Kamer Kasım: "Yunanıstan avrozonada qalmalıdır" - EKSPERT RƏYİ

22.07.2015 19:44     A-reaksiya     2488

Yunanıstanda keçirilən referendum öz məqsədlərinə çata bildi? Yunanıstan referednumuna gətirən müddət həm Yunanıstan həm də iqtisadi proqram tətbiq etməyə çalışan Almaniya üçün uğursuzluqdur. Yunanıstanın tətbiq etməli olduğu kəmər sıxma (qənaət) siyasəti və iqtisadiyyatın bərpa ediləcəyi haqqında vədləri xalqın nəzərində bir müddət sonra sanksiyasına çevrilib. Təbii ki, Tsiprasın referenduma getməsinin əsil məqsədi Avrozonanı tərk etmək deyil öz mövqeyini gücləndirmək idi. Necə ki Tsipras bunu etdi. Tsipras xalqın dəstəyini nümayiş olunması nöqteyi-nəzərdən öz məqsədinə çatdı. Təbii ki, Yunanıstan xalqı daha yumşaq bir paket gözləyirdi. Sizcə Avrozonaya keçid ilə bağlı Yunanıstan xalqının məmnuniyyətsizliyi Yunanistandakı səlahiyyətlilər və Avropa İttifaqı tərəfindən tam olaraq aydın olmaya bilərmi? Avrozonaya qəbul olunarkən Yunanıstanın buna hazır olub olmadığı haqda yaxşı təhlil edilmədi. Yunanıstan iqtisadiyyatı onsuzda çox istehsal etmədən istehlak edən və maaşların iqtisadiyyatın tutumuna görə çox yüksək olduğu bir ölkədir. Avropa İttifaqından gələn maliyyə sayəsində iqtisadi balansı saxlaya bilirdi. Ancaq Yunanıstan Avroya keçdikdən sonra Yunanıstandakı hökumətlər pul vahidinə nəzarəti itirdilər. Yeganə pul vahidi istifadə edən Yunanıstan çox ciddi bir böhrana düşdü. Siyasətçilərin iqtisadi əsasları olmayan vədləri isə 2010-cu ildən bəri böhranı daha da artırdı.

Şərhlər

Çox oxunanlar