Komitə əməkdaşlıq memorandumu imzaladı
07.11.2016 10:02 A-reaksiya 1395
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi istiqamətində növbəti mühüm addım atıb.
Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, dünya reytinqində “Böyük dördlük” şirkətlərindən biri kimi tanınan “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Professional xidmətləri ilə dünyada öz sözünü demiş “PwC” şirkəti Azərbaycanda start götürən özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış Memoranduma əsasən PwC ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.
Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır.
Şərhlər