Naxçıvan Dövlət Universitetində görüş keçirilib. - FOTOLAR

04.11.2016 20:27     A-reaksiya     1541

2 noyabr tarixində Naxçıvan Dövlət Universitetində Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi tələbə və müəllim heyəti arasında görüş keçirilmişdir. Qonaq Naxçıvan Dövlət Universitetinin zəngin texniki bazası, tələbələr üçün yaradılmış yüksək səviyyəli auditoriyalar, müxtəlif dillərdə dərs vəsaitlərinin olduğu zəngin kitabxanası ilə tanış oldu.

Universitetin Tədris İşləri üzrə prorektoru Seyid Surə xanım muxtar respublikada ali təhsilin inkişafına göstırilən dövlət qayğısından bəhs edərək, təhsil ocağı barədə geniş məlumat verdi. O cümlədən, universitetin çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olduğu da qonağın diqqətinə çatdırıldı. Naxçıvan Dövlət Universiteti ilə tanış olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi məmnunluğunu ifadə etdi və görüş üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi. Daha sonra tələbələrin suallarını cavablandıran qonaq Universitetdə ərəb dilinə olan marağı nəzərə alaraq, Universitetdə ərəb dili dərslərinin təşkili, həmçinin Misirin nüfuzlu Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi barədə geniş məlumat verdi. Əlavə olaraq Misir Universitetlərində muxtar respublikanın tələbələrinin təhsil alması imkanları barədə məlumat verdi.

Həmçinin 2 noyabr tarixində AMEA Naxçıvan bölməsinin tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli və AMEA Naxçıvan Bölməsi, Incəsənət, Dil və Ədəbiyyat Institutunun direktoru Əbülfəz Quliyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi arasında görüş keçirilmişdir.

AMEA Naxçıvan bölməsinin tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli qonağa Naxçıvanın tarixi, qədim abidləri haqqında geniş məlumat vermişdir. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri AMEA Naxçıvan bölməsində olduğundan çox məmnun olduğunu bildirmişdir. Tərəflər arasında Misir Azərbaycan təhsil əlaqələrinin inkişafı, qarçılıqlı əməkdaçlıq çərçivəsində misirli alimlərin AMEA Naxçıvan bölməsi ilə yaxından tanışlığı, Misirdə keçirilən beynəlxalq elmi konfranslarda muxtar respublikanın alimlərinin, eləcə də Naxçıvan Muxtar Respublikasında keçirilən konfranslarda misirli alimlərin iştirakının, qarşılıqlı olaraq elm adamlarının hər iki ölkədə nəşr olunan elmi jurnallarda məqalələrinin çap olunmasının təşkili, Misirlə əlaqədar aparılan tədqiqat işlərində yaxından köməklik göstərilməsi, habelə Misirdə Naxçıvanla bağlı əlyazmaların surətlərinin əldə olunması barədə məsələlər müzakirə olundu.

Şərhlər

Çox oxunanlar