayacaqlarını”- bəyan etdi. 21 may 2011-ci ildə Şimali Sudan ordusu hərbi hissələr və tanklarla Abyeyə girərək şəhərin önəmli bölgələrini yandırdı.Təxminən 110 min əsgər Abyedən Cənuba qaçdı.Ancaq qısa müddətdən sonra imzalanan sazişə görə, Şimali Sudan əsgərlərinin yerinə BMT-nin sülhməramlı əsgərləri gəldi. Abyedə Şimaldakı iqtidara yaxın olan və müsəlmanların yaşadığı Missuriya bölgəsiylə Cənubda qalmaq istəyən və dini baxımdan xristian olan Ngok Dinka qəbilələri uzun illərdən bəri bir-birinə qarşı mübarizə aparır.Savaşı hansı tərəfin başlatdığına dair hər iki tərəfin bir-birini günahlandıran açıqlamaları oldu.Müşahidəçilər Abyedə referendum keçirilməməsi halında silahlı mübarizənin yenidən başlaya biləcəyinə dair xəbərdarlıqlar edir. Şərqi Afrika terrora təslim olub Şərqi Afrikada silahlı mübarizə getdikcə şiddətlənir.Həftənin əvvəlində Keniyada baş verən terror aksiyasında 14 fəhlə öldü. Aksiyanın məsuliyyətini Əş-Şəbab təşkilatı öz üzərinə götürdü.Əş-Şəbab o aksiyanı Keniyanın Şimali-Şərqindəki Mandera qəsəbəsində həyata keçirdi.Keniya kommunikasiya nazirliyi terror aksiyasında ölənlərin daş karxanasının işçiləri olduğunu açıqladı. Əş-Şəbab təşkilatı tərəfindən daha əvvəl də eyni yerdə terror aksiyası həyata keçirilmiş,36 nəfər ölmüşdü.Son 1 ayda Əş-Şəbab Keniyadakı terror aksiyalarının sayını artırınca, Keniya hökuməti ölkədə yaşayan bir çox Somalilinin “Təşkilata üzv olduğunu” səbəb göstərərək onları həbs etdi.Somalidəki əsgərlərini geri çəkməyəcəyini açıqlayan Keniya hökuməti,Somali hökumətinə verdikləri dəstəyi davam etdirəcəklərini vurguladı. Əş-Şabab terror təşkilatına qarşı mübarizədə Keniya hökumətinin Somali sərhədinə bir divar hörməyi planlaşdırdığı da qeyd edilir.Divarın məqsədi- terrorçuların Keniyaya keçməsinə mane olmaqdır.Əş-Şəbab aksiyalarının davam etdiyi ölkələrdən biri də Somalidir. Somalidə Ramazan ayı başlayandan sonra terror təşkilatı aksiyaların sayını artırdı.Aksiyaların çoxunda ölkədə öz hərbi vəzifəsini yerinə yetirən Afrika hərbi hissələri hədəfə alındı.Ölkənin Şabelle bölgəsində həyata keçirilən aksiyada Afrika hərbi hissələrinin 2 əsgəri öldürüldü.Paytaxt Moqadişuda isə Efiopiya təhlükəsizlik qüvvələri vardı.Aksiyada Efiopiyanın 4 təhlükəsizlik əməkdaşı öldü. Əş-Şəbab ən böyük aksiyasını paytaxt Moqadişudan 100 km. uzaqda olan Afrika hərbi hissəsinin Leaqo bazasında həyata keçirdi.Bombalı aksiyada Afrika hərbi hissəsinin 30 əsgəri öldü.Şərqi Afrikada silahlı mübarizənin davam etdiyi ölkələrdən biri də Sudan oldu.Sudanın Darfur bölgəsində və Cənubi Kordofon əyalətlərində hökumət qüvvələriylə üsyançılar arasında baş verən toqquşmalarda son 20 gündə 12 üsyançı öldürüldü. Afrikanın başqa bir ölkəsi olan Uqandada isə Ramazan ayının başlamasından sonra 2 müsəlman din adamı öldürüldü.Bununla, keçən ildən bəri qətl edilən müsəlman din adamlarının sayı 12-yə çatdı.Hökumət din adamlarının kimlər tərəfindən qətlə yetirildiyini açıqlamadı.Ölkənin Şərqində isə Tanrının qurtuluş ordusu ilə Uqanda orudusu arasındakı silahlı mübarizə davam edir. Tanrının qurtuluş ordusunun Cənubi Sudan sərhədindəki 3 kəndə gecə basqın edərək ən az 20 uşağı qaçırdığı açıqlandı.2005-ci ildən bəri 15 min uşağın qaçırılmasının məsuliyyəti Tanrının qurtuluş ordusunun üstünə atılır.Təşkilat, qaçırılan uşaqlardan “uşaq əsgərlər” kimi istifadə edir.

Şərhlər

Çox oxunanlar