Türkiyənin Suriya sərhədi son illərdə bu hala gəlib - YANAŞMA

23.07.2015 17:00     A-reaksiya     2696

Bunu Reaksiya.az – a açıqlamasında Yeni Yüzyıl Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin dekanı Yrd. Dos. Dr. İSMAİL KAPAN deyib. O, bildirib ki, Türkiyənin Suriya sərhədərindən kənarda baş verənləri və baş verəcəkləri təxminən bilmək olduqca çətindir: “Milli təhlükəsizliyimizi təhdid edən, iç-içə və yan-yana çoxlu sayıda ünsürlər var. Bu qədər çirkli döyüş, bu qədər xain bir yanaşma isə deyəsən ancaq Orta Şərq üçün hazırlanıb səhnələnə bilər. Sovetlərin Əfqanıstan işğalından sonra Əl Qaidə terror təşkilatının da əsası qoyuldu. Daha sonra qlobal bir xüsusiyyət qazanan bu təşkilat üzərindən, imperialist güclər çoxlu oyunlar oynadılar, əsas strategiyalarını bu yolla asanca tətbiq etdilər. Belə ki, 11 sentyabr 2001-ci ildə, Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə edilən hücum ilə başqa bir səhifə açılıb. ABŞ-ın Əfqanıstanı və bilavasitə İraqı işğal etməsi və bu işğalların ətrafında inkişaf edən digər hadisələr, dünyanın ən əhəmiyyətli coğrafi sahələrini sabitsizliyə məhkum etdi. Artıq monolit bir İraq yox ... Bölünmüş və vətəndaş müharibəsinin hökm sürdüyü İraqda, illərdir terrorun baş aktyoru olan Əl-Qaidə, bu dəfə İŞİD adlanan başqa bir terror təşkilatını yaradıb. Buynuz qulağı keçdi ifadəsinə uyğun olaraq hazırda İŞİD-Əl Qaidə müqayisəsini belə apara bilərik. İraqda qəribə və çaşdırıcı bir şəkildə, müdhiş güc və mövqe əldə edən İŞİD oradan da Suriya torpaqlarına keçib.

Suriyada nüfuzunu böyük ölçüdə itirmiş olan Əsəd rejiminin ən başından bəri terror təşkilatlarını, xüsusilə PYD-YPG – dən geninə boluna istifadə edən İŞİD də daxil olmaqla bütün təşkilatlarla lazım praqmatik bir iş birliyinə girdiyini açıq-aşkar görə bilirik. Məsələn Nüsra Cəbhəsi təşkilatının, hal-hazırda ev dustağı tutulan köhnə kəşfiyyat başçısı Ali Məmlük tərəfindən qurulduğunu və ya quruluşunda bu adın böyük rol oynadığını desək, nə demək istədiyimiz daha yaxşı aydın olar. Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusu (ASO), digər tərəfdən ən böyük mübarizəni İŞİD - ə qarşı mübarizə aparır. Bu zaman Amerika, İŞİD - ə qarşı əsl döyüşçü güc (!) kimi PYD-YPG –yə hər cür dəstək verir, bərk hava bombardımanları ilə, PYD-YPG təşkilatlanmasının sərhədimizə yaxın bölgədə güclənməsini çox asanlaşdırır.

Rusiyanın Əsəd rejiminə verdiyi böyük siyasi və hərbi dəstəkdən həmişə danışırıq. Amma daha əvvəl İraqda da, Suriyada da baş verən hadisələrdə təxminlərin kənarında böyük strateji üstünlük qazanan İranı yəqin ki, kifayət qədər izləmirik. Gəlinən nöqtədə İran Suriyada rejimin ən böyük dəstəkçisi olmaqla yanaşı, eyni zamanda rejim üzərində ən çox təsirli dövlət mövqeyindədir!.. Bu nöqtəyə diqqət etmək istəyirəm. Və bu mühitdə ABŞ nüvə məsələsi üzərindən İran ilə otuz beş ildir durğun olan əlaqələrini təmir etməyə çalışır. Eyni zamanda ABŞ, Türkiyəni İŞİD - ə qarşı loyal davranmaqda ittiham edir. Bu zaman İngiltərə, Fransa və Almaniya isə səssiz və dərin susqunluqla hadisələri seyr edir”.

Şərhlər

Çox oxunanlar