Aİ Kuba ilə yaxınlaşma prosesində ağır davranır - ANALİZ

21.07.2015 18:13     A-reaksiya     2422

Kubalı politoloq və jurnalist Xose Manuel Martin Medem ortaq  bir mövqeyə sahib Avropa İttifaqının (Aİ) Kuba ilə yaxınlaşma prosesində çox ağır davrandığını qeyd edib.

Reaksiya.az – ın xarici mətbuata istinadən verdiyi xəbərə görə Medem Aİ - nin yenə gecikdiyini qeyd edib: “Çünki Kuba məsələsində ABŞ-ı dəstəkləyərək “ortaq mövqe” nümayiş etdirib. İndi, Washington və Havanada səfirliklər yenidən açılarkən Brüssel hələ də “ortaq mövqeyi” müzakirə edir" deyib.

Aİ-nin yenə ABŞ-dan geri qaldığını ifadə edən mütəxəssis bildirib ki, İspaniya, ortaq mövqedə israr edərək Kuba ilə müzakirələr üçün qapıları bağlayan baş nazir Jose Maria Aznar dövründə çox pis davranıb. Vəziyyət belə olanda baş nazir Xose Luis Zapatero iqtidarında az inkişaf etdirildi" – açıqlamasını verib.

Adada yeni aktorların ortaya çıxdığına görə ispan iş adamlarının narahat olduğunu dilə gətirən Medem bildirib ki, Kuba Avropaya ehtiyac duymur.

 

Kubanın Avropadakı prioriteti Rusiyadır

 

"Kubanın Avropadakı prioriteti Rusiyadır, dünya daxilində isə diqqətini Çin, Venesuela və Latın Amerika üzərində daha çox fokuslayıb" - deyən politoloq -  jurnalist, Latın Amerika ölkələri inteqrasiyanın ada üçün ən yaxşı variant olduğunu qeyd edib.

Medem qeyd edib ki, Kuba bu gün, həmişəkindan daha geniş bir sferada diplomatik əlaqələrə sahibdir: “Avropa isə nə siyasi, nə iqtisadi, nə də geostrateji əhəmiyyət daşımır" - şəklində danışıb.

Mütəxəssis nümunə olaraq İspaniya xarici işlər naziri Xosé Manuel García-Margallonun keçən ilin noyabr ayında reallaşdırdığı Kuba ziyarətini göstərib. Kuba prezidenti Raul Kastro İspaniya xarici işlər nazirini qəbul etməmişdi.

Aİ müxaliflərin kütlələr halında nəzarətə alınması ilə bağlı sanksiyalar tətbiq etməyi qərarı aldığı 2003-cü ildə təxirə aldığı Kuba ilə diplomatik əlaqələri keçən payızda yenidən başlatmışdı.

Şərhlər

Çox oxunanlar