Nazir müavini: Azərbaycan və Aİ arasında yeni saziş qurumun Dağlıq Qarabağla bağlı dəqiq mövqeyini müəyyən edəcək
15.11.2016 14:11 A-reaksiya 1473
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə yeni strateji tərəfdaşlıq sazişinin imzalanmasından qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dəqiq mövqeyinin müəyyən edilməsini gözləyir.
Bunu bu gün Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini əlavə edib ki, bu, Azərbaycan və Aİ arasında gələcək danışıqlar çərçivəsində müzakirə olunacaq ən vacib məsələdir.
Onun sözlərinə görə, strateji tərəfdaşlıq barədə Azərbaycanın təqdim etdiyi saziş layihəsində danışıqların bu məcrada aparılacağı vurğulanıb. Nazir məhz bu məsələnin rəsmi Bakı üçün vacib olduğunu deyib.
M.Məmməd-Quliyev danışıqların başlama müddətinin Aİ ilə ayrıca müzakirə olunacağını vurğulayıb.
Hazırda Azərbaycanla Aİ arasında əməkdaşlıq 1999-cu ildə qüvvəyə minmiş saziş əsasında nizamlanır.
Şərhlər