Dünənki müqavilədə Rusiyanın da çox böyük əməyi var - ANALİZ
15.07.2015 16:59 A-reaksiya 3155

İran ilə P5 + 1 ölkələri arasında nüvə müzakirələrini yaxından izləyən Yaxın Şərq məsələləri üzrə ekspert Yrd. Dos. Dr. Bilgehan Alagöz son razılaşmanın əldə olunmasında Rusiyanın rolunu xüsusi vurğulayıb. Ekspert hesab edir ki, razılaşma bölgədəki digər problemlərin də sülh yolu ilə həll edilə biləcəyinə dair mesajlar verir.
İki həftədən bəridir davam edən görüş mübadiləsindən çıxan müsbət nəticəyə görə İrana tətbiq olunan müxtəlif sanksiyalar və embarqolar qaldırılacaq. Ancaq Birləşmiş Millətlər Təşkilatının İrana tətbiq etdiyi silah embarqosu beş il, raket embarqosu isə daha 8 il qüvvədə qalacaq.
İranın "baş düşməni” İsrailin Baş naziri Benyamin Netanyahu isə müqaviləni “tarixə keçəcək səhv addım” kimi təqdim edib.
İRAN İnqilab Mühafizlərinin gücü artacaq?
Marmara Universiteti Yaxın Şərq Araşdırmaları İnstitutunun araşdırma mütəxəssisi Yrd. Dos. Dr. Bilgehan Alagöz İsrailin reaksiyasını belə şərh edib:
"İsrail və İranın bölgədəki mövqeyi bir-birlərinin əksidir. Qarşılıqlı haqlı məqamlar ola bilər. Çünki belə bir mübahisə də var: Sanksiyaların aradan qaldırılması İran İnqilab təşkilatını daha da qüvvətli bir hala mi gətirəcək? Çünki İran bölgədəki əməliyyatları İnqilab Mühafizlərinin əli ilə icra edir. Bu da beynəlxalq cəmiyyətin nəzarəti altında olacaq".
Orta şərq üçün ümid ola bilər
Ekspert razılaşmanın bölgədəki digər problemlərində müharibə ilə yox, sülh yolu ilə həll ediləcəyinə dair də bir ümid vəd etdiyinin vurğulayıb.
Rusiya təsirli oldu
Vyanada davam edən danışıqlarda tıxanma da yaşandığını vurğulayan Alagözün fikrincə, bu nöqtədə xüsusilə İrana yönəlik silah embarqosu mübahisə məsələsində Rusiya olduqca konstruktiv və dəqiq kimi ortaya çıxdı: “Rusiyanın göstərdiyi yüksək iradə bu razılaşmanın əldə olunmasında olduqca təsirli oldu”.
Şərhlər