İsrailli rəsmi: İran və İŞİD Ankara ilə Tel-Əvivi yaxınlaşdıracaq - BAXIŞ

22.07.2015 11:27     A-reaksiya     2311

Ötən ay Romada Türkiyə xarici İşlər nazirliyinin müşaviri Feridun Sinirlioğlu ilə əlaqələrin normallaşdırılması ilə görüşən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdürü Dore Gold İŞİD və İranın Türkiyə və İsrail üçün təhdid meydana gətirdiyini söyləyib. Gold bu ortaq təhdidlərin iki ölkənin anlaşmazlıqlarını geridə qoyub əvvəlki güclü əlaqələrini təkrar yaratmasına köməki edəcəyini bildirib.

Israil baş naziri Netanyahunun da uzun müddətdir müşaviri olan Gold qeyd edib ki, İsrailin üz – üzə olduğu təhdidlər Türkiyənin qarşılaşdığı təhdidlərlə eynidir: “Xüsusilə də IŞİD - dən ehtiyatlar təhdidlər və hamısından da öndə İran təhdididir. İran Türkiyənin ayağının altını qazmaqda aktivdir. Ümid edirəm ki, anlaşmazlıqlarımızı geridə qoyub razılaşma əldə edərik”.

İsrailli rəsmi doqquzu Türk vətəndaşı 10 nəfərin öldüyü 2010-ci ildəki Mavi Mərmərə hücumuyla əlaqədar iki tərəfin nümayəndə heyətlərinin İsrailin ödəyəcəyi təzminatla bağlı verilən bir suala cavab olaraq bildirib ki, tərəflərin yeni bir səhifə açıb əlaqələri inkişaf etdirmə yolunda səy göstərdiklərini qeyd edib.

Şərhlər

Çox oxunanlar