Kiprli ekspert: “Türkiyə, “yeni Annan Planı” istəyir” - YANAŞMA

22.07.2015 07:34     A-reaksiya     2236

Cənubi Kiprdən beynəlxalq əlaqələr üzrə ekspert Petros Zarounas Türkiyə prezidenti Ərdoğanın Şimali Kiprə səfərini xarici jurnalistlər üçün dəyərləndirib.

Yekun həll variantı üçün əhəmiyyətli fürsətdir

Kipr müzakirələrində gəlinən son nöqtəni dəyərləndirən Cənubi Kiprli ekspert Petros Zarounas hazırda müxalifətdə olan Demokratik Partiyanın (DİKO) üzvüdür. 2013 – cü ildə Nikos Anastasiadis iqtidara gələndə DİKO ilə qısa davamlı bir əməkdaşlığa da getmişdi. Zarounas o dövrdə DİKO liderliyində əhəmiyyətli vəzifələrdə çalışmışdı.

Zarounas, Kipr müzakirələrindəki yeni dövrə təmkinli bir optimizmlə yanaşır. Onun fikrincə, yeni proses Kipr probleminin son həlli üçün əhəmiyyətli bir fürsət doğurmuş vəziyyətdədir.

Müzakirələrdə yeni bir mühit meydana gəldiyini önə sürən Zarounas, bunun regional və beynəlxalq ölçülərə sahib olduğunun vurğulayır. Zarounas hesab edir ki, bu yeni mühitdə Türkiyə öz meyarları istiqamətində Kipr probleminin həllini arzulayır. Rum mütəxəssis bildirir ki, Türkiyə aşağı - yuxarı, Annan Planının yeni bir versiyasını arzulayır.

Ankaranın həlli istəyinin iki səbəbi

Zarounasın fikrincə, Ankaranın yeni mühitdə həlli düşünməsinin iki səbəbi var. Birinci səbəb Türkiyənin Aİ prosesinin artıq bir ölçüdə ortadan qaldırıldığı ilə gerçəyi xatırladır. İkinci xüsusi olaraq, Zarounas Kipr probleminin həlliylə birlikdə Türkiyənin Şərqi Aralıq dənizinə geri dönəcəyi ilə həqiqəti vurğulayır. Zarounas vəziyyəti belə dəyərləndirib: "Şərqi Aralıq dənizinin bir çox paytaxtında Türkiyənin səfirliyi yoxdur. Türkiyə Suriya və İraq sərhədində döyüş ilə İslam Dövləti gerçəyi ilə qarşı-qarşıyadır. Türk məhsulları bölgədə rahatlıqla yerli bazarlara girə bilmir”.

Ərdoğan prosesə dəstək verdi

Zarounas hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın Kiprə reallaşdırdığı səfər bir neçə gündür gözlənilən, milliyyətçilik şüarları  xaricində, yeni prseslərə dəstək verən sözlərlə dolu idi. Kiprli mütəxəssis buna görə də Ərdoğanın həll variantının önünə səd çəkməyəcəyi fikirini müdafiə edir. Onun fikrincə regional həqiqət və konyekturlar Ankaranı həll yolunda motivasiya edir.

Şərhlər

Çox oxunanlar