Hitlerin yəhudi düşmənçiliyinin səbəbi
05.09.2016 11:08 A-reaksiya 1448
Tarixçilər Hitlerin təqribən 6 milyon insanı qətlə yetirməsinə səbəb olan yəhudi düşmənliyinin alt qatındakı səbəbi tapmaq üçün illərdir müxtəlif versiyalar irəli sürüblər. Bunlardan bir neçəsi isə olduqca məşhurdur.
Axar.az xəbər verir ki, tarixçi Ralf Corc Reuzun fikrincə, Hitlerin içindəki antisemit hisslər 1914-cü ildə baş qaldırıb. O zaman saçları iki tərəfdən hörülü, uzun qara paltolu, dindar yəhudilərə qarşı ikrah hissi sonradan düşmənçiliyə çevrilib.
Başqa bir iddiaya görə, Hitlerin anası yəhudi əsilli bir həkimin əlində can verib. Ralf Corc Reuz inanır ki, Hitlerin I Dünya müharibəsindən sonra alman iqtisadiyyatının çökməsində yəhudiləri təqsirkar görməsi onlara olan nifrətini pik nöqtəyə yüksəldib. O vaxtlar alman iqtisadiyyatını yəhudi iş adamları idarə edirdi. Həmçinin o zaman yəhudilər birjanı yönləndirə biləcək qədər güclü idilər. Digər tərəfdən, alman banklarının 50, qəzetlərinin isə 80 faizinin sahibi yəhudi əsilli iş adamları idi.
Müharibənin Avropa iqtisadiyyatını üzləşdirdiyi böhran Almaniya iqtisadiyyatında daha çox özünü büruzə verib. Hitlerin bu çöküşdə yəhudiləri günahlandırması orta təbəqədə və aşağı gəlir qruplarında əsk-səda doğurub. Hər dəfə bir parça çörəyə möhtac alman ailələrini gördükcə Hitlerin yəhudilərə olan nifrəti daha da artıb. O, bu nifrəti haqda yaxınlığında olan insanlarla da bölüşüb. Rusiyadakı bolşevik inqilabının alman iqtisadiyyatını daha pis vəziyyətə saldığına inanan Hitler Leninin də “yarı yəhudi” olduğunu iddia edib.
Ralf Corc Reuz Hitlerin almanların yoxsulluq və kədər içərisində yaşamalarının yeganə səbəbkarı saydığı üçün yəhudiləri qırdığını düşünür.
Şərhlər