Yunanıstanlı ekspert: “Türk Axını, Türkiyə və Rusiya arasındakı məhsuldar enerji əməkdaşlığını inkişaf etdirəcək”

03.06.2015 12:11     A-reaksiya     1039

Yunan Enerji Forumu sədr müavini Konstantin Levoyannis, “Türk Axını” təbii qaz boru xətti layihəsinin Türkiyə və Rusiya arasındakı məhsuldar enerji əməkdaşlığının davamlılığını təmin edəcəyini bildirib.

“Türk Axını” layihəsinin Moskva və Ankara əlaqələrini inkişaf etdirəcəyini bildirən Yunanıstanlı enerji mütəxəssisi Konstantin Levoyannisinb fikrincə, Cənub Axınının ləğv edilməsindən sonra təbii qazını Türkiyəyə təqdim edən Rusiyaya iki əsas məsələdə faydalı olacaq: birincisi, Türkiyə ilə enerji sahəsində səmərəli əməkdaşlığın davamını təmin ediləcək. İkincisi də, Rusiya təbii qazını AB üzvü olmayan Türkiyəyə gətirərək, AB enerji qanunvericiliyinə və Üçüncü Enerji Paketindəki şərtlərə tabe olmaqdan xilas olacaq.

Moskva ilə Ankara arasındakı enerji əlaqələrinin çox möhkəm və məhsuldar bir əsasda davam etdiyini ifadə edən Levoyannis, "Rusiya, hazırda Mavi qaz Axını üzərindən Türkiyəyə enerji tədarük edir. Türk Axını layihəsi, iki ölkə arasındakı güclü əlaqələrin bir davamı və yenidən təsdiq funksiyasını özündə ehtiva edəcək. Qaz tələbi artacaq olan Türkiyə, Rusiyanın yeni qaz tədarüklərini müsbət qarşılayacaq. Ayrıca Rusiya və Türkiyənin nüvə enerjisi əməkdaşlığını da unutmamalıyıq. Rusiya atom elektrik stansiyası inşası və baxımı ilə bağlı Türkiyəyə əhəmiyyətli məlumat ötürə bilər" – fikirlərini sözlərinə əlavə edib.

Şərhlər

Çox oxunanlar