Asiyanın yüksələn gücü: Hindistan 2 yazı - ARAŞDIRMA

23.07.2015 15:51     A-reaksiya     2817

Ölkədə 177 milyon müsəlman yaşayır

Rəsmi olaraq Hindistanda 177 milyon 33 minə yaxın müsəlman yaşayır. Hindistan, İndoneziya və Pakistandan sonra dünyada ən çoix müsəlmanın olduğu üçüncü ölkədir. Ancaq yenə də müsəlmanlar çoxunun hindular dan ibarət olduğu əhalinin təxmini yüzdə 13-nü təşkil edir. İslam dini Hindistana 8-ci yüzillikdə ərəb tacirləri tərəfindən gətirilsə də ancaq 12-ci yüzillikdə daha çox yayıldı. Hindistanın islamlaşmasında əsas rolu türklər oynadı. İlk olaraq Qəznəlilərlə başlayan türk-islam dövlətləri zənciri Tuğluklular, Lodilər, Delhi Türk Sultanlığı və son olaraq Babür İmperatorluğu ilə sona çatdı. Bu günün Hindistanı budduizm, hinduizm, sihizm və islam kimi dörd böyük dinin cəmiyyətə damğasını vurduğu dünyəviləşmiş konstitusiyası olan bir ölkədir.

Hindistanda fərqli inanca sahib olanlar arasında bir uyum görüləs də hindularla müsəlmanlar arasında zaman-zaman ölümlə nəticələnən gərginliklər yaşanır.  Əlaqələrin qırılma nöqtəsi isə Kəşmir, Hindistan, Pakistan və Çin sərhədlərində dağlıq bölgə olan Kəşmirin müsəlman xalqının Hindistan ilə birləşmək istəməməsi ilə Hindistan və Pakistan arasında 1947 və 1965 illərdə iki müharibə baş verdi. Kəşmir problemi 1948-ci ildən bəri BMT-nin diqqətindədir. Üçdə ikisi Hindistan, qalan qismi pakistan torpaqlarında olan Kəşmiri Hindistan öz torpaqlarının ayrılmaz bir parçası hesab edir.  Pakistan isə Kəşmirin gələcəyini BMT-nin təhlükəsiszlik konqresinin qərarları çərçivəsində xalq tərəfindən keçiriləcək bir referendumla müəyyən edilməsi gərəkdiyini müdafiə edir.

Ən böyük müsəlman azlığın bir milyarddan çox olduğu Hindistanda təxmini 180 milyon müsəlman yaşayır. Dünyada ən çox müsəlman azlıq Hindistandadır. Hindistan Alimləri Məclisi, Hindistan Müsəlman Tələbələr Birliyi və İslami Müzakirə Təşkilatları müsəlmanların evlənmə. Boşanma, miras kimi şəxsi məsələləri əhatə edən məsələlərdə islami hökmlər çıxarırlar. Zaman-zaman yönətimlər bunu aradan qaldırmaq və Hindistan qanunlarını keçərli etmək istəsələr də qarşı durma deyişməyə mane oldu.  Hindistan müsəlman arasında problemlərinin əsası isə 20-ci yüzilliyin ilk illərinə dayanır. 1915-ci ildə Qandi Hindistana gələrək barışçı bir platforma yaratmağa qərar verdi. Qandi bu tarixdən etibarən “sivil itaətsizlik” kampaniyalarının hazırlığına başladı. İndira Qandi 1984-cü ildə şiələrin ən müqədddəs məkanı olan Qızıl Məbəddə öldürüldü. Yerinə keçən oğlu Rajiv Qandi isə saxtakalıqlara görə tez əldən düşdü və 1991-ci ildə öldürüldü.

Qujaratda 2 min müsəlman qətl edildi

1991-1993-cü illər arasında şiddət dalğaları böyüdü. Hindu-müsəlman gərginlikləri ölkədə sıx-sıx davalara səbəb oldu. Bu gərginliklərin qətliama çevrildiyi bir başqa əyalət də Qujarata oldu. 27 fevral 2002-ci ildə Qujaratda 2 min müsəlman qətl edildi. 58 insanın diri-diri yandırıldığı yanğınıkimin törətdiyi bilinmədi.  Yanğını müsəlmanlar tərəfindən törəldiyi iddiaları yayıldı və bir neçə saat içində müsəlman toplumuna qarşı bir hərəkat başladı. Qısa zamanda 2 minə yaxın müsəlman öldürüldü. 150 min müsəlman evindən zorla çıxardılıb sürgün edildi. Ata analar uşaqlarının gözü qarşısında döyüldü, söyüldü, öldürüldü. Müsəlmanların ibadət məkanlarına basqınlar edildi. Yaşananların şahidi olmuş bir müsəlman sonradan mətbuata açıqlamasında o günü belə xatırlamışdı: “ Evimizi yandırdılar. Sünnət olub olmadığımızı yoxlayırdılar. Sonra mənim də əllərimi bağladılar. Yaşlı ana və atamı əllərindəki dəyənəklə acımadan döyürdülər. Bacımın sacından sürüyərək mətbəxə apardılar...”  baş verənlər dünyaya səs saldı. Benəlxalq əhv dəstəsinin hadisəylə bağlı etdiyi açıqlamasında Qujater əyalət yönətiminin müsəlmanları qorumadığını xüsusi qeyd edərək :Maləsəf ki, baş verənlərə rəğmən hələ də günahının bağışlanmasını istəməyi və üzüntüsünü dilə gətirməyi rəddetməsi qurbanları bir daha təhqir etməkdir” demişdir.  2002-ci ildə Gujitarda yaşanan hadisələrlə bağlı mübahisələr Hindistanın gündəmində yer tutur. Bu mübahisələrin mərkəzində isə o dönəmin qubernatoru, bu gün isə baş nazir narendara Modi dayanır.

Doğuma nəzarət üçün cırlaşdırma düşərgələri

Hindistan öz iqtisadiyyatının sürətlə inkişaf etdirsə də sosial həyatda mühüm problemlərlə üzbəüz qalıb.Bunlardan ən mühümü isə-qadınlara qarşı həyata keçirilən  neqativ yanaşmalardır.Dövlət siyasəti kimi qəbul edilən cırlaşdırma əməliyyatları uzun illərdən bəri hind qadınlarının ölümünə səbəb olur.

Əhalinin getdikcə artan sayının qarşısını almaq məqsədiylə müəyyən vaxtlarda ailə planlaşdırılması düşərgələri yaradaraq kütləvi cırlaşdırma əməliyyatları həyata keçirir.Rəsmi rəqəmlərə görə, 2013-2014-cü illərdə Hindistanda 4 milyon qısırlaşdırma əməliyyatı aparılıb.

Ölkənin gündəliyində noyabrdakı cırlaşdırma əməliyyatlarına görə ölmüş qadınların məsələsi durur.11 noyabrda Çattişgah əyalətində 83 qadın dövlətin yaratdığı düşərgədə əməliyyat edildi.O qadınların 15-i əməliyyat sonradan sonra yaşanan bütövləşdirmə əməliyyatı nəticəsində öldü.

Bilaspur bölgəsindəki Pendan kənd sakinlərinin iddiasına görə, əməliyyatlar tələm-tələsik həyata keçirildiyinə görə,ölümlərə səbəb olub.Əyalətin səhiyyə naziri Amar Arqaval, “Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar.Ancaq hal-hazırda əsas məqsədimiz qadınlara ən yaxşı şəkildə səhiyyə xidməti etməkdir”- deyə açıqlama versə də bu cür ölümlərin ölkədə birinci dəfə olmaması sual işarələrini artıtır.

2012-ci ildə Biharda 3 nəfər 2 saatda 53 qadını əməliyyat etdiklərinə görə həbs edilmişdi.O adamlar əməliyatları bir tarlada anesteziya olmadan həyata keçirirdilər.Ölkədə bu şəkildə əməliyyat olmaları üçün yoxsul qadınlara pul verildiyi iddia edilir.

Hindistanda cırlaşdırma kampaniyası 1970-ci illərdə Dünya Bankı,İsveç Beynəlxalq İnkişaf Qurumu və BMT Əhali Fondundan alınan 10 milyonlarla dollarlıq dəstəklə başladı.Fərdi azadlıqların olmadığı 1975-ci ildəki fövqəladə hal dönəmində keçmiş baş nazir İndira Qandinin oğlu Sancey Qandi, bir çox insanın “dəhşətverici” kimi xarakterizə etdiyi yoxsul erkəklərin cırlaşdırılmasını həyata keçirməyə başladı.O vaxtlarda polisin kəndləri mühasirəyə alıb kişiləri sürükləyərək əməliyyata apardırqlarına dair xəbərlər də eşidilirdi.Əməliyyatlardan islam düşməni hind yazıçısı Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanında da bəhs edilirdi.

Namus cinayətləri normal hal alıb

İqtisadi və siyasi sabitlik əldə edilsə də Hindistan sosial həyatda qanqren vəziyyətə gəlmiş problemlərlə mübarizə aparmaqda çətinlik çəkir.Bir çox Şərq ölkəsi kimi Hindistan da namus cinayətlərinin tez-tez baş verdiyi bir ölkədir.Ölkədə bu cür cinayətlər  etnik və dini qruplar arasında,xüsusilə Şimal və Şimali-Qərb bölgələrinin Pəncab,Rajastan,Haryana  Utar Pradeş kimi kənd bölgələrində çox yayılıb.Haryana, Pəncab və Utar Pradeş bölgələrində ildə təxminən 900 cinayət baş verir.

BMT-nin statistikasına börə, beynəlxalq miqyasdakı namus cinayətlərinin beşdə biri Hindistanda baş verir.Bu, BMT-nin açıqladığı rəqəmdir ancaq beynəlxalq insan haqları təşkilatları və qadınların haqlarını müdafiə edən qruplara görə, bir çox ailə, cəza almamaq üçün bu cinayətləri “qəza nəticəsində ölüm” və ya “intihar” hadisəsi kimi bildirir.

Ailənin öz şərəfini qoruması adına Hindistanda ailə üzvlərinin öz qızlarını öldürmələri üçün bir çox səbəb var.Ən çox müşahidə edilən səbəb isə müasir zamanda qadınlara qarşı sərt tədbirlərin həyata keçirilməsi və kəndlərdə yaşayanların evililiyə yanaşma tərzidir.

Əgər bir qız ailənin razılığını almaz və “ənənədən kənar” şəkildə birinə ərə getmək istəyərsə, ailəsinin şərəfinə ləkə salmış sayılır.Bunun nəticəsində həm qız həm də evlənmək istədiyi adam öldürülür.

Bu cür  cinayətləri təsdiq edən isə Hindistanın Şimal və Şimali-Şərqində hüququn olmadığı yerlərdə, xüsusilə cinsi əlaqələr və evlilik məsələlərində yeganə söz sahibi olan 10-15 nəfərdən ibarət Xap Pançhayats məclisidir.

Bu məclisin üzvləri seçilərək fəaliyyətə başlayır.Kəndin yaşlı “qərar verən adamları” sayılırlar.Ədliyyə nazirliyi ruhani liderlərdən, sosial xidmət mütəxəssislərindən, könüllülərdən bu cür cinayətlərin cəmiyyətə mənfi təsirlərini xalqa başa salmaq üçün kömək istəyir.Ancaq namus cinayətlərinin həyata keçirilməyə davam etməsi, bu məsələdə uğur qazanılmadığını göstərir.

Şərhlər

Çox oxunanlar