Yesin: "Hücum halında ABŞ-ın raketdən müdafiə sistemləri Rusiya üçün hədəf halına gələcək" - AÇIQLAMA

22.07.2015 12:44     A-reaksiya     2697

Rusiya Strateji Raket qüvvələri Komandirinin müşaviri Viktor Yesin Rusiyaya hücum hlaında ABŞ-ın qlobal hava müdafiə sisteminin harada olursa olsun bütün müəssisələrinin qarşı hücumun hədəfinə çevriləcəyini söyləyib.

“RİA Novosti” – yə açıqlama verən Yesin bildirib ki, Rusiyaya hücum edilərsə raketdən müdafiə sisteminin bütün hərbi obyektlərinin, Rusiyanın mislləmə hücumunun prioritetli hədəfi halına gələcək.

İran təhdidinə qarşı qorunma bəhanəsiylə Avropada Amerika hava müdafiə sisteminin yerləşdirilməsi məsələsi son illərdə ABŞ-Rusiya münasibətlərində ən böyük problem halına gəlib. ABŞ Raketdən müdafiə sisteminin Rusiyanı hədəf almadığını açıqlasa da, bu məsələ ilə bağlı hüquqi zəmanət verməyi rədd edib.

Şərhlər

Çox oxunanlar