ABŞ kənarlaşdırılıb, Şərqin yeni ulduzu Rusiyadır

21.07.2015 08:25     A-reaksiya     2621

Amerikalı jurnalist Phil Butler ABŞ- ın son illərdə dünyanın geri qalan hissəsindən kənarlaşdırıldığını vurğulayaraq qeyd edib ki, ABŞ daxildən xəyanətə məruz qalıb: "Bütün dünya amerikan hegemoniyasından və zorakılığından həqiqətən bezib. Şərqdə isə yeni bir ulduz parlamağa başlayır. O da Rusiyadır".

"Putin Obamanın köməyi ilə Amerikanı kənarlaşdırıb" başlıqlı bir məqalə qələmə alan müəllif ABŞ - ın daxildən xəyanətə məruz qaldığını və həmişəlik dünyanın geriyə qalan hissəsindən kənarlaşdırıldığını bildirib. O, qeyd edib ki, Rusiya isə hazırda Şərqin parlayan ulduzu halına gəlib.

Qısa bir müddət öncə Rusiya Federasiyasının Ufa şəhərində baş tutan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvə toplantılarında çıxış edən Rusiyanın dövlət başçısı Vladimir Putinin dünya siyasətində açıq - aşkar uğur qazandığını vurğulayan Butler qeyd edib ki, "Hal - hazırda qlobal arenanın mərkəzində, dünya əhalisinin üçdə ikisinə nəzarət edən ruslar var; New York ya da Kaliforniya elitası  yox. 3 qitədən 15 ölkənin liderləri ABŞ-ın ticarət maraqlarının kölgəsindən çıxma istəklərini dilə gətirmək üçün Rusiyanın Ufa şəhərində bir araya gəldilər" – cümlələrindən istifadə edib.

Butlerin fikrincə, Ufadaki BRICS və ŞƏT zirvələrində imzalanan sazişlər bu iki quruluşa yalnız beynəlxalq kontekstdə uğur qazandırmaqla qalmayıb, eyni zamanda ölkələr arasında uyğun xarici siyasət, genişləndirilmiş ortaq ticarət və texnologiya mübadiləsi təmin edən bir mərkəz  də meydana gətirib. Beləcə Rusiya BRİCS və ŞƏT ölkələri ilə birlikdə, ABŞ və müttəfiqlərini potensialı ilə ölçülə biləcək dərəcədə böyük olan bu əməkdaşlıq sahəsindən təsirli bir şəkildə kənarda qoyub.

Amerikalı jurnalist BRİCS və ŞƏT ölkələrinin çox ciddi bir şəkildə öz üzərində çalışaraq dinamik xəttlə inkişaf etdiyini, bunun qarşısında olan ölkələrin və qurumların isə, su səthində qalmaq üçün mübarizə apardıqlarını vurğulayıb.

Şərhlər

Çox oxunanlar