Sınaqdan keçirilən yeni döyüş üsulları - ARAŞDIRMA

16.07.2015 12:37     A-reaksiya     3190

Günümüzdəki bəzi göstəricilər, dövlətlərarası mübarizədə klassik döyüş üsullarına geri qayıdıldığını göstərir. NATO-nun Liviyaya müdaxiləsi; ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD – lə mübarizə apararkən etdiyi bombardmanlar bunlardan bəziləridir.

Neçənci nəsil döyüş üsulları kimi tarixə həkk olacaqlar, bilinmir, amma, bütün bu yeni döyüş üsullarında bəzi ortaq nüanslar mövcuddur. Hamısında iqtidarla mübarizə edən müxalif qruplar var; dərdləri ya dövləti ələ keçirmək və rejimi üzərində hökm etmək ya da dövlət içində özlərinə bir iqtidar və suveren bölgə yaratmaq. Hamısında, qarşıdurmalarda daha çox bir neçə insan öldükdən sonra həyata keçirilən beynəlxalq hərbi müdaxilələr var. Bu müdaxilələr, bir neçə ölkədən ibarət koalisiya tərəfindən reallaşdırılır və ümumi olaraq seçilən hədəfə hava bombardmanı edilir. Yenə demək olar ki, hamısında, dəstək verilən tərəfə "hərbi təlim keçmək" adı altında əsgərlər göndərilir.

Ədədləri 300 ilə 1000 arasında dəyişən təlimçi əsgərlər müəllimmiş kimi təqdim olunmaqla yanaşı, bunlar döyüşün havadan yox,  qurudan müdaxilə mərhələsinə eyham vurur. Örnəklərdə ortaq olmayan mövzu isə, koalisiya qüvvələrinin bəzi yerlərdə müxalifləri, bəzi yerlərdə isə iqtidarların hədəf almalarıdır.

Yəmən nümunəsi

Bənzər vəziyyət Yəməndə də yaşanır. Səudiyyə Ərəbistanı liderliyində ərəb ölkələrinin iştirakı ilə qurulan bir koalisiya, 26 martda şiə Husilərə qarşı hərbi əməliyyat başlatmışdı. Əməliyyata, "Dözümlülük Fırtınası" kimi məqsədini da tətbiqi da bir nəfəsdə izah edən bir ad verildi; dözümlülüyün ifadəsi kimi də təxminən bir ay içində 145 hava hücumu təşkil edildi.

Digər nümunələrdə olduğu kimi Yəmən müdaxiləsinə də əməliyyatlar ilə BMT qərarları eyni vaxtda çıxarıldı. Əməliyyatın üst başlığı insani müdaxilə olmaqla birlikdə, Səudiyyə Ərəbistanı açıqca İranın Husilərə etdiyi gizli silah yardımlarına işarə vuraraq bu müdaxilənin "Yəməni İrana qapdırmamaq" döyüşü olduğunu söyləmiş oldu.

Buna görə də  Yəmən, əslində İran ilə Səudiyyə Ərəbistanının az qala qarşı-qarşıya gəldikləri bir döyüş arealı kimi təsvir edildi.

Tam bu nöqtədə dövrəyə ABŞ girdi. Həm İranı sistemə daxil etməklə,  həm Səudiyyəlilər və Körfəz ölkələrini itirməmə, həm də radikal təşkilatlarla mübarizə edən cəbhəsini genişlənmə arzusundaki ABŞ vəziyyətə əl qoydu. Səudiyyə Ərəbistanının əməliyyatı başa çatdıracağıq xəbərini İran verdi; beləcə ABŞ ilə aralarındakı "bağı" qüvvətləndirdi. Digər tərəfdə ABŞ Səudiyyəlilər dəstəklədiyini bildirərək klassik "bağın" davam etdiyini də  vurğulayıb.

Kod adı: “Hadi-Sədi oyunu”…

Aydın olduğu kimi ABŞ, İran-Səudiyyə Ərəbistanı uzlaşmasını təmin etməmək üçün əlindən gələni edir Çox vaxt vasitəçi mövqeyini silahların kölgəsində davam etdirir; Yəmən sahillərində dayanan  döyüş gəmiləri, Səudiyyə Ərəbistanı ya da İrandan heç birinin bu mübarizədən mütləq qazancla çıxmamasının təminatı kimi orda dayanıb.

"Dözümlülük Fırtınası"nı başa çatdıran Səudiyyə Ərəbistanı bu dəfə də "Umudun yenidən inşası" əməliyyatı başlatdığını qeyd edib. Bu Yəmənin siyasi gələcəyi mövzusunda, silahların kölgəsində, tərəflərin kompromis ehtimalına işarə edən bir əməliyyatdır.

Böyük bir ehtimalla Yəmənin faktiki olaraq ən az iki hissəyə ayrılması gündəmə gələcək. Adı əyalət mi olar, muxtar vilayətmi, o dəqiq bilinmir. Ancaq strateji boğaz və keçid yollarının Husilərin əlində olması 1978-ci ildən etibarən hakimiyyətdə olan və hələ bu vəzifəni istəyən Salehin aqibəti baxımından hələ razılaşma əldə etmədiklərini göstərir. Buna görə də məsələ devrilmiş lider Hadi ilə separatçı Sədi arasındakı mübarizədən çox daha fərqlidir. Mübarizə aparanların mütləq qazanclı çıxmaması, amma ABŞ-ın bu oyundan böyük pullar qazanması üçün bir "oyun" sınaqdan keçirilir.

 

Tərcümə: A.Osman

Şərhlər

Çox oxunanlar