Rusiyalı ekspert: “ABŞ nüvə müharibəsinə hazırlaşır" - ANALİZ

21.07.2015 13:42     A-reaksiya     2775

ABŞ-ın yeni tip B61-12 nüvə bombasını sınaqdan keçirməsi bəzi suallara gündəmə gətirib. Məsələn, B61-12 kimi bombalar nə işə yarayır və bu cür sınaqların əsl mənası nədir? Bu sualları cavablandıran Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Hərbi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksey Podberezkin bildirib ki, ABŞ-ın hərbi siyasətində heç bir şey təsadüfən olmur: “Nüvə silahlarının inkişaf etdirilməsi ilə bağlı konseptual planlarla yanaşı, nüvə silahı sınaqlarına hərbi və texniki ehtiyac var. Bir sözlə, bu sınağın mənası budur: ABŞ nə olursa olsun yüksək həssas silahların və yüngül nüvə silahların potensialını inkişaf etdirilməsinə ehtiyac duyur. Bunun strateji və ya taktika sursat olub olmadığı əhəmiyyətli deyil, çünki taktik sursat da həssaslıq sayəsində strateji hədəfləri məhv etmə qabiliyyətindən başqai strateji vəzifələr icra edə bilər. İndiki dövrdə ağır nüvə başlıqlarına ehtiyac yoxdur. Yüksək həssaslıq sayəsində hədəflər ya adi sursat ya da yüngül nüvə silahlarla məhv edilə bilər”.

 

Çin ilə qarşıdurma olarsa...

 

“ABŞ genişmiqyaslı bir döyüşə hazırlaşır. Buna, hərbi sistemlərin tamamilə nəzarət altında olduğu döyüş sahələri da daxildir. Çünki daha güclü silahlara keçmə səyi əzici üstünlük sayəsində həyata keçirilir. Silahlı qüvvələri aşağı hərbi qarşıdurma səviyyəsində tutma potensialını inkişaf etdirmək üçün ABŞ-ın zamanında Avropada müharibə həyata keçirmək üçün inkişaf etdirilən silahlara, yəni nüvə daxil taktik sursatlara da ehtiyacı var. Bu, məsələn, Çin ilə qarşıdurma olarsa, Cənub-Şərqi Asiya da daxil olmaqla bəzi döyüş ərazilərində üstünlüyü qoruma fürsətini təmin edəcək. Nə ABŞ, nə də Çin, lokal qarşıdurmanın qlobal nüvə döyüşə çevrilməsini istəmir. Ancaq təhlükə, məsələn Cənubi Çin dənizi və ya Tayvanda bir qarşıdurma çıxması halında döyüşün hansı taktika ilə aparılacağının əvvəlcədən müəyyən etmənin qeyri-mümkün olmasında gizlənib".

Şərhlər

Çox oxunanlar