BRİCS İnkişaf Bankı iqtisadi sistemdə bir alternativdir - EKSPERT RƏYİ
23.07.2015 11:05 A-reaksiya 2584

Türkiyənin İMC TV iqtisadiyyat departamentinin redaktoru Gülşah Karadağ BRICS İnkişaf Bankının üzv ölkələr arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirəcəyini qeyd edərək, təşkilatın qlobal iqtisadi sistemdə bir alternativ olacağını bildirib. O, qeyd edib ki, İnkişaf Bankının önümüzdəki illərdə digər inkişaf etməkdə olan ölkələrə də dəstək olması gözləniləndir: “Məsələn bu bank bundan beş il əvvəl qurulsaydı, Yunanıstan buradan dəstək ala bilərdi. Beləcə Avropanın və BVF-nin Yunanıstan üzərindəki təzyiqi azalardı. Bəlkə də Yunanıstan avrozonanın təzyiqlərinə qarşı bir az da müstəqil hərəkət etmək şansı əldə edərdi".
BVF və Dünya Bankı niyə tənqid edilir?
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının İkinci Dünya müharibəsindən dərhal sonra qurulduğunu xatırladan ekspert bu proseslərin hamısının inkişaf və quruculuq işlərinə dəstək məqsədi ilə başladığını bildirib: “Lakin bu iki quruluş inkişaf etməkdə olan ölkələrə ayırdıqları fondlarla bu ölkələrin iqtisadiyyatlarına, siyasətlərinə, maliyyə durumlarına birbaşa təsir və nəzarət edən hakim ölkələrin maraqları ilə hərəkət etdiklərindən tənqid olunurlar".
BRICS ölkələrinin əhalisi üç milyarddan çoxdur
BRİCS - i təşkil edən beş ölkənin ümumi əhalisinin üç milyarddan çox olduğuna diqqət çəkən iqtisadçı qeyd edib ki, BRICS ölkələrinin ümumi əhalisi, dünya əhalisinin 42% - ni təşkil edir: “Həmin ölkələrin toplam milli gəliri dünya milli gəlir cəminin dörddə birinə bərabərdir. İnkişaf Bankı sadəcə bu beş ölkənin investisiya formulasiyası ilə belə olsa qlobal iqtisadi sistemdə bir alternativin ortaya çıxmasına səbəb olacaq”.
Beş ölkə də bərabər səsə sahibdir
Dünya Bankından fərqli olaraq, BRİCS ölkələrinin İnkişaf Bankında bərabər səsə sahib olduğunu bildirən ekspert bildirib ki, rəsmi adı BRICS İnkişaf Bankı olsa da, əslində bu qurumun rəsmi adı Yeni İnkişaf Bankıdır".
Şərhlər