Aİ Krımdan Türkiyə ilə Rusiya arasında nifaq toxumu kimi istifadə edir - ARAŞDIRMA

21.07.2015 14:56     A-reaksiya     2808

Almaniyada türkcə və almanac yayımlanan Deutsch Türkische Nachrichten xəbər saytında dərc olunan analizdə Aİ-nin Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirmək üçün Krım məsələsindən istifadə ifadə edilib.

Brüsselin Rusiyanı sərt ifadələrə tənqidinə diqqət çəkilən analizdə Krım tatarlarının vəziyyətinin Aİ tərəfindən nifaq toxumu kimi istifadə edildiyi vurğulanıb.

Analizdə Türkiyə və Rusiyanın Krım Tatarları ilə bağlı məsələni yerli xalqa mədəniyyət və dil sahəsində tanınacaq azadlıqlarla asan bir şəkildə həll edəcəyinə diqqət çəkilərək, Ankara və Moskvanın təxribatların önünə keçmək üçün yaxın əməkdaşlığının vacibliyi ifadə edilib.

 

Aİ ikili standartlarla yanaşır

 

Analizdə Aİ - nin hadisələrə ikili standartlarla yanaşdığı qeyd olunub.

Ukraynalı milliyyətçilərin boynuna götürdüyü jurnalist Oleq Buzina cinayəti qarşısında Brüsselin səssiz qaldığını ifadə edən Deutsch Türkische Nachrichten, Aİ-nin ikili standart tətbiq etdiyinin vurğulayıb.

Analizdə, Aİ - nin Aralıq dənizində immiqrant qayıqlarına qarşı sərgilədiyi mövqe xatırladılaraq, 'ikili standart "tənqidi bu ifadələrlə davam etdirilib:" Moskva rəhbərliyi referendumla Rusiyaya bağlanmağı seçim edən Krıma yardım göndərir və Aİ Rusiyanı beynəlxalq hüququ pozmaqda günahlandırır. Ancaq eyni Aİ, Aralıq dənizidə immiqrant qayıqlarına qarşı zorakılıq tətbiq edərək beynəlxalq hüququ heçə sayır. "

Şərhlər

Çox oxunanlar