Suriyadakı idxal şiə döyüşçülər - ARAŞDIRMA

23.07.2015 14:36     A-reaksiya     3957

Suriya daxilindəki döyüşlərdə sahədəki tarazlıqları xarici döyüşçülər təyin edir. Xarici döyüşçü deyilincə ilk ağla gələn Sünni sələfi qruplardır. Ancaq müxtəlif ölkələrdən Suriyaya Əsəd rejimini müdafi etmək məqsədi ilə döyüşməyə gətirilən çoxlu sayda şiə də döyüvar. Bunları Suriyaya daşıyan isə əsas dövlət isə İrandır. Dünyanın məşhur telekanallarından Əl Cəzirənin saytında hər halda belə yazılıb. Sayt iddia edir ki, Suriyada başda İran, İraq və Livan olmaqla dəyişik ölkələrdən gələrək, rejimi müdafiə etmək məqsədi ilə  qatılan Şiə döyüşçülərinin sayı sünni sələfi qruplardan daha az deyil.

Rejimə bağlı ordunun gedərək zəifləməsi, rejimi xarici döyüşçülərə daha çox asılı hala gətirdi. Bu mənada İran dövrəyə girib şiə əhalinin yaşadığı ölkələrdən şiə döyüşçüləri birləşdirib, Suriya ərazisinə daşımağa başladı. Rejimin ayaqda qalmasında ən əhəmiyyətli faktorun, Hizbullahın 2013-ci ildə vətəndaş müharibəsində iştirakı ilə bağlı ortaq fikirlər həddindən çox səslənir. Eyni şəkildə İraqlı şiə qüvvələri kritik bölgələrdəki müdafiə döyüşlərində əhəmiyyətli rol oynayır. Ancaq bu sahədə İran, İraq və Livandan gətirilən şiə qruplar isə yoxdur.

Bütün şiə coğrafiyalarından Suriyaya köçürlər

Türkiyənin araşdırma mərkəzlərindən ORSAM – ın araşdırmasına görə, Suriyada xarici şiə döyüşçülərin əksəriyyətini İraqdan və Livandan gələn döyüşçülər təşkil edir. Eyni ilə İŞİD nümunəsində olduğu kimi, dünyanın bir çox bölgə və ölkəsindən Suriyada rejimin tərəfdarı kimi döyüşmək üçün gedən könüllü şiələr mövcuddur. Ərəb olmayanlar arasında isə əsas üstünlük şiə əfqanlardadır. Bundan başqa Səudiyyə Ərəbistanı şiələrinin qurduğu Hicaz Hizbullahına bağlı döyüşçülər, Yəməndən şiə husilərlə əlaqəli zeydilər, pakistanlı şiələr, Hindistandakı şiələr, Somali və Çad kimi Afrika ölkələrində yaşayan şiə əhali içindən könüllülər də Suriyada döyüşür. Suriyadakı şiə qüvvələri arasında ABŞ və Kanada vətəndaşı olan ərəb mənşəli şiələr də var.

Qasım Süleymani yenə baş roldadır

Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) araşdırmasına görə, şiə döyüşçülərinin demək olar ki, hamısının İran tərəfindən dəstəklənməsi və yönləndirilməsi, Suriyada Tehranın təsirini artırıb. İraqlı şiə döyüşçülərin liderləri verdikləri müsahibələrdə Suriya hökuməti və İranın Suriyada döyüşən şiə qüvvələrə silah dəstəyi verdiyini, İranın İraqdan şiə döyüşçü gedişini realizə etdiyini açıqca ifadə etmişdi. Könüllü döyüşçülər İrandakı düşərgələrdə təlimatlandırılır və Suriyadakı yerli əlaqələri sayəsində ölkəyə girişləri təmin edilir.

Suriyalı müxaliflərin ortaq quruluşu olan Suriya Milli Koalisiyasının (SMDK) sədri Xalid Müəllim də İranın İnqilab Keşikçilərinə bağlı Qüds qüvvələri Komandiri Qasım Süleymaninin şəxsən Suriyadakı qarşıdurmaları icra etdiyini və sahə komandirlərini təyin etdiyini söyləmişdi. Qasım Süleymani İranın təkcə Suriya sahəsində yox, Orta şərqin bütün qarşıdurma bölgələrində İranın yeraltı əməliyyatlarını həyata keçirən şəxsdir.

İdlib şəhərinin müxaliflərin əlinə keçməsindən sonra Süleymaninin İdlib sərhədindəki sahil bölgəsinə getdiyi, bölgənin Nusayri kəndlərində orduya yazılmamış gənclərin silaha sarılması üçün də təlimat verdiyi də önə sürülmüşdü.

İki faktor: Pul və ideologiya

Suriya İnsan Hüquqları Şəbəkəsinin məlumatına görə, şiə döyüşçülərin Suriyaya gəlməsində maddi mənfəət əldə etmək, yəni pul qazanmanın yanında ideologiya, yəni məzhəbi səbəblər ön plana çıxır.

İdeologiya səbəbi ilə döyüşməyə gələn şiə döyüşçülər, həyata keçirilən məzhəb təbliğatının təsiri ilə hərəkət edir. Şiə gəncləri təsir edəcək təbliğatlar müxtəlif formada icra olunur. Bunlardan birisi bədii təsvir və döyüş videoları ilə dolu mahnılardır. Hz. Məhəmmədin nəvəsi, eyni zamanda da Hz. Əlinin və Hz Fatimənin qızı Hz. Zeynəb bu təbliğatın əsas ünsürüdür. Həzrəti Zeynəbin içində dəfn olunduğu deyilən Şamın 10 kilometr cənubundakı Seyyidə Zeynəb türbəsi, şiə qüvvələri hərbçi tədarük etmək məqsədi ilə icra etdiyi təbliğatın əsas bel sümüyünü təşkil edir. Şəkildə türbənin üstündə, şiə inancına görə "Həzrəti Zeynəbin intiqamının alınmadığını göstərən qırmızı bayraqdan istifadə edilir. Türbə şəkilinin altında isə Həzrəti Zeynəbin Kərbəlada və daha sonra yaşadığı əzablara istinadən, "Zeynəb ikinci dəfə əsir alınmayacaq" və ya "Zeynəb rejimlə birlikdə gedəcək" şüarları yazılıb.

Pulla idarə olunan şiə döyüşçülər isə ən çox Əfqanıstan və Pakistan kimi kasıb ölkələrdən gəlir. Əsəd rejimini qorumaq üçün aldıqları aylıq maaş və mükafatlarla onlar ölkələrində qoyub gəldikləri ailələrinin dolanışığını təmin edirlər. İrandakı əfqan mühacirlər başqa ölkələrdən artıq "qaçqın" statusu ala bilmirlər. İran ölkəsində olan və Suriyaya döyüşməyə gedən əfqanların ailələrinə yaşamaq hüququ verir.

Kənardan gələn şiələrin meydana gətirdiyi milis qüvvələri başlanğıcda rejim qüvvələrinə dəstək verirdilər. Ancaq rejimin hərbçilərinin təsirinin azalması, zamanla bu qrupların fəaliyyətini, rejimin də bu qruplara asılılığını artırıb.

Müxaliflərin son dövrdə əldə etdiyi qazanclardan sonra adının açıqlanmaması şərti ilə 3 iyun 2015-ci ildə AFP - ə açıqlama verən suriyalı mənbə paytaxtı qorumaq üçün çoxu iraqlı olmaqla 7 min iranlı və iraqlı döyüşçünün Dəməşqə gəldiyini söyləmişdi.

Döyüşən şiə qrupları

Suriya İnsan Hüquqları Şəbəkəsinin araşdırmasına görə İran İnqilab Keşikçiləri ilə birlikdə Suriyada fərqli ölkələrdən gələnlərin meydana gətirdiyi 14 – dən çox döyüşçü qrup var.

1- İran İnqilab Keşikçiləri:

İranın Suriyaya hərbi və təhlükəsizlik sahəsindəki dəstəyi vətəndaş müharibəsinin başlamasından əvvəl də mövcud idi. Ancaq qarşıdurmaların başlaması ilə birlikdə qarşıdurma bölgələrində və hərbi təhsil sahələrində İran İnqilab Keşikçiləri Ordusunun komandirləri "məsləhətçi", əsgərləri də döyüşçü kimi təqdim olunmağa başlandı. İran İnqilab Mühafizləri döyüşə həqiqətən iştirak etməklə yanaşı Suriyada döyüşən İraqlı şiə qruplara təlim və lojistik dəstək verməyi də təmin edir.

Tehran rəhbərliyi Suriyadakı qarşıdurmalarda həqiqətən yerinin olduğunu rəsmi olaraq heç vaxt qəbul etməyib. Ancaq 2013-ci ilin ilk yarısından etibarən Suriyada ölən İnqilab Keşikçiləri komandirləri üçün rəsmi cənazə mərasimləri keçirməyə başladı. Suriyada öldürülən bəzi komandirlər bunlardır:

Hüsam Xoşnüveys: general Həsən Şatiri kimi tanınıb. İran İnqilab Keşikçilərinə bağlı olan Qasım Süleymaninin liderliyindəki Qüds qüvvələrinin komandiri idi. 12 fevral 2013 – cü il tarixində Suriyada öldü. Cənazə mərasimi 15 fevral 2013 – cü ildə keçirildi. Livanın keçmiş baş naziri Rafiq Həririnin öldürülməsiylə bağlı günahlandırılan şübhəlilər arasında o da var idi. İranla Livan Hizbullahı arasındakı əlaqədə əhəmiyyətli bir xalqa idi. Şatirinin tabutu Hizbullahın bayrağına bükülmüşdü. Cənazəsində İran İnqilab Mühafizlərinin Baş Komandiri general Məhəmməd Əli Cəfəri və Qüds qüvvələrinin Komandiri Qasım Süleymani də iştirak edib. İran Şatirinin Dəməşq-Beyrut avtomobil yolunda snayper tərəfindən öldürüldüyünü açıqlayıb və bundan İsraillə birlikçilərini məsul tutub.

General Əmir Rza Əlizadə: İran İnqilab mühafizlərinin komandiri. 1 may 2013 – cü il tarixində Dəməşq İran səfirliyində meydana gələn partlayış nəticəsində həlak olub. İran hökumətinin fikrincə, hücumdan vəhhabi terroristləri məsul tutub.

Mayor Məhəmməd Hüseyn Ətri: İran İnqilab keşikçiləri ordusunda zabit idi. Cənazəsi 8 iyun 2013 – cü ildə İranın Gilan bölgəsində dəfn olunub. İran xəbər saytları Seyyidə Zeynəb türbəsinə işarə vuraraq Ətrinin müqəddəs türbələri qorumaq vəzifəsində ikən öldürüldüyünü yazıb.

Mehdi Xorasani və Əli Əsgər Saniyə: 10 iyun 2013 – cü il tarixində öldürülüblər. Cənazələrini Dəməşq yaxınlarındakı Seyyidə Zeynəb Türbəsinin qarşısında çəkilmiş hərbi uniformalı və kalaşnikovlu şəkilləri göstərilib.

2- Hizbullah: İnqilab keşikçiləri ordusundan sonra ən güclü şiə döyüşçü qruplaşmasıdır. Hizbullah rəsmi Suriya rejiminə dəstəyini 2013 – cü ilin aprel ayında Kuşeyri döyüşündə açıqlamışdı. Ancaq Suriya İnsan Hüquqları Şəbəkəsinin açıqlamasına görə Hizbullah rejimə istər döyüşçü göndərərək, istərsə də Küşayrə top və raket bombardmanı reallaşdıraraq bu tarixdən əvvəl də açıqlanmamış hərbi və məntiqi dəstək təmin edib. Suriya müxalifəti Hizbullahın Suriya sərhədi daxilində döyüşçü sayının 7-10 min nəfər civarında olduğunu bildirilir.

3- Əbul Fadıl əl-Abbas Briqadası: 2012-ci ilin avqust ayında Dəməşqin Seyyidə Zeynəb bölgəsində Əsəd qüvvələrinin yanaşı yer almaq məqsədi ilə ortaya çıxıb. Eyni ilin son ayında tez bir şəkildə hərbi əməliyyat tənzimləməyə başlayıb. 2013-ci ilin ilk yarısında təşkilat artıq döyüşçüləri və silah və sursatının gücü ilə diqqət çəkən bir nöqtəyə gəlib. Briqada əmri böyük ölçüdə Əsaib Əhlul Haqq, İraq Hizbullahı, Ceyşül - Mehdi ordusu və Bədr təşkilatı kimi İran tərəfdarı İraqlı şiə qüvvələri tərəfindən boynuna götürür.

Suriya İnsan Hüquqları Şəbəkəsinin məlumatına görə, Əbül Fəzl əl-Abbas briqadasının içində Suriyalı şiələrin yanında Şərqi Asiyadan, Yəməndən və hətta Afrikadan gələn könüllü qüvvələr də iştirak edir.

2013-ci ilin ikinci yarısında Əbul Fəzl əl-Abbas Briqadasının komponentlərinin arasında çıxan anlaşılmazlıqlardan ötrü, bəzi iraqlı qüvvələr briqadasından ayrılaraq müstəqilləşib.

4- Zülfiqar Briqadası: 2013-ci ilin iyun ayında yaradılıb. İraqlıların Suriyada elan edilən ilk müstəqil şiə milis birliyidir. Zülfüqar briqadasını Əbülfəzl Briqadasında ayrılanlar qurublar. İçində Ceyşül - Mehdi və Əsaib Əhlül – Həqq təşkilatlarından da iştirak edənlər də var. Zülfüqar Briqadası ayrıldığı Əbülfəzl əl-Abbas döyüşçüləri ilə birlikdə əməliyyatlar da reallaşdırıb.

5- İraq Hizbullahı: 2013 – cü ildə İraq Hizbullahı Əsəd rejimini zəiflətmək səylərinə qarşı qoyacağını açıqlayıb. 2013 – cü ilin iyun ayında isə Suriyaya əsgər göndərdiyini rəsmən açıqlayıb.

6- Seyyidüş - Şühəda Briqadaları: İraq Hizbullahının içindəki bölünmədən dolayı 2013-ci ilin aprel ayında İraqda qurulub. Qurucusu Əbu Mustafa Şeybaninin İraq və İran vətəndaşlığı var. 2013 – cü ildə Suriyaya gedib və qrup 2013 – cü ilin avqustda Suriyada əməliyyatlar tənzimləməyə başlayıb.

7- Bədir təşkilatı (Şəhid Məhəmməd Baqir Sədr gücləri): Bədir təşkilatı İran rejiminə ən yaxın və rejimə ən bağlı İraqlı döyüşçü qruplaşmasıdır. Təşkilatın loqosu İran İnqilab Keşikçiləri ilə  dərhal dərhal eyni. Təşkilat əvvəl Əbul Fadıl əl-Abbasa döyüşçü göndərib. İranlı Qüds qüvvələri Komandiri Qasım Süleymaninin yaxınlığıyla bilinən təşkilatın sədri Hadi Əmir 2013 – cü ilin mart ayında qrupun Suriyada döyüşdüyünü rəsmi olaraq açıqlayıb. İran İnqilab Keşikçiləri tərəfindən öyrədilən qrupun Suriyadakı döyüşçü sayının 1500-2000 nəfər arasında olduğu təxmin edilir.

8- Kəfil Zeynəb Briqadası – Əsaib – Əhlül – Həqq: Əsaib Əhlül Həqq iraqlılardan ibarət və İraqda fəaliyyət göstərən bir şiə qruplaşmasıdır. Qrupun əvvəlcə Suriyada Əbülfəzl əl-Abbas Briqadasının nəzarəti altında mübarizə aparırdılar. Sonra qrupun lideri Qeys Xəzal özünə bağlı qruplaşmaları Əbülfəzl əl-Abbas Briqadasından ayrıldığını və Suriyada qurduğu "Zeynəbin zamini" mənasına gələn Kəfili – Zeynəb briqadasının nəzarəti altında döyüşməyə davam etdiyini açıqlayıb. Xəzal Suriyada mübarizə aparmalarının səbəbinin Əsəd rejimini qorumaq yox, şiələrin müqəddəs türbələrini qorumaq olduğunu müdafiə edib.

Şərhlər

Çox oxunanlar