“Pekin tənqidlərin yersiz olduğunu düşünürsə..” - Türkiyəli professor

22.07.2015 15:22     A-reaksiya     2833

USAK sədr müavini və Asya-Pasifik Araşdırmaları Mərkəzinin sədri professor Selcuq Çolakoğlu ilə son günlərdə bir daha gündəmə gələn və mətbuatda etirazla qarşılanan Çindəki uyğur azlıqlara yönəlmiş insan haqlarının pozulması ilə bağlı söhbət etdik. Söhbətdə Çində son zamanlar meydana gələn qanlı terror basqınlarına, Türkiyənin qapılarını açdığı uyğurlara yönəlmiş siyasətinə və uyğur məsləsi müstəvisində Türkiyə-Çin əlaqələrinin müşahidəsinə yönəlmiş önəmli mülahizələrə yer verilir. 
 
 
 
-Çində yaşayan müsəlman uyğur türklərinə qarşı dini basqıların sistemli assimlasyon siyasətlərin və insan haqqlarının pozulası hallarının son vaxtda, xüsusən də Ramazan ayının başlanğıcından bu yana beynəlxalq mətbuat tərəfindən artan tez-tez gündəmə gətirildiyini görürük. Sizcə Pekin idarəçiliyinə yönəlmiş bəhs edilən ittihamlar bölgədəki doğruları nə qədər tutarlı bir formada əks etdirir?
 
-Məsələ Çinin beynəlxalq insan haqları standartları baxımından xüsusi bir etirazıdır. Pekin rəsmiləri insan haqları və azlıqların haqları kimi məsələlərdə ozlərinə qarşı edilən tənqidləri daxili məsələlərinə müdaxilə olaraq dəyərləndirir və qəti olaraq bunların başqa ölkələr və beynəlxalq quruluşlar tərəfindən gündəmə gətirilməsini istmir. Bu nöqtədə Çin Türkiyənin də içində olduğu demokratik ölkələr topluluğuyla təməl siyasi məsələlər nöqtəsində ayrılır. 
 
Çin rəsmi olaraq kommunizmlə idarə edilir və layiqli bir dövlət sistemi var. Dolayısıyla rejimin bütün dinlərə məsafəli davrandığı görülür. Bununla birliktə Çin Xalq Cumhuriyyətinin Deng Xiaopingin öncüllük etdiyi 1978-ci ildən sonra öncüllük etdiyi reform hərəkatıyla birlikdə dinlərə qarşı Mao dönəminə nəzərən daha xoşniyyətli bir münasibət bəslədiyi söylənə bilər. Onsuz da Çin islam dünyasından aralı bir coğrafiyaya və tarixə sahib deyil. İslamın ilk illərində Çinin müxtəlif yerlərində məscid inşa edildiyi bilinir. Çinin bir çox şəhərində çox sayda məscidlər indi də fəaliyyət göstərir. Bu da o deməkdir ki, Çinin ümumi olaraq islami fəaliyyətləri qadağan etmək kimi bir siyasəti yoxdur. Xüsusən də xan çinlisi etnik kökənindən gələn hui müsəlmanları dini fəaliyyətlərində olduqca sərbəstdirlər. Nitekim Pekin siyasətini huilər islam dünyasına daxil ola bilmək üçün körpü kimi istifadə edir. Yenə Sincan Uyğur Ğzərk bölgəsində yaşayan qazaklar, qırğızlar, taciklər kimi kiçik müsəlman topluluqlarına qarşı yönəlmiş dini basqından bəhs edilə bilməz. 
 
Ancaq uyğurlarla vəziyyət bir xeyli fərqlidir. Pekin siyasəti uyğurlardan, xüsusilə uyğur toplumu içərisindəki müxtəlif quruplardan qaynaqlanan bir təhdid formasına sahibdir. Dolayısıyla Çin uyğurların hər növ dini və mədəni fəaliyyətini nəzarət etmə ehtiyacı duyur. Uyğurların bir araya gəldiyi məscidlər xüsusilə izlənilir. Pekin yetkililəri bəzi uyğur quruplarının ölkəxaricindəki radikal dini quruplara yaxın münasibətdə olduğunu düşünür. Uyğurlara qarşı yönəlmiş basqılar və dini fəaliyyətlərinin dövlətin nəzarətinə alınmasına çalışılması özüylə bərabər gətirdiyi məhdudiyyətlər həm uyğurlar həm də dünya müsəlmanları arasında tənqidlərə yol açır. Son günlərdə mətbuata yansıyan hadisələri də bu çərçivədə dəyərləndirmək lazımdır. Bu vəziyyətdə uyğurlarda milliyətçiliklə dinin bir-birinə qarışdığı güclü bir reaksiya doğurur və bunun fəsadları dünya miqyasında müəyyən bir ölçüdə hiss edilir. 
 
Əgər Pekin bu cür tənqidlərin yersiz olduğunu düşünürsə hər bir xəbəri və iddianı təkzib etməkdən əlavə müstəqil beynəlxalq sivil toplum mənsublarının və medyanın bölgəyə gələrək vəziyyəti birbaşa yerində görmələri və dəyərləndirmələri üçün şərait yaratmalıdır. Xaricilərin bölgəyə gəlməsinə və bölgə daxilində sərbəst səyahət etmələrinə, bölgə xalqının ilə təmas qurmalarına qarşı yönəlmiş məhdudiyyətlər beynəlxalq aləmdə çübhəylə qarşılanmışdır. 
 
Keçdiyimiz həftə Türkiyənin Taylandda 15 aydır nəzarətdə saxlanan çoxunun qadın və uşaqlardan ibarət olduğu 173 nəfər uyğuru diplomatik danışıqlar yoluyla qurtararaq köçkün olaraq qəbul etdiyi ifadə olunur. Bu barədə nə düşünürsünüz?  
Son illərdə yüzlərlə uyğur türk ailəsi Çinin Sincan Uyğur Özərk bölgəsindən qaçaraq müxtəlif ölkələrdən sığınacaq istədi. Bu çərçivədə bir çox uyğur türkü müxtəlif səbəblərlə əvvəlcə Asiya ölkələrinə köç edirlər, daha sonra bu ölkələrdəm Türkiyə daxil olmaqla başqa ölkələrə keçməyə çalışırlar. 
Tailand və Malayziya kimi ölkələrdə tutulan uyğur türkləri qanunsuz köçkün kimi qəbul edilərək həbs edilir. Bu nöqtədə iki alternativ iddiayla qarşı qarşıyağıq. Birincisinə görə uyğurlar Çinin basqı və asimlasyon siyasətindən qaçaraq xaricə gedirlər. Alternativ düçüncəyə görə isə bu insanlar iqtisadi sıxıntılardan qaçaraq və daha çox imkanları olan ölkələrə keçmək üçün siyasi basqı olduğu iddialarından siyasi oyun olaraq istifadə edirlər. 
 
-2009-cu ildə həyata keçirilən Urumçi hadisələrini izləyən illərdə Çinin bir çox kəndində uyğur xalqı adından mübarizə ettiyini irəli sürən kimlərsə tərəfindən bir çox vəhşi tü\error hadisələri gerçəkləşdirildi. Sizcə Türkiyənin bu vəziyyəti necə dəyərləndirməsi gərəkirdi? 
 
-Uyğur xalqının xüsusilə 1990-cı illərdən bəri bəri beynəlxalq aləmdə radikal dini dəstələrindəki sızma planlarının və şiddətli propaqandaların hədəfində olduğu tüz-tez vurğulanır. Çin mənbələrinə görə günümüzdə 300-ə qədər uyğur kökənli Çin vətəndaşının Suriyada müxtəlif radikal qruplarda terror dəstələri sıralarında döyüşdüyü bilinir. Hazırda Türkiyədə də İŞİD və oxşar terrorist qrupları təhdid olaraq dəyərləndirilir. Dolayısı yolla bu insanların Türkiyə sərhədləri üzərindən Suriyaya gedib gəlmələri iki ölkə üçün də müxtəlif risklər daşıyır. Bu insanlar Türkiyədəki uyğur diasporasının da içinə sızmağı uyğurları marjinalizə etməyə çalışa bilər. Belə bir təhdid qarşısında ediləcək işbirliyinin ən üst qatdan başlaması gərəkir. Türkiyənin bu məsələdə tərəddüd etdiyini sanmıram.

Şərhlər