İranın ikinci inqilabı - YANAŞMA

21.07.2015 12:36     A-reaksiya     2899

1979-cu ildə baş verən İslam İnqilabı Qərb dünyası üçün sözün əsl mənasında bir şok idi. Inqilabdan dərhal sonra uzun illər davam edən İran - İraq savaşı da İranı Qərbin hesab etdiyi ölçüdə gücsüz hala gətirməyə kifayət etmədi. Və sonra böyük təcrid əməliyyatı. Beynəlxalq embarqoyla mühasirəyə alınan İran özünə çatacaq israf əleyhdarı və ictimai həmrəyliyə əsaslanan nizamlı vergi sistemi ilə, yerli iqtisadiyyatını bu günə qədər müvəffəqiyyətlə davam etdirməyə səy göstərdi.

Bu arada İslam İnqilabı fikrini digər cəmiyyətlərə ixrac edə bilmək üçün ciddi diplomatiya ilə yanaşı, dialoq fiqhi da daxil olmaqla, mədəni bədii əhəmiyyətli ünsiyyət kanalları qurdu... Türkiyədəki İslami hərəkətlərin əksəriyyəti, İran İslam inqilabını heç bir məzhəb fərqini düşünmnədən coşğu ila qarşıladı.

Bu coşğunu hazırlayan ən əsaslı faktorlar arasında Türkiyədə sərt tədbirlərlə tətbiq olunan dünyəvi mədəniləşməyə qarşı reaksiya, irfani ənənələrə və nəqlə söykənən epistemoloji imkanları da qırılmış Türkiyədə müsəlmanlığı yaşayan yeni nəsil islamçılar üçün İran şəhadətinin romantizmini və İran və  Türkiyə müsəlmanlarının digər Yaxın Şərq xalqlarına nisbətlə daha yüksək səviyyədə Əhli Beytə sədaqətini saya bilərik... İranın 35% - ni təşkil edən Azərbaycan türkləri və türkcənin bölgənin əsas ünsiyyət vasitəsi sayılması yenə bir arada olmanın səbəblərindən sayıla bilər. Bütün bu faktorlar türklərlə farsları həm keçmişdə, həm müasir dövrdə yaxın münasibətlərinə səbəb olub...

Suriya böhranına kkmi bu cür davam etdi... Suriyada axan qan, yaşanan insanlıq faciəsi və İranın buna mane olmaq bir tərəfə, qırğınlarda hazırki rejimə rəsmən dəstək verməsi... Rejimə verdiyi hərbi maliyyə kreditləri... Yaxın Şərqdə həyata keçirdiyi şiə hilali siyasəti... Sözün əsl mənasında iki qardaş xalq arasında münasibətlər qırılma nöqtəsinə gəldi...

Türkiyədəki İslami hərəkatlar İrana baxış məsələsində artıq yeni dövrə qədəm qoyublar.

Nüvə bəhanəsi ilə “Böyük Şeytan”la Vyanada qıyılan siğə nikahı İranın öz içində necə dəyərləndirilməlidir, bu tamam ayrı bir mövzudur, amma İranı da asan günlər gözləmir.

Təqiyyə aynasının qırıldığı bir zamandayıq. Və yerə tökülən güzgünün o rəngarəng parçaları əslində İran İslam İnqilabının də zehnlərimizdəki parçalarının da simvolu sayıla bilər...

 

***

 

P5 + 1 ilə imzaladığı Vyana anlaşması ilə İrana qarşı tətbiq olunan embarqolar aradan qaldırılır. ABŞ-da dondurulmuş hesablarını da həll edəcək bu yeni andlaşma ilə İran 1079 – cu ildən sonra yaşadığı dünyaya qapalılıq və təcrid cəzasını qaldırdı. Hərçənd nüvə cəhdləri Beynəlxalq nəzarət altında olacaq, amma şərti mənada yeni və arzu etdiyi istehkam reallaşdıra biləcək... İranı '' nurlu '' günlər gözləyir yəni, maliyyə və hərbi baxımdan... Xeyirlisi olsun ...

“İndependent” qəzetinin analitiki Robert Fisk hesab edir ki, şiələrin zəfəri kimi qəbul olunan Vyana Anlaşması ila birlikdə Yaxın Şərqdə sünni müsəlman dövlətlərin təsirli olduğu dövr artıq başa çatır. Fisk fikrini belə izah edir: "Washington Körfəzdə qəlibləşmiş şahzadələrdən və onların fanatik təlimlərindən, insanı əsəbləşdirən zənginliklərindən və Yəməndəki vətəndaş müharibələrdən bezib”.

Səudiyyə Ərəbistanı isə Yaxın Şərqdəki adı çəkilən mütəffiq dəyişikliyindən narahatlığını açıq bir şəkildə ifadə edir. Hətta ABŞ İran yaxınlaşmasından əsas şikayətçi kimi görünən İsrail ilə belə yaxınlaşmağı, zərurətini gözə alacaq səviyyədə narahatdır Səudiyyə...

 

***

 

Sürətlə istiqamət dəyişdirən bu şahmat masasında Türkiyənin romantik yanaşmaların kənarına çıxıb dəyişən parametrlərə uyğun xarici siyasətini yenidən formalaşdırması şərtdir.

Təkcə diplomatiyadırmı? Cəfəriliklə fiqhi və fikri səviyyədə ciddi bir üzləşməyə hazırıqmı? İran və Şiə yayılmaçılığı yoxmuş kimi davranaraq, ya da davam şəkildə görməzlikdən gəldiyimiz bu günlərdə, bu hazırlıqsızlığımızı necə aradan qaldıracağıq? Həmişə mobil yaşamışıq. Təkcə İslamçılar yox, Türkiyə dünyəviliyi də əzbər əleyhdarlıqlar xaricində həmişə hadisələri seyr etməklə kifayətlənib. Seyr etmək alnımıza yazılıb?

Şərhlər

Çox oxunanlar