Çin Qazaxıstana niyə önəm verir?
03.06.2015 12:31 A-reaksiya 1480

Orta Asiyada nələr baş verir?
Bu gün dünyada əksər mütəxəssislər Çinin qlobal layihəsi sayılan “Yeni İpək Yolu iqtisadi dəhlizi” ilə bağlı müzakirələri diqqət mərkəzində saxlayır. Qeyd edək ki, layihə, Çin sərhədlərindən Orta Asiya və İran üzərindən Avropaya kimi infrastruktur şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Layihə, milyardlarla dollara çatan investisiyalar, avtomobil və dəmir yollarının tikintisi və ticarətin qat - qat genişlənməsi vəd edilir.
Orta Asiya məsələləri üzrə ekspert Prof. Dr. Saleh Yılmaz məsələ ilə bağlı Reaksiya.az - ın suallarını cavablandırıb:
-Yeni İpək Yolu layihəsimndə Qazaxıstanın və Türkiyənin rolu haqqında nə deyə bilərsiniz?
-Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra digər Orta Asiya ölkələrinə nisbətən sürətli və sistemli bir iqtisadi inkişaf yolu keçib. Çinin ortaya atdığı Yeni İpək Yolu layihəsində Qazaxıstan xüsusi bir yerə sahibdir. Çin layihədə Qazaxıstanın əhəmiyyətini bildiyinə görə layihənin Çin prezidenti Xi Jinpinq tərəfindən Qazaxıstan ziyarəti əsnasında bir müqavilə imzaladı. Qazaxıstan, bu layihə ilə Avropa və Asiya ölkələri arasında vasitəçilik etmək istəyir. 6 Yanvar 2008-ci il tarixində Qazaxıstan prezidenti Nursultan Nazarbayev millətə mesaj çıxışında "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin necə reallaşacağını izah edib. Nazarbayevin təşəbbüsü ilə Rusiya, Çin və Qazaxıstan arasında "Qərbi Avropa-Qərbi Çin" nəqliyyat dəhlizinin yaradılmasına dair bir razılaşma müqaviləsi imzalanmışdır. Bu üç ölkənin razılıq əldə etdiyi nəqliyyat dəhlizi Sankt Peterburqdan başlayıb Kazak çöllərinə kimi uzanacaq, Xorqos Gömrük keçid məntəqəsi üzərindən Çinə gedib çıxacaq. Bu yolun ümumi uzunluğu 8445 km-dir.
-Bu dəhliz çərçivəsində Qazaxıstan ilə Çin arasındakı əlaqələri necə dəyərləndirmək olar?
-Qazaxıstan, Çin ilə olan əlaqələrində iqtisadi əsasa söykənən bir plan həyata keçirir. Nursultan Nazarbayev, May 2014-cü ildə Çinə ziyarəti zamanı 2016-ci ildə Çin-Qazaxıstan ticari dövriyyəsinin 40 milyard civarında olacağını bildirmişdi. Həmin ziyarət əsnasında Qazaxıstan ilə Çin arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanmış, bunu dəstəkləyən bəyanatlar verilmişdir. Həmin müqavilələrə əsasən, Qazaxıstandan iki dəmir yolu xətti keçəcək. Birincisi Qərbi Çin-Qərbi Avropa xəttidir. Bu xətt ilə Çindən yola düşən qatar Çində dayanmadan Qazaxıstandan Rusiya, Belarus, Ukrayna və Avropa ölkələrinə kimi gedəcək. Ukrayna böhranından sonra Krım, İpək Yolu Layihəsi üçün əhəmiyyətli hala gəlmişdir. Çünki Krıma kimi gedəcək avtomobil yolu ilə gələn mallar buradan dəniz yolu ilə Avropaya daşınacaq. Rusiyadan keçəcək digər xətt isə Sankt Peterburq üzərindən olacaq. İkinci xətt Türkiyə və Aralıq dənizinə kimi uzanacaq. Bu xətt Türkmənistan üzərindən İran və ərəb ölkələrinə kimi də gedəcək.
Şərhlər