Millət vəkili Qənirə Paşayeva Dənizli valisi və bələdiyyə başçısı ilə görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib - FOTOLAR

11.11.2016 11:33     A-reaksiya     1542

Türkiyənin Dənizli bölgəsində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışında iştirak edən millət vəkili Q.Paşayeva Dənizli  bələdiyyə başçısı Osman Zolan ilə görüşüb və ona və əməyi keçən hər kəsə təşəkkür edib. Azərbaycanın acısı bizim də acımızdır deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Osman Zolaya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva da son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Dənizlinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva Dənizlidə tez-tez gənclərin iştirakı ilə Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfransların keçirilməsinin vacibliyinə də toxunub və bu səfəri zamanı bir neçə bu istiqamətlərdə konfranslar verdiyini bildirib. Azərbaycanı çox sevdiyini deyən Dənizli bələdiyyə başçısı Osman Zolan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dənizli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Q.Paşayeva Denizli valisi Dr.Ahmet Altıparmak  ilə  görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Dr.Ahmet Altıparmak azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Dənizli valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Dənizli vilayəti arasında əlaqələrin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Denizlinin  də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Denizli valisini və bələdiyyə başqanını ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə Dənizlidə  təhsil alan azərbaycanlı tələbələr barədə də vali və bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Vali Dr.Ahmet Altıparmak   millət vəkili Q.Paşayevanın  Dənizlidə verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Dənizlidə  bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Dənizlidə yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib.

 

Şərhlər

Çox oxunanlar