Qarabağ münaqişəsi kimlər üçünsə çirkli biznesdir"

30.11.2016 14:12     A-reaksiya     1679

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məqalə yazıb.

Azvision.az bildirir ki, Ramiz Mehdiyev məqaləsində 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan təmas xəttindəki gərgin vəziyyətdə heç bir əhəmiyyətli dəyişikliyin olmadığını yazır.
 
“Nə prezidentlərin görüşü, nə də ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edirlər. Lakin hələlik heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin gələcəkdə ədalətli sülhlə yekunlaşacağına zəmanət verə bilmir”,- deyə akademik məqaləsində qeyd edib.
 
Ramiz Mehdiyev vurğulayır ki, faktik olaraq müharibə nə cəbhədə (işğal edilən torpaqlar indiyə qədər azad olunmayıb), nə diplomatik, nə də media məkanında bitib: “Kiməsə Dağlıq Qarabağ münaqişəsinin qalması həm biznes, həm də siyasət yürütmək imkanı – çirkli biznes və çirkli siyasət,- baxımından sərfəlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan xalqlarının qarşılıqlı əlaqələrində qanayan yaradır. Bu münaqişə artıq uzun illərdir ki, kəskin və ciddi problem olaraq qalır. Ermənistan və Dağlıq Qarabağ separatçıların günahı ucbatından başlayan müharibənin dəyəri olduqca yüksək oldu, bunu unutmaq olmaz. Bəlkə də Ermənistan prezidenti Serj Sarkisyanın öz həmvətənlərinin fikrinə qulaq asmağın və işğal olunan Azərbaycan torpaqlarının azad olunması istiqamətində konkret tədbirlər görm

Şərhlər

Çox oxunanlar