İsrail və ABŞ Konqresi İran müqaviləsinə maneə törədə bilərmi? - YANAŞMA
16.07.2015 02:37 A-reaksiya 2736

Jurnalistlərə açıqlama verən Carnegie Endowment düşüncə quruluşunun nüvə siyasət mütəxəssislərindən Mark Hibbs və mərkəzi Berlində yerləşən düşüncə quruluşu CARPO - dan İranlı siyasət mütəxəssisi Adnan Təbatəbainin fikrincə, ABŞ Konqresi və İsrail İran ilə imzalanan nüvə razılaşmasının həyata keçirilməsinə maneə törətməyəcək.
İran və P5 + 1 ölkələri arasında imzalanan nüvə program razılaşması geniş əks-səda oyandırarkən proseslərə sərt reaksiya göstərən ABŞ Konqresi və İsrailin razılaşmanın həyata keçirilməsinə mane olacağı ilə bağlı narahatlıqlar gündəmə gəlib. İsrail Baş naziri Binyamin Netanyahu da, İranla əldə olunan razılaşmanı “tarixi səhv” kimi xarakterizə edib, İsrail xarici işlər nazirinin müavini Hotovely isə razılaşmanın həyata keçməsinə mane olmaq üçün bütün güclərini sərf edəcəklərini qeyd edib.
ABŞ Konqresindən də razılaşmanın konqresdən keçməyəcəyi təhdidləri yüksəlir. Senatın Xarici əlaqələr komitəsinin sədri Respublikaçı Bob Corker razılaşmanın İranın nüvə silahi istehsalına maneə törədilməsinə dair şübhələri olduğunu ifadə edib. 2016 – cı ilin noyabrında keçiriləcək ABŞ prezident seçkiləri üçün Respublikaçı Partiyadan namizədliyini qoyan Scott Walker da müqaviləni ABŞ-ın ən pis diplomatik səhvi kimi xarakterizə edib. Daha əvvəl ABŞ Senatında əksəriyyətin lideri Mitch McConnell və digər vəkillər də razılaşmanın konqresdə təsdiq olunmaması üçün səy göstərəcəklərini söyləmişdilər.
Digər tərəfdən prezident Barak Obama razılaşmanın konqresdə təsdiqinə maneə törədilməsinin məsuliyyətsizlik olacağını ifadə edərək, əldə olunan razılaşmanın həyata keçirilməsinə maneə törədən bütün qanun layihələrinə veto qoyacağını bildirib. Bəs, İran və P5 + 1 ölkələrinin uzun müddətdən sonra əldə etdiyi razılaşmanın tətbiq olunması təhlükədədirmi? İsrail və ABŞ Konqresi, bunu maneə yarada bilərmi?
Bununla bağlı mətbuata açıqlama verən Carnegie Endowment düşüncə quruluşunun nüvə siyasəti ekspertlərindən Mark Hibbs ABŞ Konqresinin müqaviləyə maneə törədəcəyinə inanmadığını ifadə edib:
"ABŞ xaricindəki digər ekspert ölkələr, razılaşmanın Amerika Konqresindən keçməmə ehtimalını bildikləri üçün ən yaxşı razılıq şərtlərini əldə etmək üçün çalışdılar. Konqresin dinləmələrinin uzun müddətli olmayan bir razılaşmanın uğur qazanmayacağını və hətta ABŞ-da iqtidara başqa partiyanın namizədi gəldikdə belə razılaşmanın ləğv edilmə ehtimalının olduğunun fərqində idilər. Buna görə də bütün ölkələr 'ən yaxşı' razılaşmanın təmin edilməsi üçün həqiqətən də çox ciddi cəhdlə çalışdılar. Digər tərəfdən İran da eyni şəkildə razılaşmaya qarşı olan bəzi mənfəətçi qruplarının etirazlarıyla qarşı-qarşıya qalacaq. Amma İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ruhani lider Xameneyinin təsdiqi ilə razılaşmaya imza atdığını düşünsək, sürpriz nəsə gözləmirəm. Mən iki tərəfin də müqaviləni təsdiq edəcəyindən əminəm".
İsrail lobbisi anlaşma üçün təhlükə yaratmaz
İsrailin mövqeyini qiymətləndirən mərkəzi Berlində yerləşən düşüncə quruluşu CARPO - dan iranlı politoloq Adnan Təbatəbai isə, baş nazir Netanyahunun razılaşma ilə bağlı rəyinin ölkənin kəşfiyyat və təhlükəsizlik mrəsmilərinin heç də hamısı tərəfindən dəstəklənmədiyinə diqqət çəkərək, Təl Əviv rəhbərliyi və İsrail lobbisinin razılaşmanın həyata keçirilməsi üçün bir təhlükə təşkil etmədiyini ifadə edib.
Tabatabai bildirib ki,Netanyahunun razılaşmaya yanaşması və İranın ölkəsi üçün təhdid yaratdığı fikri, bəzi İsrailli kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri tərəfindən dəstəklənmir: “Mən Netanyahunun sərt ifadəsinə baxmayaraq, İsrail hökumətinin və xaricdəki lobbi quruluşlarının razılaşmanın həyata keçirilməsinə mane olacağına inanmıram. Belə bir təhlükə yoxdur".
Mark Hibbs hesab edir ki, İsrailin “tarixi bir səhv” kimi dəyərləndirdiyi razılaşma ilə bağlı keçirdiyi əndişələrin səbəbləri bunlardır:
"İsrailin narahatlıqları, ən başından bəri müzakirə masasında olmamasına görədir. Ən böyük müttəfiqi ABŞ-ın bu razılaşma əsasında İran ilə əlaqələrini inkişaf etdirmə ehtimalı də Təl Əviv üçün pis ssenarilərdən biridir. Çünki İsrail bu ehtimalın Yaxın Şərqdə tarazlıqları dramatik bir şəkildə dəyişdirəcəyini düşünür. Indiyə kimi ABŞ, İsrail və Körfəz ölkələri Yaxın Şərqdə sabitliyin təminatçısı olaraq xidmət etdilər. İndi isə bu vəziyyət razılaşma ilə bir mənada çətinləşib. Çünki inkişaf, tam da bölgədə İŞİD problemi yaşanarkən ortaya çıxdı və indi bu razılaşmadan sonra İran ilə ABŞ İŞİD - ə qarşı əməkdaşlıq edə bilərlər. Yəni bölgədə dəyişikliklər yaşanır və İran ilə imzalanan müqavilə -ən azı nəzəriyyədə gələcəkdə bu dəyişikliklərin dramatik hala gələ biləcəyi ilə bağlı siqnallar verir. Bununla yanaşı, ABŞ-ın bu dəyişikliklərin öz Yaxın Şərq siyasətində radikal bir dizayna gətirib çıxarmayacağı və İran ilə əlaqələrini ehtiyatlı davam etdirəcəyi mövzusunda İsrailə təminat verəcəyindən əmin ola bilərik".
Şərhlər