Asiyanın yüksələn gücü Hindistan - ARAŞDIRMA I YAZI - VİDEO
22.07.2015 12:49 A-reaksiya 3167

Çindən sonra dünyanın ən sıx ikinci ölkəsi olan Hindistanın yaxın gələcəkdə liderliyi ələ keçirəcəyi gözlənir. Ələlxüsus da son illərdə iqtisadi böhranın böyüməsi bütün gücün Hindistana yönəlməsinə səbəb olur.
Hindistan, dünyanın ən sıx demokratiyası. Sürətlə artan göstəricisi ilə 2020-ci ilində hazırda dünyanın ən sıx ölkəsi olan Çini geridə qoyacağı gözlənilir. Əhalisinin sayı 2001-ci ildə 1 milyard 029 milyon idisə 2011-ci ildə bu rəqəm 1 milyard 210 milyona yüksəldi.
Rəsmi məlumatlara görə ölkədə hər iki saniyədə bir uşaq doğulur. Aidiyyatı qurumlar bu vəziyyətin qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirirlər. Ancaq müxtəlif etnik qurupları və dini inancları özündə birləşdirən Hindistanda aparılan təbliğat kompaniyalarının müsbət nəticə əldə edəcəyi çətin görünür.
Son illərdəki iqtisadi böhranın böyüməsiylə dünyəvi birlik yolunda əmin addımlarla gedən Hindistan bir-birindən fərqli etnik quruplardan ibarətdir. Rəsmi dilin hind dili olmasına baxmayaraq ölkədə 850 növ dil və ləhcədə danışılır. 27 əyalətdən ibarət olan ölkədə hər əyalətin öz dili var. əhalinin yüzdə 83-ü hindu, yüzdə 11-i müsəlman, yüzdə 2-si xristian, yüzdə 2-si sih, geridə qalan yüzdə 2-si də digər dinlərə mənsubdur. əhalinin çox olmasına görə xalqın yaşayış səviyyəsi xeyli zəifdir. Hətta böyük çoxluq aclıqla üz-üzzədir. Hindistanda yüzillər əvvəl dayanışma birliyi məqsədiylə qurulan kast sistemi getdikcə toplumsal mübarizəyə çevrildi. Kast sistemi 1975-ci ildə qəbul edilən bir qərarla aradan götürüldü. Ancaq ucqar bölgələrdə bu rejim hələ də davam edir.
Xalqın dörddə üçü heyvandarelıq və əkinçilikə məşğuldu. Dövlət torpaqlarının yarısına əkin əkirlər. Bunun da yüzdə 80-ni taxıl təşkil edir. Mədənçilik və istehsalat sahəsi digər hissəni təşkil edir.
İqtisadiyyat sürətlə böyüyür.
Sürətlə böyüyən bir iqtisadiyyata malik olan Hindistan iqtisadi inkişafa 80-ci illərin sonunda başlamasına rəşmən bu gün gəldiyi nöqtədə dünya miqyasında ən az Çin qədər diqqət çəkir. Xüsusilə də son illərdə başlanan iqtisadi inkişaf və yüksəlmə bütün güclərin marağını Hindistana yönəltdi.
Beynəlxalq araşdırmalar göstərir ki, ABŞ, Çin və Yaponiyadan sonra 2022-ci ildə Hindistan dünyanın ən böyük dördüncü iqtisadi dövləti olacaq.
Hindistan əhalisinin gənc olması ilə də diqqət çəkir. Ölkədə ortalama yaş səviyyəsi 26-dır. Aşağı məvaciblə işləyən böyük bir işçi qüvvəsi mövcuddur. Hər nə qədər iqtisadi inkişaf yüksəlsə də, ölkədə əhalinin önəmli bir hissəsi su və elektrik energijisindən məhrumdu. 600 milyon hindlinin evində elektrik enerjisi yoxdur.
İnkişafın səbəb olduğu bir məsələ də artan rifahın bərabər olaraq paylaşılmasıdır.
Gəlirlərin paylaşılması ədalətsiliyin ən böyük problemidir
Hindistan 2 trilyon dollarlıq satın alma gücü ilə dünyanın ən varlı 10-cu və Çindən sonra ən sürətlə büyüyən ikinci iqtisadiyyata sahib olsa da dünyanın ən kasıb insanlarına da ev sahibliyi edir. Hindistanın qərbi və şərqi arasında gəlirlərin bölüşdürülməsində böyük uçurumlar var. İnsanların yüzdə 66-sı yoxsulluq içində. Əhalinin yüzdə 25-i gündə bir dollar, yüzdə 25-i aşan ikinci hissəsi isə gündə iki dollardan az gəlirə sahibdir. Hindistanın yüzdə 8 əyalətindəki 421 milyon yoxsul Afrikanın ən yoxsul 26 ölkəsində yaşayan 410 milyon insandan daha çoxdur. Borc səbəbiylə 250 min kəndlinin özünü öldürdüyü Hindistanda 800 insan ev eşiksizdir.
Hindistanda oxuma-yazma səviyyəsi təxmini 70 fazi səviyyəsindədir. İptidai təhsil yaşındakı uşaqlar imkansızlıqdan məktəbə gedə bilmirlər. 1 milyard 200 milyon əhali ölkədə 122 dildən 26-sı tədris dili olartaq istifadə edilir. Bu da oxuma yazma səviyyəsinə ciddi təsir edir. Kişilər arasında oxuma yazma səviyyəsi 38, qadınlarda isə yüzdə 66-a qədər çatır. 14 yaşdan aşağı 12 milyon uşaq uşaq tarlada, ev işlərində, atelyelerdə və xidmət sektorunda çox aşağı maaşla işlədilir. Uşaqlara yardım fondu olan UNİCEF-in araşdırmasına görə uşaq ölümlərinin səviyyəsinə görə Hindistan Çin ilə ilk sıradadır. Uşaq ölümlərinin üçdə biri Çin və Hindistanda gerçəkləşir. Ölümlərin əsas səbəbi soyuqdəymə, ishal və lazımi səviyyədə qidalanmamaqdır.
Hindistanda hər səkkiz dəqiqədə bir uşaq itir və onların yarısı tapılmır. Qaçırdılan uşaqların bir qismi insan alverinə cəlb edilir, önəmli bir hissəsi isə evlərdə xidmətçi olaraq işlədilir. Hindidtanda yarım milyon uşaq bu vəziyyətdədir.
Beynəlxalq Əmək Təşkilatı İLO-nun məlumatlarına görə 250 milyon uşaq çox ağır şərtlər altında işlədilir. Bunların yüzdə altmış bir hissəsi Asiyadadır və ilk sırada Hindistan dayanır. Hindistanda üç qadından biri normal çəkidən aşağıdadır və bu hal da zəif çəkili uşaqlar dünyaya gətirmə riskini artırır. Doğuş zamanı ölən qadınlar sırasında da Hindistan yenə də ilk sıradadır. Hər il on minlərlə qadın və uşaq lazımi səhiyyə xidməti görmədiyi üçün həyatını itirir. Dünyada qadına qarşı şiddətdə də Hindistan digər ölkələri geridə qoyur. Hər il 25 minə qədər cinsi təcavüz halları qeydə alınır. 2013-cü ildə məlumata görə hər 21 dəqiqədə bir cinsi təcavüz halı baş verir.
Avstraliyada yaradılmış “Walk Free Foundation” fərqli bir araşdırma aparıb. Təşkilat zorla ərə verilən, fahişəliyə məcbur edilən, borclandırılaraq ya da qaçırdılaraq zorla işlədilən insanların “Modern Kölələr” olaraq göstərir. Təşkilatın “2014 Beynəlxalq Köləlik İndeksi”nə görə dünya əhalisinin yüzdə beşi köləlik şərtlərində yaşayır. Hindistan 145 milyon insanla ilk sırada.
İşğal sistemi hələ də davam edir
Ölkənin yüzdə 80 faizdən çoxunun mənimsədiyi hinduizmin ən çox yayılmış forması hiyerarxik hissələrə bölməkdir. Hindistan demokratiyası hissələr arasındakı böyük çatlaqları bağlamağa çalışsa da tam mənasıyla müqəffəqiyyətli ola bilmədi. Hinduizmə görə dörd böyük kasta mövcuddur. Brahmanların altında “Ksartiyalar” deyilən idarəçilər vardır. Bu kastanın altındakılar “Vaisyalar”, zanaətkarlar və tüccarlardır. Onların altında isə “Shudralar” yəni kəndlilər yer alır. Shudralar hinduzimdə ən alt kastanı təmsil edir. Kastalar irsi, evliliklərin kasta daxilində gerçəkləşdiyi hiyerarxik qruplardır. Hər bir kastanın ayrıca fəaliyyət ərazisi var. Avropalıların “parya” yəni, “toxunulmazlar” (murdar bildikləri üçün toxunmazlar) dedikləri “dalitlər” isə kasta sistemindən kənardadır. Paryalar digər kastaların görmək istəmədikləri pis işlərdən cavabdehdirdirlər. Dalitlərin hind əhalisinin arasındakı sayı yüzdə 18 qədərdir. Bu faiz təxmini 180 milyon hinduya siraət edir. Hindistanın qurucu lideri Mahatma Gandinin girişimi ilə Hind hökuməti parya statusunu yıxdı. Aşağı kastaların digər üzvləri kimi paryalar da pozitiv ayrımçılıq proqramlarından istifadə edirlər.
Demokratiyanın qət etdiyi irəliləyişdə çox partiyalılığa rəğmən Hind Birliyi kastalar ucbatından hələ də sözün həqiqi mənasında demokratik bir sivil topliuma malik deyillər. Bir tərəfdən kənd həyatına dair köhnə idarə sistemi zəiflədi, digər yandan da kasta nümayəndələri mühafizə edildi. Hətta siyasi partiyalar hədəflərinə nail ola bilmək üçün bu və ya digər kastanın dəstəyini gözləyirdilər.
Özünü kasta sistemi içərisində təsdiq edən beynəlxalq təşkilatlanmaya dayanan hinduzim Hindistanın müstəqilliyini qazanmasının ardından çox partiyalı demokratiyaya keçməyin çətinliklərini yaşadı.
Müsəlmanları da qəbul edən Hindistanın ən qədim partiyalarından “Konqre Partiyası” müstəqiillikdən sonra nəticələri yetərsiz olsa belə əkin reformu edərək böyük torpaq sahiblərinin gücünü zəiflətdi. Digər yandan da xüsusilə yuxarı məqamlara ən ağır vəziyyətdə olan kasta üzvlərini gətirməyi tərcih etdi. “Birlik içində müxtəliflik” devizini mənimsəyən “Konqre Partiyası” kasta sistemini iri həcmdə axsatdı, amma hindu kütlələri deyişimini üzününküləşdirmədilər. Fanatik hindu din adamları kasta inanışını davam etdirdilər. Kastalar arasında modernizmin səbəbiyyət verdiyi gərilimlər hindu milliyətciliyinin radikallaşdırılmasıyla dəf edilməyə çalışılırdı.
Hindu fanatizmi beynəlxalq sülhə təhdid
Müsəlmanların sih, xristian və budistlərin yaşadığı Hindistanda radikal hindu milliyətçiliyi çox dinli və çox mədəniyyətli formanı təhdid edir. “Hindutva” olaraq bilinən radikal hindu milliyətçiləri hindu din dövləti “Rasthra”yı müdafiə edənlər tərəfindən də böyük dəstək gördü. Hindu fanatikləri hindu olmayanlara ikinci sinif vətəndaş rişğəndi edilməsini, lazım gələrsə şiddət tətbiq etməklə Hindistandan çıxarılmasını istəyirdilər. Ancaq Hindistanın son 800 illik tarixində müsəlmanlar öz damğasını vurdu. Tarixçilərə görə Hindistana yazılı tarixi gətirənlər də müsəlmanlardır. Bu gün Hindistan deyilərkən ilk ağla gələn Tac Mahal da müsəlmanlara aiddir.
1980-ci illərin başlanğıcında yüksəlməyə başlayan hindu milliyətçiliyi sihlərin reaksiyasıyla qarşılaşdılar. 1983-1992-ci illərdə hindu sih münaqişəsi zamanı 25 min adam öldü. Hindistanın müstəqilliyinin ardından uzun illər iqqtidarda qalan Konqre Partiyasının liderlərindən olan İndra Qandi 1984-cü ildə sih cangüdəni tərəfindən öldürüldü. Oğlu Rajiv Qandi də 1991-ci ildə başqa bir münaqişədə tamil gerillaları tərəfindən öldürüldü. 1980-ci ildə qurulan Hindistan Xalq Partiyası (BJP) radikal bir hindu partiyası olaraq meydana çıxdı. BJP əvvəlcə Uttar Pradeş əyalətində, 16-cı yüzillikdə Babür şah tərəfindən Adohyada inşa edilən Barbi Məscidinin dağıdılmasıma cəlb edildi. Hindlulara görə barbi Məscidi hindu tanrısı Ramaya həsr edilmiş müqəddəs məbədin dağıdılmsıyla inşa edildi. Fanatik hindu milliyətçiləri müsəlman kişilərin simlasiya etməyəcəyi təqdirdə Hindistandan hindistandan çıxarılmaları gərəkdiyinə inanırlar. Hindu milliyətçiliyinin daxilində kasta sistemində üst sırada dayanan brahmanlara dayanır. Hindu milliyətçiliyi daha sonra alt siniflərə mənsub olan hindular arasında yayıldı. Hindu milliyətçiliyinin şiddətə yönəlməsində səbəblərdən biri də hindlilərin 1980-ci illərdə kütləvi olaraq İslamı qəbul etmələriydi. Layiq olan “Kongre Partiyası”nın bu dəyişiklik qarşısında çarəsiz qaldığını düşünən hindular BJP və Shiv Sena kimi radikal partiyalara yönəldilər. Hindu fanatizminin Hindistana bədəli çox ağır oldu. On minlərlə insan hindu-mesəlman, hindu-sih davalarında öldü. Hindu fanatikləri arasında məsafə qoyan BJP 2014 seçkilrində yenidən iqtidara gəldi.
Şərhlər