Yunanıstan adalarını sataraq borcunu ödəyə bilərmi? - YANAŞMA

16.07.2015 13:49     A-reaksiya     2283

Çətin vəziyyətdəki Yunanıstan hökuməti böhrandan çıxmaq üçün Aralıq dənizidəki onlarla kimsəsiz adanı satışa çıxarıb. Dünyada qəbul olunan məşhur maliyyə eksperti Michael Hudson ölkənin bu üsulla dövlət büdcəsi üçün kifayət qədər vəsait əldə edə bilməyəcəyini, çünki bəzi adaların Londondakı evlərdən daha çox ucuz olduğunu söyləyib.

Michael Hudson ciddi iqtisadi tədbirlərinin Yunanıstana qarşı həyata keçirilən maliyyə müharibəsinin bir parçası olduğunu ifadə edərək hadisələri belə şərh edib:

"Yunanlar nə qədər çox ciddi iqtisadi tədbirlər alsa, vəziyyətləri bir o qədər pis olacaq, büdcə kəsiri ilə birlikdə borcu ödəməmələrinə son qoyma cazibəsini artıracaq. Bu tədbirlər yunanlıların qəzəbinə və reaksiyasına gətirib çıxarır. Avropa ittifaqı ciddi iqtisadi tədbirlərin vəziyyəti yaxşılaşdırmağa kömək edəcəyini, Yunanıstan iqtisadiyyatını özünə gətirəcəyini söyləyir, amma ölkə iqtisadiyyatı hazırda uçuruma doğru gedir. İşləməyən bir sistemlə qarşı-qarşıyayıq. Yunan xalqının narazılığı da, bu əlləri çirkli hüquqşünasların özlərini iqtisadiyyatdan başı çıxırmış kimi göstərməsi ucbatından böyüyür".

Ekspert vəziyyətdən Yunanıstandakı maliyyə krizisində xalqın əmlakını ələ keçirmək üçün müxtəlif bəhanələrədn istifadə olunduğunu bildirib: “Aralıq dənizidəki onlarla adanın satışa çıxarılması, Yunanıstan hökumətinin çox çarəsiz bir vəziyyətdə olduğunu göstərir. Kristal təmizliyə sahib dənizə və antik tarixi abidələrlə dolu tarixi yerlərə sahib olmaq istəyənlər üçün əls fürsətdir. Cüzi bir qiymətə əldə ediləcək adalar var. Bəziləri hətta Londondakı evlərdən belə  ucuzdur”.

Çarəsizlikdən doğan tədbirlərin nəyisə dəyişəcəyinə şübhə ilə yanaşann Michael Hudson sözlərini belə davam etdirib:

"Min ada da sata bilər, ancaq bir milyard dollar belə qazana bilməzsiniz. Ölkə büdcəsi üçün bu çox kiçik bir rəqəmdir. Üstəlik çoxları kimsəsiz adada yaşamaq istəmir, Yunan adalarının  90% - də isıə heç kim yaşamır. Bir maraqlı məqam da var: adalar satılandan sonra Yunanıstan, ada sahiblərindən əmlak vergisi ala biləcək Bu da bazar qiymətlərini əhəmiyyətli bir dərəcədə aşağı salan bir faktordur".

Şərhlər

Çox oxunanlar