Media idarəetmənin başqa bir adı kimi... - YANAŞMA

15.07.2015 18:10     A-reaksiya     3039

Həqiqətən Mandela üçün niyə yas saxlayırdılar? Açıq-aşkar görünür ki, bu Britaniya və ABŞ hökumətləri tərəfindən illər boyu dəstəklənmiş təziqçi bir sustemə qarşı Mandelanın nümayiş etdirdiyi fövqəladə müqavimət idarəsinin matəmi deyil... Yaxın keçmişdə aparılmış ictimai sorğuda britaniyalılara 2003-cü il İraq işğalı nəticəsində neçə iraqlının öldürüldüyü soruşuldu. Verilən cavablar heyrətləndirici idi. Sorğuda iştirak edənlərin böyük bir qismi 10 mindən az adamın öldüyünü söyləmişdi. Aparılan araşdırma sənədlərində isə hardasa bir milyon qadın, kişi, uşaq iraqlının Britaniya və Vaşinqtonun cəhənnəmə çevirdiyi bölgədə həyatını itirdiyi bildirilirdi. Bu hesab Rusiyadakı soyqırım nəticəsində ölən insan sayıyla eynidir. Və İraqda axan qan durmaq bilmir. Bütün bunlar bizim yalnış anlaşılmaları aradan qaldırmaqa çalışan insanlar təfəfindən necə aldadıldığımızı göstərir. Amerikalı yazar Edvard Herman bu vəziyyəti “düşünülməyənin normallaşdırılması” olaraq təqdim etməkdədir. Herman xəbər dünyasının qurbanlarını iki fərqli kateqoriyada birləşdirməklə: Əsəd, Qəddafi, Səddam Hüseyn kimi düşmənlərimizin əllərində zülüm çəkən “dəyərli qurbanlar”, dəyərli qurbanlar bizim insani müdaxilə dediyimiz formanın sərhədlərini bildirməkdədir. “Dəyərsiz qurbanlar” isə bizim cəzalandırma gücümüzə gərək olmadan araya girən və istifadə etdiyimiz “yaxşı diktatorlar”dı. Səddam Hüseyn bir zamanlar yaxşı bir diktator idi. Ancaq bir müddət sonra həddini aşması və itaətsizləşməsi səbəbiylə “pis diktator” sinfinə düşürdüldü. İndoneziyalı general Suhartonun bir milyon insanın ölümünə səbəb olan bir qətliam törətməsi önəmsənilmədən Britaniya və Amerika hökumətləri tərəfindən dəstəklənən “yaxşı diktator”lardan biriydi. Suharto eyni zamanda Şərqi Timorun üçdə birini, Britaniyaya aid müharibə təyyarələri və ağır silahlarla yox etmişdi. Suharto Londonda kraliçə tərəfindən qonaq edilmişdi, Səddam Hüseynin əksinə yatağında hüzur içində öldüyündə ziyalı və modern biri olduğuna dair mülahizələrə imza atmış oldu. Yenə də Səddam Hüseynin əksinə Suhorto əsla həddini aşmamışdı. Mən 1990-cı illərdə İraqa səyahət etdiyim zaman müsəlmanlığın iki məzhəb qurupu- sünni və şiə təriqətlərinə rəğmən bir arada yaşamaqda, bir-birləriylə evlənməkdə, və özlərini iraqlı olaraq təqdim etməkdən qürur duymaqdaydılar. Islami cihadlar və Əl-Qaidə isə mövcud deyildi. Biz isə mövcud durumu 2003-cü ildəki “şok və dəhşətli” basqınlarımızla baltalayıb, parçaladıq. Bu gün sünni və şiələr orta şərq coğrafiyasında müharibə vəziyyətindədirlər. Bu kütləvi qətliamlar isə qadına qarşı ayrıseçkilik və insanların başlarını kəsməsiylə tanınan bir rejim olan Səudiyyə Ərəbistan tərəfindən finanse edilməkdədir. 11 sentyabr hücumundankı təyyarə sürənlərin bir çoxu Səudiyyə Ərəbistandan gəlmişdi. 2010-da Wikileaks, ABŞ xarici işlər naziri Hillari Klinton tərəfindən Amerika səfirliklərinə göndərilmiş bir sənəd yayıldı. Sənəddə “Səudiyyə Ərəbistan yönətimi Əl-Qaidə, Taliban, El-Nusra və dünyadakı digər terrorist quruplara önəmli bir maaliyyə dəstəyini davam etdirirlər” yazılmışdı. Buna rəğmən Suudiler bizim önəmli müttəfiqimizdən də “yaxşı diktator”dur. Britaniyalılar onları tez-tez ziyarət edirlər. Nəticədə onlara istədikləri bütün silahları satırıq. Xəbər spikerlərinin tez-tez işlətdikləri kimi “biz” və “bizim” deyərək hökumətimizin gunaha batmış gücü və biz, yəni xalq arasında ayrı-seçkilik etməməyi üstün tuturam. Hamımız mühəfizəkarlar Parti/Tori, İşçi Partisi və Obamanın Ağ Evi arasındakı əlaqənin bir parçası olmaqdan utanc duyuruq. Nelson Mandela öldüyündə BBC birbaşa David Cameron və Obamaya getdi. Mandela həbsxanada 25 ilini tamamlayarkən Cameronun Cənub Afrikaya getməsi, irqçi rejime dəstək verməklə eyni mənaya gəlirdi. Robben adasında həyata keçirilən Mandelayla vida mərasimi zamanı gözyaşlarını saxlaya bilməyən Obama isə Guantanamodakı hücrələrin hazırkı durumundaydı. Həqiqətən Mandela üçün niyə yas saxlayırdılar? Açıq-aşkar görünür ki, bu Britaniya və ABŞ hökumətləri tərəfindən illər boyu dəstəklənmiş təziqçi bir sustemə qarşı Mandelanın nümayiş etdirdiyi fövqəladə müqavimət idarəsinin matəmi deyil. Əksinə, ona Cənubi Afrikada ağların adil olmayan siyasi və iqtisadi gücünə qarşı siyahılar arasındakı ayaqlanmanın yatırdılmasında oynadığı rol səbəbiylə minnətdardırlar. Çox aydın ki, bu Mandelanın sərbəst buraxılmasının da tək səbəbiydi. Bu gün eyni vəhşi iqtisadi güc, Cənub Afrikanı dünyadakı ən bənzərsiz toplum halına gətirəcək irqçiliyi bir başqa formada davam etdirməkdədir. Bəziləri buna “qarşılıqlı dialoq” deyir. Hamımız elm zamanında yaşayırıq. Ağıllı telefonlarımızı təsbeh kimi istifadə edirik, harada olduğumuzu bildirirlər, onunla nələrisə izləyirik, nələrisə yoxlayırıq, tvit atırıq. “Bağlanmış” və mesaj veririk kimi bir haldayıq. Mesajların ana xətti isə özümüzük. Kimlik zamanın ruhudur. Bir neçə nəsil əvvəl Aldous Huxley, “Cesur Yeni Dünya” romanında bunu tənqid etdi. Toplumsal yoxlamaların ən son aləti budur dedi. Bəlkə də gerçək olan elm zamanında yaşamağımız deyil, mətbuat zamanında yaşamağımızdır. Mandela nümunəsində olduğu kimi medyanın mükəmmək texnologiyası zəbt edilmiş vəziyyətdədir. 2005-ci ildə harold Printer Nobel ədəbiyyat mükafatı aldığı zaman etdiyi çıxışında “Gücün, dünyəvi çıxarlar, bütün dünyanın xeyrinə kimi sözlərlə masqalanaraq manipule edilməsi ağıllı hətta yumorstikdir. Çox uğurlu bir hipnoz üsuludur” demişdi və əlavə etmişdi ki, “bu əsla olmadı. Heç bir şey, heç bir zaman olmadı. əslində olarkən belə olmurdu. Bir mənası da yoxdu. Maraq çəkmirdi.” Bu gün liberal demokratiya tam tərsinə olmalı ikən insanların koperariv bir dövlətə qarşı cavabdeh olduqları bir sistemlə yer dəyişdirir. Britaniyadakı hökumət partiyaları bunu düstur etmək halındalar: varlıyla maraqlan, kasıb üçün mücadilə et. Gerçək demokratiyanın bu şəkildə yaranması tarixi bir çevrilişdir. Bu səbədən də Edvard Snovden, Chelsea Manning və Julian Assange güclü və hesab vermə məsuliyyəti daşımayanlar üçün bir növ təhdid ünsürü olmaqdadır. Və biz vəzifəni təmailə əmin olmaq və doğru məlumatlandırmaq olanlar üçün ibrətlik bir dərs formasındadır. Məhşur müxbir Claud Cockburnun də deiyi kimi “Hər hansı bir sənəd rəsmi olaraq yalanlanmaqdadıqca ona əsla inanma”. İraqı işğal etmək üçün gizlicə aparıldığı kimi hökumətlərin yalanlarının haqqıyla üzərinə gedildiyini və ortaya çıxarıldığını düşünün, bu gün təxminən bir milyon insan həyatda olardı.

 

Tərcümə: Rumiyyə Miraslan

Şərhlər

Çox oxunanlar