Krımın baş prokuroru Dumaya gedir? - MARAQLI İDDİA

23.07.2015 12:50     A-reaksiya     3164

Rusiyada iqtidardakı Birləşmiş Rusiya fraksiyasından bir rəsmi, Krımın baş prokuroru Natalya Poklonskayanın gələn il partiyalarından millət vəkili namizədi ola biləcəyini söyləyib. 2016 – cı ilin sentyabrında keçiriləcək parlament seçkilərinə hələ bir ildən çox vaxt varkən, bəzi partiyalar indidən səslərini artırmaq üçün xalqın etibarını qazanan şəxslərlə danışıqlara başlayıb. Adının çəkilməsini istəməyən rəsmi mənbə qeyd edib ki, partiya seçkilərdə güclü namizədlərlə və nüfuz sahibi şəxslərlə çalışacaq: “Gələcək Duma seçkiləri üçün işlərimizə indidən başlamışıq. Krımın baş prokuroru Natalya Poklonskaya kimi həm partiyamıza, həm də Rusiyaya faydalı olacaq şəxsləri dəyərləndiririk. Krım seçki qərargahının yaradılması üçün təmaslarımız davam edir".

Prokurorun reytinqi çox yüksəkdir

Gözəlliyi ilə yanaşı özündən əmin açıqlamaları ilə də diqqətləri öz üzərinə çəkən Krımın baş prokuroru xüsusilə medianın maraq mərkəzi mövqeyindədir. Poklonskaya gələcək vəd edən 100 rusiyalı siyasətçinin adı çəkilən “Reytinq-2016” siyahısında, 10 – cu yerdə idi.

Poklonskaya millət vəkili seçilsə, yerinə kim keçəcək?

Lifenews.ru saytına açıqlama verən Rusiya Strateji Kommunikasiya Mərkəzinin sədri Dmitri Abzalovaun fikrincə, “Krım Baharı” imicini özündə ehtiva edən Poklonskayanın 2016 – cı ildə keçiriləcək  parlament seçkilərinə qoşulma ehtimalının yüksəkdir, ancaq millət vəkili seçilməsi halında özündən boşalacaq kresloya kimin gətiriləcəyi böyük bir problemdir. Abzalov hesab edir ki, çünki bir çox insan müəyyən risklərə görə Kırımın baş prokurorluğu vəzifəsini boynuna götürməyi qəbul etməmişdi. Ona görə də Abzalov düşünür ki, Poklonskayanın xələfi nüfuz sahibi və təsirli bir imici olan bir insan olmalıdır.

Şərhlər

Çox oxunanlar