Qərb Ukraynadakı şahmat oyununda mat olacaq - EKSPERT RƏYİ
22.07.2015 12:39 A-reaksiya 2928

ABŞ Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Rodney Martin Qərb qüvvələrinin öz məqsədlərinə çatmaq üçün Kiyevdə bir kukla hakimiyyət qurduqlarını iddia edib.
Rodney Martin avropalı təşkilatlara milyardlarla dollar borclu olduğundan Ukrayna rəhbərliyinin Qərbin sözündən çıxmayacağını bildirib .
ABŞ Xarici İşlər Nazirliyinin keçmiş işçisi Qərbin nə istədiyi ilə bağlı verilən suala da Qərbin ilk məqsədi Sovetlər Birliyini dağıtmaq idi. Necə ki, bunu bacardı. İndiki məqsədləri da Rusiya Federasiyasını parçalamaqdır” – deyə cavab verib.
Çox ciddi dövrdə yaşayırıq
Bununla birlikdə Martin Rusiya-Qərb münasibətlərində heç də asan olmayan bir dövrdən keçdiyimizi ifadə edib: “Digər ölkələr Rusiyanın ətrafına cəmləşındə, işlər bu ölkələr üçün yaxşı nəticələnmədi. Çox kritik bir dövrdəyik və dialoq qura bilmək üçün düzgün qərarlar ala biləcək vəziyyətdə olmalıyıq".'
Qərb heç kim üçün fədakarlıq etməyəcək
Ukraynanın şərqindəki qarşıdurmaların heç cür başa çatmamasında Kiyev rəhbərliyinin günahkar olduğunu da iddia edən Martin bildirib ki, ukraynalılar sonu yaxşı qurtarmayacaq geosiyasi bir şahmat oyununda piyada kimi istifadə edildiklərini başa düşməlidirlər: “Qərb heç kimə görə milli irsini və ehtiyatlarını fəda etməyəcək".
Şərhlər